16. Kitabxana işçilərinin ixtisasının artırılması işini planlaşdırmaq.
Kitabxana fondunun formalaşdırılması
Qubadlı rayon MKS-nin 2019-ci il üçün nəzərdə tutulan smetasına müvafiq olaraq kitabxana kollektorundan və digər mənbələrdən rüblər üzrə ədəbiyyatların alınması, kitabxana qaydası ilə işlənməsini və oxucuların xidmətinə verilməsini təmin etmək.
MKS-nin smetasına müvafiq olaraq dövrü mətbuat fondunun yaradılması, ən çox təlabat olan dövlət əhəmiyyətli qəzet və jurnalların alınmasını planlaşdırmaq.
Qaçqınların sıx məskunlaşdığı yerlərdə vaxtaşırı səyyar kitabxana xidməti göstərmək, tezliklə torpaqlarımızın alınması, doğma Qubadlımıza qayıtmaq, möhtərəm Prezidentimizin uğurlu daxili və xarici siyasətinin nəticələrini məruzə və mühazirə vasitəsilə onlara çatdırmaq.
Qubadlı rayon Mərkəzi Kitabxanasının kitab fondunun zənginləşdirilməsi üçün Prezident aparatı, şəxsi müəlliflərdən alınmış kitabları kitabxana qaydası ilə işləyib fonda daxil etmək.
Fondun məzmunca əhəmiyyətini və aktuallığını itirmiş və texniki cəhətdən yararsız hala düşmüş ədəbiyyatdan təmizlənməsi işini davam etdirmək.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 12.01.2004-cü il tarixli 56 saylı sərəncamı ilə nəşr olunmuş ədəbiyyatın H.Əliyev Fondundan vaxtında gətirilməsini, kitabxana texnikası qaydası ilə işlənməsini və oxuculara çatdırılmasını təmin etmək.