Heliogen nəzəriyyəyə görə akselerasiyada başlıca rolu uşaq orqanizminə günəş şüalarının tə'siri oynayır. Bu nəzəriyyənin tərəfdarlarının fikirincə hazırda uşaqlar daha çox təbii şüalanmalara (radiasiyaların təsirinə) mə'ruz qalırlar. Bu fikir o qədər inandırıcı deyil, ona görə ki, yer kürəsinin şimal qütbündə akselerasiya prosesi heç də cənub qütbünə nisbətən aşağı templə getmir.
Akselerasiyaya səbəb kimi maqnit sahəsinin endokrin vəzilərinə müsbət təsirini, texniki tərəqqini, insanların daha çox idmanla məşğul olmalarını və s. göstərmək olar.
Bir qrup alimlər isə akselerasiya prosesini iqlim dəyişmələri ilə əlaqələndirirlər. Onlar belə güman edirlər ki, rütubətli və isti iqlim isə orqanizmin istilik itirilməsinə səbəb olur və ona görə də guya boyatma stimullaşdırılır.
Dostları ilə paylaş: |