Sultan hüseyn bayqara divan سلطان حسین بایقرا


Eşq ara Məcnunu derəm kim, özümə oxşadam



Yüklə 2,03 Mb.
səhifə8/27
tarix10.01.2022
ölçüsü2,03 Mb.
#109317
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

Eşq ara Məcnunu derəm kim, özümə oxşadam,

Huşunu zail qılıb, divanəliyi örgədəm.




Sübhi-vəslü şami-hicran tək neçə aləm elin,


Bu əcəb halıma gahi güldürəm, gah ağladam.
Can verərəm hicrində, zə’fimdən el görməz məni,

Eşq ara hər neçə derəm kim, özümü görsədəm.


Üns tutmuşam geyiklər birlə kim, ol şahsüvar

Ava gələndə ona bu növ’ özümü uçradam.


Çün göz açmaz uyğudan bəxtim, nə sud, ey dostlar,

Gər fəğandan hər gecə aləm elini oyadam.


Köksümə daş urmağımı eyb qılma, ey rəfiq,

Qoy ki, onda oynayan peykanlarını ornadam.


Çün Hüseyni könlü hər dəm bir tərəf avaradır,

Söz desən dur kim, cəvabında könlünü toxtadam.




š 177 ›

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin