S
ənədin surəti bu sənədin eyni ilə təkrar olunmuş əslidir. Bu zaman sənəd üzərində
mütləq "surət" sözü qeyd olunmalı, idarə rəhbəri və ya notarius tərəfindən lazımi
qaydada t
əsdiq edilməlidir. Sənədin əsli idarə, təşkilat və ayrı-ayrı şəxslərə göndərilən
zaman onun sur
əti göndərən təşkilatın işində saxlanılmalıdır. Xidməti sənədlərin
üzərində mütləq idarə rəhbərinin möhürü və imzası olmalıdır.
Lazımi hallarda sənədlərdən çıxarılış tələb olunur. Çıxarılışı tərtib edən zaman
onun hansı sənəddən edildiyi mütləq göstərilməlidir. Çıxanşin düzgünlüyü isə vəzifəli
şəxsin imza və möhürü ilə təsdiq olunmalıdır. Sənədin əsli olmayan hallarda (itirildikdə,
m
əhv edildikdə) idarə və təşkilata icazə verilir ki, üzərində "dublikat" yazılmış, əslin
qüvvəsinə malik olan sənəd versin.
Dostları ilə paylaş: |