Hüsn iqlimində sən tək dilbəri-rə’na hanı?
Dövri-hüsnünə mənim tək aşiqi-şeyda hanı?
Gözümə aləm qaraldı, ol quyaş üz hicrində,
Ol pərivəş sərvi boylu, mah cəbin, aya hanı?
Sənsizin çox ağlamaqdan yetdi iş ol yerə kim,
Sumudur bilməm gözümdən axa duran, ya qanı?
Qəmzən oxunu utanma at, məni-dilxəstəyə –
Kim cərahətli könlünün mərhəmidir yağanı.
Unudub nagah Hüseynini rəqibdən sorasan –
Kim, mənim eşqimdə olan valayü rüsva hanı?
200
Harda istər istəsəm, hardan tapam sən yarı?!
Kim mana həmdəm olub, sora dəmi-mən zarı.
Hər səba kim, gəlsə səndən can verər ol rəhm edib,
Necə əsrəyər dirilik sağüyü, bu bimarı.
Qəmdə mən kim, vəsl ara nedib üzünü görəm,
Kim ağıdan kor edib mən dideyi-xunbarı.
Toxtamaz cənnətdə, müjganın dilər könlüm quşu,
Bəh görər bülbül cəvahirli qəfəsdən xarı.
Öldürər rəşk, ey Hüseyni, yoxsa der ərdim bir öp,
Görsən, ey badi-səba ol sərvi gül rüxsarı.
TƏXMİSLƏR
NEDƏK
Dostları ilə paylaş: |