1. Hamiləlik müddəti. Hamiləlik nə qədər çox çəkərsə, yeni doğulmuşun çəkisi və boyu bir o qədər çox olur.
2. Ananın yaşı. Ana 40 yaşınadək olduqda yeni doğulmuş uşaqların çəkisi və uzunluğu artır, daha yaşlı qadınlarda isə göstəricilər aşağı düşür.
3. Hamiləliyin sayı. Qadınların ikinci uşaqlarının çəkisi və boyu birinci uşağa nisbətən iri olur. Hətta yeni doğulmuşlarda boyu eyni olduqda belə çəkisi ananın hamiləlik sayından asılı olaraq dəyişir.