Sumqayıt Dövlət Universiteti Sərbəst iş Fakültə: Fizika və Elektroenergetika İxtisas: Eletrik və Eloktronika mühəndisliyi


Ulu Öndər Heydər Əliyev və Azərbaycan dili



Yüklə 52,29 Kb.
səhifə2/12
tarix01.01.2022
ölçüsü52,29 Kb.
#107444
növüMücərrəd
1   2   3   4   5   6   7   8   9   ...   12
az dili fizik zümrüd

Ulu Öndər Heydər Əliyev və Azərbaycan dili

Tarix göstərir ki, Azərbaycan dili müxtəlifdövrlərdə rəsmən dövlət dili kimi elan edilibbir müddət fəaliyyət göstərsə də, dövlət dilistatusu uzun sürə bilməmişdir. Yalnızxalqımızın ümummilli lideri Heydər Əliyev1969-cu ildə hakimiyyətə gəldikdən sonramilli dilimizin xilaskarı kimi tarixə öz əbədiimzasını qoydu. Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasətiAzərbaycanda milli özünəqayıdış, milliözünüdərk və milli azadlıq ruhunu yüksəltdi.

Ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə1995-ci il oktyabrın 31-də Konstitusiyanındövlət dili haqqında maddəsi ilə bağlıkeçirilən gərgin və tam demokratikmüzakirələr nəticəsində Azərbaycan dilininqanuni haqqı özünə qaytarıldı. Həmin ilnoyabrın 12-də qəbul olunan KonstitusiyadaAzərbaycan dili Azərbaycan RespublikasınınDövlət dili kimi təsbit (21-ci maddə) olundu.

Azərbaycan Prezidentinin imzaladığı"Dövlət dilinin tətbiqi işinintəkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli, 506 saylı fərman, "AzərbaycanRespublikası Dövlət Dil Komissiyasınıntərkibinin təsdiq edilməsi haqqında" 4 iyul2001-ci il tarixli, 76 nömrəli sərəncam, "Azərbaycan əlifbası və Azərbaycan diligününün təsis edilməsi haqqında"9 avqust 2001-ci il tarixli, 552 nömrəli sərəncam vənəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyəminmiş "Azərbaycan Respublikasının dövlətdili haqqında" qanun ölkəmizdə dil siyasəti vədil quruculuğunun mükəmməlkonsepsiyasını, onun uzunmüddətlistrategiyasını və aydın proqramını verəntarixi qanunvericilik aktlarıdır. Bu sənədlərinhazırlanmasında böyük tarixi şəxsiyyətHeydər Əliyevin yüksək intellekti, zəngindövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsizməhəbbəti mühüm rol oynayıb.

Respublikamızın çoxminli təhsil işçiləri"Azərbaycan Respublikasının dövlət dilihaqqında" qanundan, eləcə də ümummilliliderimiz Heydər Əliyevin dil siyasəti ilə bağlıimzaladığı silsilə fərmanlardan irəli gələnvəzifələrin yerinə yetirilməsində, ulu öndərindövlət dili ilə əlaqədar verdiyi müdrikgöstərişlərin, irəli sürdüyü müddəa vəideyaların gerçəkləşməsində yaxından iştirakedirlər. ölkəmizdə hər il "Ana dili" günütəntənəli surətdə qeyd edilir.

Azərbaycan dilinin dövlət dili statusunayüksəlməsi yolunda möhtərəm HeydərƏliyevin başladığı müqəddəs millimücadilənin tarixi bir qərinədən çox davametmişdir. Milli tariximizə Heydər Əliyevepoxası kimi daxil olmuş 1969-2003-cü illərdəAzərbaycan dilinin hərtərəfli inkişafı yalnızrəsmi sənədlərdə deyil, sözün həqiqimənasında, gündəlik həyatda, təcrübədəümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünyadiplomatiyasına yol tapması, beynəlxalqaləmin çox mötəbər məclislərininkürsülərindən eşidilməsi ulu öndərimizin anadilimizin inkişafına, onun sosial-siyasi vəmədəni həyatda layiqli yer tutmasınagöstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq,düşünülmüş və uzaqgörən dil siyasətininnəticəsində mümkün olmuşdur.Bu şərəflitarixi yolun başlanğıcı hələ 1970-ci ildə BDU-nun 50 illik yubileyində o dövr üçün, kommunist rejimi üçün fövqəladə hadisəsayılan respublika rəhbərinin Azərbaycandilində çıxışı ilə başlandı. Bu tarixi çıxışziyalılara, bütün xalqa respublika rəhbərininAzərbaycan dilinə qayğı və ehtiramı haqdabir xəbərdarlıq idi ki, bu proses sonralar milliözünüdərkdə müstəsna rol oynadı. Azkeçmədi ki, Azərbaycan dili nüfuzluməclislərə, dövlət əhəmiyyətli tədbirlərə yolaçdı, Heydər Əliyevin qayğısı sayəsində aliməktəblər üçün dördcildlik "MüasirAzərbaycan dili" dərsliyinə, "Azərbaycandilinin dialektologiyasının əsasları" dərsvəsaitinə respublika Dövlət mükafatlarıverildi, təhsil müəssisələrində ana dilinintədrisinə ayrılan saatların miqdarı artırıldı,Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə aliməktəblərə qəbul planları əhəmiyyətlidərəcədə artırıldı.

Azərbaycan Respublikası Prezidentinin"Dövlət dilinin tətbiqi işinintəkmilləşdirilməsi haqqında" fərmanınıntələbləri baxımından ümumtəhsilməktəblərində Azərbaycan dili vəədəbiyyatının tədrisi vəziyyəti və onunyaxşılaşdırılması tədbirləri barədə RespublikaTəhsil Nazirliyinin 2002-ci ilin 11 iyul tarixli, 70 nömrəli kollegiya qərarında göstərilir ki, ümumtəhsil məktəbi şagirdlərinin əslvətəndaş kimi yetişdirilməsində, onlara millimənəvi və ümumbəşəri dəyərlərinaşılanmasında, milli mənliyinin dərkedilməsində Azərbaycan dili və ədəbiyyatfənlərinin əhəmiyyəti böyükdür. Azərbaycandili ölkəmizin müstəqilliyə qədəm qoyması ilədünyanın müxtəlif ölkələrində yaşayanmilyonlarla azərbaycanlının milli birliyininyaradılmasında və əlaqələriningenişləndirilməsində müstəsna rol oynayır, soydaşlarımızın ünsiyyət silahına çevrilir.

Heydər Əliyevin Azərbaycana uzunmüddətlirəhbərliyinin ən sanballı göstəricisiazərbaycançılıq məfkurəsinin və milli ruhunhədsiz yüksəlişi, milli özünüdərkin keçmişinbuxovlarından azad olunması, xalqın qanyaddaşının özünə qaytarılması kimifundamental prinsiplər əsasında millidövlətçilik arzularının və hissləriningüclənməsinə, real siyasi amilə çevrilməsinənail olunmasıdır. Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur". Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri - ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə HeydərƏliyevinadıiləbağlıdır. Azərbaycan dilinin keşiyindədurmaq Heydər Əliyevin həyat fəaliyyətinəçevrilmişdi.


Yüklə 52,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin