Kitabxana işinin kəmiyyət və keyfiyyət göstəricilərini 2018-ci ilə nisbətən 2019-ci ildə yüksəltmək və ədəbiyyatların təbliğini gücləndirmək. Kitabxananın yeni texnologiya ilə işləməsinə nail olmaq.
Yaradılmış elektron kataloqların, İRBİS-64 proqramının yeni alınmış ALİSA proqramı ilə əvəz olunmasına nail olmaq və ALİSA proqramının tətbiqi.
Oxuculara xidmətin məzmun və formasını informasiya texnologiyaları ilə yüksəltmək.
Kitab verlişinin artırılmasına nail olmaq.
Oxuculara internet vasitəsilə xidmətin səviyyəsinin yüksəldilməsi.
Keçirilən mədəni-kütləvi tədbirlərin əhatə dairəsinin, keyfiyyətinin artırılması.
Kitabxananın foyesində tərtibat işini əsaslı şəkildə yaxşılaşdırmaq və yenidən qurmaq.
Kitabxananın fondunun latın qrafikası ilə çap olunmuş nəşrlərlə zənginləşdirilməsinə nail olmaq.
Kitabların texniki cəhətdən işlənməsini pasport, kataloq, müddət vərəqi və s. vəsaitlər ilə təmin edərək elektron kataloqunda yerləşdirilməsinə nail olmaq.
Kitabxanada istifadə edilən müasir audiovizual informasiya daşıyıcısını təbliğ etmək.
Azərbaycanda kitabxana işinə dair qəbul edilmiş rəsmi sənədlərin təbliğinin sərgisini təşkil etmək.
“Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir təşkil etmək.
Kitabxananın elektron bazasında Ölkəşünaslıq və Diyarşünaslıq işinin fəaliyyətini artırmaq, elektron bazaları möhkəmləndirmək.
Yeni çap olunmuş kitabların təqdimatını və sərgisini təşkil etmək.
Vaxtaşırı, hər ayda kitabxana işçilərinin seminar müşavirəsini təşkil etmək.