1. İnzibati kargüzarlıq
2. Xüsusi kargüzarlıq
İnzibati kargüzarbqda sənədləşdirmə idarəetmənin inzibati fəaliyyətini
bilavasit
ə özündə əks etdirir. Bütün idarələrdə bu növ kargüzarlıq idarənin fəaliyyətindən
asılı olmayaraq eyni formada təşkil olunur. Bunu nəzərə alaraq idarəetmə və
müdiriyyətlə əlaqədar inzibati sənədlərin tərtibi, göndərilməsi, qeydiyyatı, icrasına
n
əzarət və onlardan istifadə etmək kordinasiya şöbəsinə, dəftərxanaya və ya kargüzara
h
əvalə edilir.
Xüsusi kargüzarbqda idarənin öz sahəsinə və iş xüsusiyyətinə uyğun olaraq
s
ənədləşmə aparılır. Bura mühasibat, notariat, maliyyə, məhkəmə, istintaq, sosial
t
əminat, statistika, uçot, kommersiya sahəsi üzrə kargüzarlıq daxildir. Bu növ
kargüzarlıq bilavasitə bu işlərlə məşğul olan əməkdaşların fəaliyyəti ilə bağlıdır. Xüsusi
kargüzarlığm fərqləndirici cəhəti sənəd formalarının, nomenklaturasının və onların
hazırlanmasının müxtəlif olmasıdır. İnzibati və xüsusi kargüzarlıq idarəetmədə bir-birini
tamamlayır.
|