Sumqayit regional məDƏNİYYƏT İdarəSİ qubadli rayon nümayəNDƏLİYİ



Yüklə 478,5 Kb.
səhifə9/20
tarix10.01.2022
ölçüsü478,5 Kb.
#108167
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
"Kəsilməyən kişnərti" povestində də xalq yaradıcılığmdan süzülüb gələn obrazlar bir növ günün vacib problemlərilə qaynayıb-qarışır, yazıçı qələmi ilə yeni məna alıb yüksək sənət səviyyəsinə qalxır.

Povestdə hadisələr Gəyəzən dağında cərəyan edir. Göyalı və Qaratelin yeddi qızları var. Bütün ailə oğul həsrətilə yaşayır.Nəzir-niyazdan sonra Göyalının oğlu olur. Körpənin adını Şükran qoyurlar. Oğul Şükran böyüdükdən sonra ona on yaxın həmdəm atı Ulduz olur.



Şükran gözəl, mərd və cəsarətlidir. Onun atı Ulduz fədakarlıq, zirəklik, cəsarət rəmzidir. Mozalan isə bədxahlığın, riyakarlığın, şərin uğursuzluğun timsalıdır. Yazıçı bütün bu obrazlara şərti-metaforik bir libas geyindirsə də, onların təmsil etdikləri ideyalarda dərin müasirlik ruhu var. "Bəhram və Zərəfşan" povestində də təlim-tərbiyə, saf insani münasibətlərə, həmçinin insan həyatını bəzəyan və gözəlləşdirən məhəbbətə toxunulmuşdur. Böhram da, Zərəfşan da müəllimdir və gəncliyin tərbiyəsində nümunə olmağa layiqdirlər.
"Uyğundu" (1965) povestini S.Rəhimov böyük ədibimiz Cəlil Məmmədquluzadənin xatirəsinə həsr etmişdir. Povestdə əliəyrilərin, rüşvətxor və fırıldaqçıların əməlləri ifşa olunur. Eyni yazı tərzi, yəni əyriliyi, oğurluğu, müftəxorluğu tənqid, halal zəhməti, əməyi təbliği "Pirqulunun kürkü" povestində də mühüm yer tutur. Satirik üslublu “Piqulunun kürkü” povesti süjet cəhətdən xalq içərisində gəzən gülməli və ibrətamiz süjetlərə yaxındır Bu əsərlərin əsas qayəsi saflığın, təmizliyin qorunmasından ibarətdir. Təsadüfi deyil ki, yazıçı surətlərin birinin dili ilə deyir: "Haramı buraxsan, daraşıb dünyanı yeyər". Povestin əsas qəhrəmanı düzlüyün, halal zəhmətin, dözüm və iradənin canlı ifadəsidir.


Yüklə 478,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin