Sumqayıt Dövlət Universiteti Fakültə: Riyaziyyat İxtisas: Riyaziyyat və informatika müəllimliyi Kafedra: Azərbaycan və şərqi avropa xalqları Qrup: 426 Kurs: 3



Yüklə 208,24 Kb.
səhifə3/15
tarix24.04.2022
ölçüsü208,24 Kb.
#115497
1   2   3   4   5   6   7   8   9   ...   15
tarix

Əlavə məlumat(Atropat)

Atropat (yun. Aτρoπάτης) — Atropatena dövlətinin ilk hökmdarı. Keçmiş Əhəməni satrapı, əslən, çox güman kimadalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılırdı. Bəzi tədqiqatçılara əsasən isə Atropat fars olmuşdur.

Satraplığı


Tarixi mənbələrdə Atropatın adına ilk dəfə eramızdan əvvəl 331-ci ilin 1 oktyabrında Assuriyanın qədim paytaxtı Nineviya yaxınlıqındakı Qavqamela adlanan yerdə Makedoniyalı İskəndərlə Əhəmənilər hökmdarı Dara arasında baş vermiş Qavqamel döyüşü ilə əlaqədar rast gəlinir. Midiya satrapı Atropat bu döyüşdə özündən asılı olan kadusilər, qafqaz albanları və sisaklarla ittifaqda vuruşmuş, madayların süvari və piyada dəstələrinə başçılıq etmişdi. Çağdaş tarixçilər belə hesab edirlər ki, o dövrdə Atropat orta əsrlər Azərbaycanının bütün ərazisini, həmçinin Böyük Midiya torpaqlarının bir hissəsini öz tabeliyində saxlayırdı. Həmin döyüşdən sonra Dara Ekbatana qaçır və Atropat tərəfindən sığınacaq verilir. E.ə. 330-cu ildə yenidən qaçmağa məcbur olan Dara bir neçə ay sonra öldürülür və Atropat İsgəndərə tabe olur.

Yüklə 208,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin