Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin



Yüklə 325,73 Kb.
səhifə4/8
tarix02.01.2022
ölçüsü325,73 Kb.
#3211
1   2   3   4   5   6   7   8

Məhkəmə haqqında məlumat


Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı ilə Sumqayıt şəhərində Sumqayıt Yerli İqtisad Məhkəməsi təşkil edilmişdir.

Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayı artırılmış və Sumqayıt Yerli İqtisad Məhkəməsi üzrə 2 hakim vəzifəsi müəyyən edilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin məhkəmə sistemini təkmilləşdirmək və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə 15 iyul 2010-cu il tarixli Fərmanı ilə Sumqayıt Yerli İqtisad Məhkəməsinin əsasında (bazasında) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi təşkil edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi üzrə 5 hakim vəzifəsi və 22 ştat vahidi müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli 310 nömrəli Fərmanı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri:


Abşeron rayonu, Xaçmaz rayonu, Xızı rayonu, Qobustan rayonu, Quba rayonu, Qubadlı rayonu, Qusar rayonu, Siyəzən rayonu, Sumqayıt şəhəri, Şabran rayonu, Şamaxı rayonu, Şuşa rayonu və Zəngilan rayonu.

Məhkəmələr və hakimlər haqqında qanunun 42-ci maddəsində İnzibati-iqtisadi məhkəmə və onun səlahiyyətlərindən bəhs edilir.

Bu maddə də qeyd olunur ki, İnzibati-iqtisadi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi mübahisələrə dair işlərə baxır. 

İnzibati-iqtisadi məhkəmə məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.





    1. Yüklə 325,73 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin