S.Rəhimov hekayə janrında klassik nümunələr yaratmışdır. Ədib "Pəri çınqılı" (1959), "Gülən balıq" (1964), "Gülsabah" (1968) kimi kitablarında topladığı əsərlərində xalq yaradıcılığı motivlərinə əsaslanıb uşaq dünyasından rəngarəng, maraqlı lövhələr yaratmışdır. Onun folklordan istifadə edib yazdığı hekayələri müəllifin xalq yaradıcılığını mükəmməl bildiyini, canlı, həyati lövhələr yaratmaq, qüvvətli yumora və satirik qələmə malik olduğunu, yüksək istedadını, müdrikliyini, həyat və insanlar barədə zəngin təsəvvürünü bir daha nümayiş etdirir. S.Rəhimov nəsrin müxtəlif janrları arasındakı sərhədi çox gozəl bilir və hər janra uyğun həyat materialı seçir. Psixoloji dərinlik, surətin düşdüyü vəziyyətin, mühitin bədii təhlili onun nəsrini səciyyələndirir. Bu xüsusiyyət ədibin roman və povestlərində olduğu kimi, "Su ərizəsi", "Üzsüz qonaq" kimi hekayələrində də aydın görünür. S.Rəhimovun bir sıra ədəbi-tənqidi məqalələri vardır ki, onların bir qismi
Süleyman Rəhimovun demək olar ki, bütün əsərləri rus dilinə tərcümə olunaraq Sovet İttifaqının hər yerində geniş yayılmışdır. Yazıçının “Ata və oğul” povesti, “ Su ərizəsi ”, “ Gəlin qayası ”, “ Oyun ” və bir sıra başqa hekayələri ərəb, ingilis, alman, fransız, polyak dillərinə tərcümə edilmişdir.
S.Rəhimovun bir sıra ədəbi-tənqidi məqalələri vardır ki, onların bir qismi "Yazıçı və həyat" kitabında toplanmışdır. Bu məqalələrdə zəngin həyat təcrübəsinə malik yazıçının xalq yaradıcılığı, xəlqilik, konflikt, müsbət qəhrəman, ədəbi tənqid və s. barədə mülahizələri öz əhəmiyyətini saxlamaqdadır.
Həmin kitabdan bir fikri diqqətə çəkirəm: "Biz sənət bağımıza dünya sənət bağından cins calaqlar gətirməliyik. Ancaq bu cins calaqlar elə peyvənd edilməlidir ki, gözəl sənət bağımızda bizim ən yaxşı ağaclarımız kimi çiçək açıb meyvələr versin". Belə yazıçı, belə kişi idi Süleyman Rəhimov.
S.Rəhimov xalq dilinə, Azərbaycan dilinin bədii ifadə imkanlarına dərindən bələd yazıçıdır. Onun üslubunda klassik və müasir ədəbi-bədii dilimizin on yaxşı ənənələri birləşmişdir. S.Rəhimovun dil və üslub cəhətdən Azərbaycan nəsrinin böyük klassiki C.Məmmədqulu- zadəyə yaxın olduğunu deyənlər haqlıdırlar.
Xalq danışıq dilinin və onun zəngin ifadə xüsusiyyətlərinin incəliklərindən məharətlə istifadə hər iki sənətkarı dil və üslub cəhətdən bir-birinə yaxınlaşdırır. Ölməz ədibin duzlu yumoristik və kəskin satirik üslubunu S.Rəhimov böyük ustalıqla mənimsəmiş, onun yaxşı davam və inkişaf etdiricilərindən biri kimi tanınmışdır.