S
ərəncamverici sənədlər və onların rekvizitləri
T
əşkilati-sərəncamverici sənədlərin ən mühüm hissəsini sərəncamverici
s
ənədlər tutur. Sərəncamverici sənədlər idarəetmə orqanının vəzifəli şəxsinin vahid və
birbaşa fəaliyyətini təmin edir. Onlarda olan məlumatlar idarəetmə orqarının, xüsusi
müəssisələrin aşağıdakı əsas fünksiyalarıni tənzimləyir:
-
quruluş bölməsinin yaradılması və onun fəaliyyət metodlarının, vəzifələrinin,
funksiyalarının təyini;
-
quruluş bölmələrinin və onlara rəhbərlik edən vəzifəli şəxslərin hüquqlarının,
v
əzifələrinin və cavabdehliklərinin müəyyənləşdirilməsi;
- vahidlilik v
ə kollegialıq əsasında sərəncamvericilik fəaliyyəti üzərində bölgülər;
-
dövlət orqanlarının və müəssisələrin işinin təşkil edilməsi;
- istehsalat f
əaliyyətinin təşkili;
- xidm
əti işçilərin təyinatı.
S
ərəncamverici fəaliyyət fərmanlarla, əmrlərlə, sərəncamlarla, qərarlarla və
göstərişlərlə sənədləşdirilir. Qərarlar və sərəncamlar ümumi dövlət sənədi hesab olunur
v
ə danışıqsız yerinə yetirilirlər. Başqa sənədlərə nisbətən təşkilatların qərar və
s
ərəncamları ən yüksək hüquqi qüvvəyə malikdir.
Dövlət orqanlarının qərarları, sərəncamları, əmrləri, təlimatları nəşr edilir. Bunlar
qüvvədə olan dövlətin qəbul etdiyi qanun, qərar sərəncamları əsasında və onların
yerin
ə yetirilməsi üçün nazirliklərin səlahiyyəti daxilində nəşrə verilir. Həmin sənədlərin
əsli dövlət idarələrində, komitələrdə və təşkilatlarda saxlanılır.
Dostları ilə paylaş: |