2019-ci ildə uçot və hesabat işini təhlil edib yekunlaşdırıb, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitabxana işi sektoruna, İqtisadiyyat şöbəsinə və Regionlarla iş şöbəsinə təqdim etmək.
Mərkəzi Kitabxanada keçirilən tədbirlərin, kitabxanaya cəlb edilən oxucuların, ümumi gəlişlərin, kitab verlişlərinin və dövriyyəsinin uçotunu aparmaq.
Daxil olan və çıxarılan ədəbiyyatın uçotunu aparmaq, siyahılarını tərtib etmək, inventar kitablarında müvafiq qeydlər aparmaq.
İşə davamiyyət cədvəllərinin vaxtında mühasibatlığa verilməsini və əmək haqqlarının vaxtında alınmasını təmin etmək.
Kitabxana işçilərinin əməyinin ödənilməsini təmin etmək.