Məhkəmə istifadəçilərinin məmnuniyyət sorğuları 2016-cı ilin avqust ayının 15-dən oktyabr ayının 1-dək keçirilmiş və sorğuda 99 respondent iştirak etmişdir. Nəticələrə əsasən sorğuda iştirak edənlərin əksəriyyəti 31-50 yaş arasında olan istifadəçilər olmuşdur.
Sorğudan belə görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə gələn istifadəçilərin böyük bir qismi prosesdə iştirak etmək üçün gəlmişdilər. Bu proseslərin əksəriyyəti inzibati işlərə dair proseslərdir və istifadəçilərin 70%-i məhkəmədə tərəflərdən biri kimi çıxış edir.
Diaqram 4. Respondentlərin məhkəməyə gəliş məqsədi ilə bağlı göstəricilər