Sumqayıt ş., 18-ci mkr, ev 35, mən 39Vəfa Əliyevaya
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanladığınız işlə təmin olunma barədə ərizənizə baxılmışdır.
Bildiririk ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşqul olan, ali və orta ixtisas təhsilinə malik səhiyyə işçiləri peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan təkrar keçməyən işçilər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad olunur. Siz ixtisasınız üzrə dövlət tibb müəssisələrində vakant vəzifələrə orta ixtisas tibb mütəxəssislərinin işə qəbulu ilə bağlı müsabiqədə iştirak edə bilərsiniz. Vakant vəzifələr barədə elanlar “Tibb qəzəti”ndə yerləşdirilir.