Sumqayıt Dövlət Universiteti Fakültə: Riyaziyyat İxtisas: Riyaziyyat və informatika müəllimliyi Kafedra: Azərbaycan və şərqi avropa xalqları Qrup: 426 Kurs: 3


Makedoniyalı İsgəndərin dövründə hakimiyyəti



Yüklə 208,24 Kb.
səhifə4/15
tarix24.04.2022
ölçüsü208,24 Kb.
#115497
1   2   3   4   5   6   7   8   9   ...   15
tarix

Makedoniyalı İsgəndərin dövründə hakimiyyəti


Atropatın İskəndərlə görüşməsinin təsvir edildiyi rəsm əsəri (Azərbaycan Tarix Muzeyində saxlanılır)

Atropat yeganə satrap idi ki , İsgəndər onu hakimiyyətdən uzaqlaşdırmadı . Atropat İskəndərlə açıq düşmənçilik xəttinin faydasızlığını anlayaraq, diplomatik danışıqlar yolunu seçir. Bu yolla da o, Midiya torpaqlarından bir qismini işğal olunmaqdan qoruyur. Həmin ərazi sonradan Kiçik Midiya, Atropat Midiyası və nəhayət, Atropatena adlanır. E.ə. 324-cü ilin sonlarında Bariaks adlı bir nəfər özünü İran və Midiya hökmdarı elan edərək, işğalçılarla mübarizəyə qalxır. Atropat öz qüvvələri ilə qiyamı yatırır, Bariaksı əsir alaraq, onu və yoldaşlarını İsgəndərə təhvil verir. Beləliklə Atropat İsgəndərin güvənini qazanır. Suzdakı təntənələr zamanı Atropat öz qızını Makedoniya süvarilərinin rəhbəri, İskəndərin ən yaxın silahdaşlarından olan Perdikkaya ərə verir və bu onun Midiya satrapı kimi mövqeyini daha da möhkəmləndirir. İsgəndər tez-tez öz imperiyasını gəzirdi. Belə səfərlərindən birində o, elə həmin il - e.ə. 324-cü ildə - qədim zamanlardan at yetişdirməklə məşhur olan və Atropatena sərhədlərində yerləşən Nisey düzlərinə dostu Hefestionla birlikdə yola düşür. Atropat da buraya gələrək, bir müddət vaxtını İsgəndərlə keçirir. Lakin Hefestionun qəfil ölümü İsgəndəri sarsıdır. Atropat İsgəndəri əyləndirməkdən ötrü məclisə kişi paltarı geymiş və təbərdin əvəzinə nizələrlə və yüngül qalxanlarla silahlanmış qadınlardan ibarət süvari dəstəsi gətirir. Qədim tarixçilərin dediklərinə görə, bunlar Qafqaz Albaniyasının yuxarı dağlarında yaşayan əfsanəvi amazonkalar idi. Lakin, Bizans tarixçisi Nikomediyalı Arrian bu hekayəni inkar edir.




Yüklə 208,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin