Sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə32/44
tarix01.01.2022
ölçüsü0,66 Mb.
#107107
1   ...   28   29   30   31   32   33   34   35   ...   44
Karguzarliqın-təşkili

 

 

 

 

 

 

 


PROTOKOL SƏNƏDLƏRİ 

 

İdarəetmədə məlumat - arayış sənədlərindən daha çox istifadə edilir. Gündəlik 



işimizdə bu sənədlərə daha çox rast gəlirik ki, onların hüquqi baxımdan tərtib olunması 

ən mühüm şərtlərdən biridir. Bu qrupa daxil olan sənədlər üç yerə bölünür: 

1. Protokol s

ənədləri;  

2. Xidm

əti məktublar, teleqramlar, fakslar;  

3. M

əlumat və izahat vərəqələri, arayışlar, aktlar, vəsiqələr, qəbzlər.  



Ölkəmizdə  çoxlu  sayda  kollegial  orqanlar  və  xüsusi  müəssisələr  fəaliyyət 

göstərir.  Bunların  idarəetmə  fəaliyyətinin  sənədləşdirilməsinə  xüsusi  diqqət  yetirilir. 

Kollegial  f

əaliyyətin  əsasını  iclaslar  təşkil  edir.  İclasların  hazırlanması  və  keçirilməsi 

üçün bir sıra sənədlər işlənir. Bunlara iş planı, gündəlik məsələ, arayışlar, qərar layihəsi, 

protokol v

ə başqaları daxildir.  

İş  planı.  Plan  tərtib  edilərkən  məsələlərin  qoyuluşuna,  aktuallığına,  təcililiyinə 

diqq

ət  yetirmək  lazımdır.  Qoyulmuş  məsələlərə  təyin  olunmuş  tarixdə  baxılması  vacib 



şərtdir.  

İclasın  hər  bir  məsələsi  üçün  qabaqcadan  məruzəçilər  iş  planında  əks 

olunmalıdır. Kollegial orqanın iclası üçün konkret gün təyin edilməlidir.  

Gündəlik  məsələ.  Kollektivin  və  təsisçilərin  iclaslarının  gündəliyi  istənilən  vaxt 

d

əyişdirilə  bilər,  bu  real  vəziyyətdən  asılıdır.  Qarşıya  çıxmış  məsələlər  rəhbərliyin  heç 



olmasa biri il

ə razılaşdırılmalıdır. Daimi iştirakçılar iclasın əvvəlindən axırına kimi iştirak 

etm

əlidirlər. İclasdan qabaq bütün iştirakçılar siyahı üzrə qeydiyyatdan keçməlidirlər. 



Q

ərar layihəsi. Bir qayda olaraq, qərar layihəsini təşəbbüs qrupu hazırlayır. Bu 

qrupa  m

əsələləri  bütövlükdə  öyrənmək  tapşırılır.  Onlara  tapşırılan  sahə  yoxlandıqdan 

sonra qrup arayış tərtib edir və bütün üzvlər onu imzalayır. Bu arayış konkret sahənin 

h

əqiqi  vəziyyətini  sübut  edir.  Arayış  qərar  layihəsinə  tikilir.  Arayışın  həcmi  qərar 



layih

əsindən  geniş  olur,  izahlar  nümunələr,  diaqramlar,  maketlər,  cədvəllər,  izahlar  və 

dig

ər izahedici formalar əsasında verilir 



Protokolun rekvizitl

ərinə nazirliyin, baş idarənin və ya müəssisənin adı, kollegial 

orqanın adı, müşavirə  və  protokolun növü, tarixi, indeksi, sədrin və  katibin  soyadı,  adı 

v

ə  atasının  adı,  iştirak  edənlərin  sayı,  yaxud  siyahısı,  gündəlik  məsələlər,  məzmun, 



imzalar, b

əzi hallarda təsdiqedilmə və razılaşma qrifləri daxil edilir.  

Protokol redakt

ə olunur, sədr və katib tərəfindən imzalandıqdan sonra kollegial 

orqanların fəaliyyətinin sənədləşdirilməsi üçün hüquqi qüvvəyə minir.  

Protokolların üç növü vardır:  

1. Beyn

əlxalq razılaşmalar haqqında yazılmış protokol;  

2.  S

əlahiyyətli  şəxs  (avtomobil,  sanitariya,  yanğından  mühafizə  müfəttişliyi) 



t

ərəfindən tərtib edilən protokol;  

3. 

İclas, müşavirə, yığıncaq haqqında olan protokollar.  



İclas, müşavirə, yığıncaq haqqında olan protokol üç qrupa bölünür:  

1. Qısa protokol - burada ancaq qərar hissə yazılır.  

2.  Tam  protokol  -  burada  q

ərardan  başqa  çıxarışlar  və  məruzələr  də  qısaca 

yazılır.  



3.  Stenoqrafık və  texniki protokol  -  burada məruzələr və  çıxarışlar olduğu kimi 

texniki vasit

ələrdən yazılır.  

Dövlət  idarələrində,  təşkilat  və  müəssisələrində  tam  protokolların  yazılması 

daha çox yayılmışdır. Bu o demək deyil ki, həmişə tam protokoldan istifadə edilməlidir, 

işin həcmi ilə əlaqədar olaraq qısa prtokoldan daha çox istifadə etmək məsləhət görülür.  

Milli  M

əclisin  sessiyalarının  iclaslarının,  idarələrin  kollegial  orqanlarının 

iclaslarının,  idarə  rəhbərlərinin  göstərişi  ilə  keçirilən  iclas  və  müşavirələrin  mütləq 

protokolu yazılmalıdır.  

İcra hakimiyyətlərinin və idarələrin kollegial orqanlannm iclaslarının protokolları 

t

əqvim  ili  çərçivəsində  nömrələnir.  Milli  Məclisin,  bələdiyyələrin  daimi  komissiyalarının 



iclasla

rının protokolları isə çağırış çərçivəsində nömrələnir.  

Protokolun  başlığı  kollegial  iclasın  iş  növündən  və  kollegial  orqanın  adından 

ibar


ətdir. Məsələn, "İcra hakimiyyətinin iclası", "Nazirliyin kollegiyasının iclası" və s.  

Bir  qayda  olaraq,  protokolun  m

ətni  iki  hissədən:  giriş  hissəsindən  və  əsas 

hiss


ədən ibarət olmalıdır. Giriş hissəsində iştirak edən kollegia üzvləri və dəvət olunmuş 

adamların  sayı  (əgər  onlann  sayı  10  nəfərdən  çox  deyilsə),  adı  və  soyadları  yazılır. 

Əgər iştirak edənlərin sayı 10 nəfərdən çoxdursa, onda onların sayı göstərilir və siyahı 

tutulur.  H

əmin  siyahı protokola  əlavə  edilir. Protokolun giriş hissəsində  iclasın sədrinin 

v

ə  katibinin  inisial  və  familiyaları,  baxılmalı  olan  məsələlərin  sadalandığı  gündəlik 



göstərilir.  Protokolun  mətninin  əsas  hissəsi  gündəliyin  bəndlərinə  uyğun  bölmələrdən 

ibar


ət olmalıdır.  

Protokolun 

əsas  hissəsinin  hər  bölməsinin  mətni  aşağıdakılardan  ibarətdir: 

eşidildi,  dinlənildi,  çıxış  etdilər,  qərara  alındı.  Eşidildi  sözünün  önündə  gündəlik  üzrə 

bölmənin nömrəsi və məsələnin sıra nömrəsi yazılır.  

"Eşidildi" və ya- "Dinlənildi" sözü sol sahə hüdudundan başlayaraq baş hərflərlə 

yazılır,  bundan  sonra  iki  nöqtə  qoyulur,  sonrakı  sətirdə  abzasdan  məruzəçinin,  əlavə 

m

əruzəçinin və müzakirələrdə çıxış edənlərin adı və soyadları yazılır.  



Protokolun  "Çıxış  etdilər"  bölməsində  bütün  çıxışların,  suallara  cavabların  və 

arayışların  məzmunu  yazılır.  Çıxışlar  yazılıb  qurtardıqdan  sonra  gündəliyin  birinci 

m

əsələsi  üzrə  qərar  hazırlanır.  Qərar  əvvəlki  mətndən  sonra  vərəqin  sol  sahəsinin 



hüdudundan  üç  sətirlərarası  intervalla  yazılan  "icra  hakimiyyəti  qərara  aldı",  "kollegiya 

q

ərara  aldı"  və  yaxud  "Qərara  alındı"  sözləri  ilə  başlanır  və  iki  nöqtə  qoyulur.  Sonra 



q

əbul edilmiş qərarın mətni yeni sətirdən-abzasdan yazılır.  

İclasların protokolları qısa şəkildə tərtib edilə bilər. Qısa şəkildə olan protokolun 

əsas  hissəsində  çıxışlar  yazılmır,  məruzəçinin,  əlavə  məruzəçinin  və  çıxış  edənlərin 

adlan, soyadları və təqdim olunmuş layihənin təsdiq və ya rədd edilməsi haqqında qəbul 

edilmiş qərarlar göstərilməklə, baxılan məsələlərin yalnız siyahısı verilir.  

Q

əbul edilmiş qərarın mətni protokola əlavə olunur.  



İclas  protokollarını  iclasın  sədri  və  katibi  imza  edir.  İclasda  müzakirə  edilən 

m

əsələlər  və  qəbul  edilmiş  qərarlar  protokol  imza  edildikdən  sonra  hüquqi  qüvvəyə 



malik ola bil

ər. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin