6)Telefon söhbətlərinin aparılma qaydası
Telefon vasitəsilə işgüzar söhbət spesifikdir, buna xüsusi ilə hazırlaşmaq lazımdır. Telefon vasitəsilə danışılan işgüzar söhbətin iştirakçısı həmsöhbətinin nəyə nail olmaq və özü bu ünsiyyətdən nə almaq istədiyini aydın başa düşməlidir. Öz vaxtınıza və başqa adamın vaxtına qənaət etmək üçün, işgüzar söhbətin “Yeddi P” kimi asan yadda qalan rasional kompozisiyasına üstünlük verin. Daha sonra göstərilən praktiki məsləhətlər, telefon danışıqlarında uğur qazanmağa kömək edər.
Müəllif: pedaqoji elmlər namizədi, Rusiya Kooperasiya Universitetinin pedaqoqika, psixologiya və kulturologiya kafedrasının dosenti Marina Alekseyevna İzmaylovadır.
Hər bir ünsiyyət hər hansı bir məqsəd daşıyır. Məsələn, adi adamlar arasında ünsiyyətdə bu çox vaxt yeni məlumatın aydınlaşdırması rolunu oynayır. İşgüzar ünsiyyətin məqsədi çox vaxt işgüzar əlaqələrin qurulması yaxud hər hansı bir istehsalat məsələsinin həllidir. Telefon vasitəsi ilə olan işgüzar ünsiyyət spesifikdir, buna xüsusi ilə hazırlaşmaq lazımdır. Telefonla aparılan işgüzar söhbətin iştirakçısı həmsöhbətin ondan nə istədiyini və onun özü bu ünsiyyətdən nə əldə etmək istədiyini aydın başa düşməlidir.
Əgər sizi qarşıda vacib telefon söhbəti gözləyirsə, ona mütləq əvvəlcədən hazırlaşmaq və hər şeyi əvvəlcədən düşünmək lazımdır. Bəzən ancaq düşünmək kifayət etmir: mürəkkəb mövzunun müzakirəsi yaxud gərgin ünsiyyət zamanı həmin an lazım olan fikirlər, rəqəmlər yaxud faktlar yadınızdan çıxa bilər. Bunun baş verməməsi üçün, hələ söhbətə hazırlıq mərhələsində mütləq qeydlər edin, tezislər, əsas fikirləri, dəlilləri yaxud rəqəmləri yazın. Bundan başqa, telefon söhbəti prosesində əlinizdə əsas faktların yaxud sənədlərin olduğu halda, siz səhvlər yaxud müəyyən dəlillərin səhv izah edilməsi risklərini əhəmiyyətli dərəcədə azalda bilərsiniz.
Gələcək telefon söhbətinin planını tərtib edərkən, onun necə keçməsinin bütün mümkün variantlarını və eləcə də ola biləcək problemlərin həlli yolları haqqında düşünün. Əgər siz daha çox problemli olan suallara qabaqcadan cavab düşünməsəz, sonra bu, ünsiyyətdə mürəkkəbliklər yarada bilər. Həmsöhbətiniz ancaq sizin səsinizi eşidərək bu çətinlikləri onu sizə qarşı fikir yarada biləcək qeyri peşəkarlıq və hazırsızlıq kimi izah edə bilər.
Danışıq vaxtı da müştəri və onunla telefonda işləyən adam üçün münasib olmalıdır. Çalışın ki, sizin telefon danışığınız həmsöhbətinizi vacib işdən ayırlmalı olduğu vəziyyəti yaratmayasınız. Danışıq üçün düzgün seçilməyən vaxt işgüzar əlaqənin yaranmasına çətinlik yarada bilər.
Dostları ilə paylaş: |