Növbahar oldu, açılmaz, vah ki, eyşim gülbüni,
Qəm xəzanı yelindən sovruldu səbrim hirməni.
Mən ki, bir rüxsari-qamət həsrətindən mən həlak,
Nə xeyri, canımda gülşən ərğüvanı, süsəni.
Lalə birlə sünbülü sirabdan təskini yox,
Ol izari-zülf, odu, dudi çün yaxar məni.
Nişi-qəmzəndən tikan birlə tutulan yaxşıraq
Gülşən içrə gül birlə dolunca köksüm rövzəni.
Naləli könlüm çürük olan süyəklər içrədir,
Öylə kim, xəşək içrə olsa bülbül məskəni.
Yüz vəfa qılsan, cəfa görsən təəccüb qılmagil
Kim, bu ayindir əzəldən aləm əhlinin fənni.
Olalı aşiq Hüseyni həm gədadır, həm zəbun,
Eşq ara sud etmədi şah, ya mübariz ərgəni.
194
Düşəli suzani-könül köyün ara, filhal onu,
Yerə düşən od idi kim, eylədin paymal onu.
Könlüm öz halında qalmaz cilvə qılğac qamətin,
Vah, nə hal ərkən bu kim, eylər qəddin bihal onu.
Bu ki, qafillər cəfasından qaçar şeyda könül,
Tilbə təkdir kim, qovarlar daş urub ətfal onu.
Xamədir cismim vəli, can riştəsin gör yaxşı kim,
Zə’f ilə tovlanmağından desə olar nal onu.
Görməyə ərdim onu hərgiz çü ağlab sali-mah,
Görməz ərmiş mən ötüb hicrində mahi-sal onu.
Gülşəni-dövranda xoşdur badeyi-gülgün vəleyk,
Saqiyi-gülrux dəmadəm tutsa mala-mal onu.
Hər məqam içrə Hüseyni eşq ləhnin saz edər,
Qılmasa rüxsarına nəzzarə günu lal onu.
195
Səbzeyi-xəttin xəyalı birlə ölsəm, ey pəri,
Səbzeyi-qəbrim nə eyb gər bitsə hicran nəştəri.
Öylə cənnət səbzəsi yanlığ xəttin məşufi,
Kim gərəkməz cənnəti-minayü qəsri-əhzəri.
Səbzə tək kim, zinəti gülbərg ərər, ol növ’dür,
Lə’lin üstündə zümərrədgün xəttinin zivəri.
Ləblərin şövqündə kim, od düşdü məhzun canıma,
Atəşin lə’li dürur ol şö’lənin hər əhgəri.
Zə’flik cismim hərarətdən tutuşdu ol sifət –
Kim, yapıncı ona dudi-kül olubdur bəstəri.
Səbzə üzrə, saqiya, cami-zümərrədgün gətir –
Kim çəkər ol xətt xəyalı birlə işrət sağəri.
Gər Hüseyni eşq ara divanə olsa nə əcəb –
Kim, pəri-peykər, mələk sima igiddir dilbəri.
196
Necə kim, çəkər könül dərdu-qəmu-azarını,
Mehrim artar necə kim, görsəm mahi-rüxsarını.
Məndə mehri bu sifətdir, vay kim, ol bağrı daş
Bivəfa eylər güman bu xəsteyi-əfgarını.
Şövqündən ahım fələyə yetdi guya kim, bilib
Bilə, bilməzə salar, mən xəsteyi-hal zarını,
Gül ki, rüxsarına şəbnəm töksə dərdi-eşqindən,
Niyə xar edər cəfadan bülbülü-bimarını.
Vəsl ara, qeyrət Hüseyni canına od yaxdı kim,
Nəyə can tapar liqasın, ya ki göz didarını.
197
Dostları ilə paylaş: |