Sumqayıt Dövlət Universiteti Fakültə: Riyaziyyat İxtisas: Riyaziyyat və informatika müəllimliyi Kafedra: Azərbaycan və şərqi avropa xalqları Qrup: 426 Kurs: 3



Yüklə 208,24 Kb.
səhifə6/15
tarix24.04.2022
ölçüsü208,24 Kb.
#115497
1   2   3   4   5   6   7   8   9   ...   15
tarix

Əlavə məlumat(Çingiz Xan)

Çingiz Xan (monq. Чингис Хаан; təq. 31 may 1162 və ya 1162 – 18 avqust 1227 və ya 25 avqust 1227) — Monqol hökmdarı və sərkərdəsi. Monqol və türk qəbilələrini bir bayraq altında birləşdirərək, insanlıq tarixindəki ən böyük dövlət olmuş Böyük Monqol imperiyasını (1206–1368) qurmuşdur.

Uşaqlığı


Temuçin 9 yaşında olanda atası nişanlı axtarmaqdan ötrü onu uzaqda yaşayan qəbilələrin məskənlərinə aparmışdı. Bunun əsas səbəbi yaxın qohumlarla evlənməklə baş verə biləcək fizioloji fəsadların qarşısını qabaqcadan almaq idi. O zamankı köçərilər yaxın qohumlardan qız almırdılar ki,eyni qan qohumluğu nəslin sağlamlığının pozulması ilə nəticələnər. Onlar yolda Yesugeyi yaxşı tanıyan digər qəbilə başçısı ilə rastlaşmışdılar. Həmin qəbilə başçısı Temuçinin atası Yesugeyin hansı məramla bu yerlərə gəldiyini biləndən sonra demişdi:



"Mənim Borte adlı gözəl bir qızım var, gedək onu sizə göstərim. Əgər bəyənsəniz qohum olarıq. Bir də ki, bu gecə yuxuda sizin nəslinizin bayrağını görmüşəm. Mənə elə gəlir ki, bu, yaxşı əlamətdir"



Valideynlər övladlarının bir-birinə yaraşdığını bildirəndən sonra onları nişanladılar və qərara gəldilər ki, 14–17 yaşına çatmalarını gözləsinlər. Həmin müddətdə bir-birlərinin xasiyyətlərinə də yaxşı bələd olarlar. Geri qayıdarkən yollarına çıxan tatarlar öz məkrli hərəkətlərini həyata keçirmək üçün hiylə işlədib onları qonaq apardılar. Ziyafət zamanı Yesugeyin yeməyinə tədricən təsir göstərən zəhər qatıb ona verdilər. Yesugey evə qayıdandan bir müddət sonra vəfat etdi. Temuçin anası və qardaşları ilə birlikdə kimsəsiz qaldı. Yesugey bahadurun tabeliyində olan adamlar varis Temuçinin azyaşlı olmasından sui-istifadə edərək ona tabe olmayacaqlarını bildirdilər. Onlar deyirdilər:



"Ən dərin quyular qurusa da, ən sərt qaya daşları parçalansa da biz sənin tabeliyində olmayacağıq"



Həmin qəbilə başçıları Temuçinin anasını və uşaqlarını atıb getdilər. Bu, az imiş kimi başsız qalmış ailənin mal-qarasını da sürüb apardılar. Ailə üzvləri bir neçə il çöllərdə, meşələrdə sərgərdan həyat sürməli oldular. Quş, balıq, yeraltı yuvalarda yaşayan kiçik gəmirici heyvanlar ovlamaqla bir təhər dolanırdılar. Ət üzünə həsrət qalanda yeməli bitkilərlə qidalanırdılar.

Monqolların evində bişirmək üçün ət olmaması həddindən artıq yoxsulluq sayılırdı. Bu yoxsulluq şəraitində gələcəyin döyüşçüsünün və böyük istilaçısının xarakteri mətinləşirdi. Dözümlülük Temuçinin atadan qalma mirası idi. Temuçin və qardaşları ailənin ehtiyaclarını ödəmək üçün yay otlaqlarından qış otlaqlarına köç edən zaman çaylardan balıq tutur, at üstündə səhərdən axşamadək çölləri dolaşır, ilxıdan ayrı düşmüş atları axtarıb taparaq geri qaytarır, örüşə yararlı otlaqları müəyyənləşdirirdilər. Onlar həm də ərazilərini talançılardan mühafizə etmək üçün gecə-gündüz keşik çəkirdilər. Lazım gəldikdə bir neçə gün at belində qalırdılar. Temuçinin anası Oelun çox ağıllı qadın idi. O, bilirdi ki, uşaqlarının gələcəyi onları öz mənşələrinə hörmət ruhunda tərbiyələndirməkdən çox asılıdır. Ana öz övladlarına qəhrəmanlıq dastanlarından rəvayətlər söyləyir, sələfləri olan monqol xanlarının qəhrəmanlıqlarından danışırdı. Böyük öğlu Temuçini inandırmağa çalışırdı ki, onun düşdüyü ağır vəziyyət müvəqqətidir, bir qədər böyüyəndən sonra ailəyə əvvəlki şan-şöhrətini qaytara biləcək.

Atasının ölümündə günahkar olan tatarlardan və habelə Yesugeyin ölümündən sonra onları tənha qoyub qaçan yaxın adamlardan qisas alacaq. Temuçin anasının sözlərindən ruhlanır və öz böyük gələcəyi barədə düşünürdü. Boy-buxunlu, pəhləvan cüssəli, iti baxışlı gəncə çevrilmiş Temuçin öz düşmənlərini qorxuya salmışdı. Onlar Temuçini aradan götürmək barədə düşünürdülər. Həmin düşmənlərin Tarqultay adlı başçıları vaxtilə Yesuqeyin əlində olan torpaqlara sahib çıxmış, özünü bütün torpaqların hakimi elan etmişdi. O, gənc Temuçini məhv etmək üçün hazırlaşırdı.

Bir dəfə silahlı adamlar Temuçinin köçəbəsinə hücum etmişdilər . Temuçinin düşmənlərdən yaxa qurtarması cəhdi baş tutmamışdı. Onu tutub əl-ayağına ağır taxtadan kündə keçirmişdilər. Temuçini gözətçiyə tapşırıb ona səhərəcən nəzarət etməsini tapşırmışdılar. Gecənin bir vaxtı gözətçinin maymaqlığından itstifadə edən Temuçin onun başına zərbə endirərək aradan çıxmışdı. Təqibə başlamış silahlıların əlinə keçməməkdən ötrü Onon çayındakı qamışlıqlarda gizlənmişdi. Təqib edənlərdən Sorqan Şira adlı birisi Temuçinin qamışlar arasından çıxan başını görmüş və yaxınlaşaraq belə demişdi:





"Düşmənlərin sənin bu qabiliyyətindən qorxurlar, gözlərinin od saçması, üzünün şəfəqli olması onları vahiməyə salır. Mən səni onlara satmaram, arxayın ol".



Təqib qurtaran kimi həmin adam Temuçinin kündəsini sındırıb onu azad etmişdi. Çobanlılar sülaləsi həmin bu adamın oğlu olan Çilavğun noyonun nəslindəndir.


Yüklə 208,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin