Lə’li-canbəxşindən ayrı abi-heyvanı nedək?
Hər dəm gər yüz can verər, cananəsiz canı nedək?
Gər iməs mənzur üzün, huri, qılmanı nedək?
Gülşən köyündən ayrı baği-rizvanı nedək?
Başıma gər gül saçar, sənsiz güləfşanı, nedək ?
Hicr ənduhində ta gülşən ara qıldım güzər,
Sərvi boyu qamətinin nəxlindən verdi xəbər,
Leykin onun vəslindən nə bəhrə tapdım, nə əsər,
Nəxli-qəddin çün iməs giryan gözümdə cilvəgər,
Cuybar ətrafında sərvi-xuramanı, nedək?
Cismü canı istəməm, billah ki, canandan cüda,
Görsən ol məhvəşi halım ərz edib de, ey səba,
Leyk zinhar alnında bu növ’ qılarsan əda,
«Ol itinə olmasa tö’mə, bu alnında fəda,
Zə’flik peykəri neylim, natəvan canı nedək?»
Bir dəm, ey əhbab, hər sarı qaşımdan getməniz,
Hər nə kim, derəm, müvəccəh olmasa eşitməniz,
Bu ki derəm, çöhrədən qanlı yaşım axıtmanız,
«Lə’lgün əşkim, ləbi-hicranında eyb etməniz,
Göz yolundan tökməyin, bağrımdakı qanı nedək?»
Bu əcəbdir kim, sana mə’lum olmalıdır bu sirr,
Kim ərər mən lə’li-şövqündən ölümə müntəzir,
Gər soyundan hər nəfəs bir cam versən, var müzir,
«Zülməti-hicrində çeşmən vəsfin etmə, ey Xızır,
Mən ki, ömrümdən doyub, mən abi-heyvanı nedək?»
Söz əlacımdan demə, ey bəhri-eşq içrə qəriq,
Kim olubdur deb qəmindən dağ ilə cismin xəriq,
Gər mana varsan mühibbü müşfiqü yarü şəfiq,
«Dağıma mərhəmi çox təklif qılma, ey rəfiq,
Tutdum, ol dağım onaldı, daği-hicranı nedək?»
Ta ayırdı məndən ol məhvəşi çərxi-kəc nihat,
Ey Hüseyni, tilbə könlüm olmadı bir ləhzə şad,
Aqibət çün tapamdım ol şux vəslindən murad,
«Yardan ayrı pozuq könlümə qıldım xeyir bat,
Ey Nəvai, elə gənc olmaz bu viranı nedək?»
QILDI -LA
Cəbrü zülmün, vah, yenə canıma gərdun qıldı-la!
Yaşırıb ol ayı, halımı digərgun qıldı-la!
Ahü vaveyla məni əsrü ciyərxun qıldı-la!
«Ol ciyər pərkaləsi əşkim ciyərgun qıldı-la!
Dostları ilə paylaş: |