Sumqayıt şəhəri “İdrak” liseyinin 4-cü sinif şagirdi Zeynalov Ceyhun
“Mənim arzum” mövzusunda essesi
Mənim çoxlu arzularım var. Onlardan biri prezident olmaqdır. Prezident olmaq üçün orta təhsilimi bitirməliyəm. Mən savadlı, bilikli olmalıyam. Mən sağlam böyüməliyəm. Prezident olmaq üçün ərizə yazmalıyam. Əgər mən seçilsəm, öz ölkəmi qorumalıyam. Ölkəmi inkişaf etdirməliyəm. Yeni qoruqlar, məktəblər, parklar açdırmalıyam. Mən məktəblilərin kitablarını, iş dəftərlərini pulsuz, qoruqları geniş, parkları sakit hala gətirəcəm.
Mən Heydər Əliyev və İlham Əliyev kimi vətənpərvər olacam. Öz vətəndaşlarımı doğru yola çəkəcəm.
Anam həmişə belə deyir:
-
“Həyatda iki yol var: səhv və düz. Səhv yolla getsən sənə asan ola bilər. Uğura, arzuya çatmağa az qalanda isə qalib gəlməyəcəksən. Amma doğru yolu seçsən, çətinliklə qarşılaşsan da axırda arzuna çata biləcəksən.”
Prezident olsaydım ac ölkələrə kömək edərdim, əl uzadardım. Məsələn: Somaliyə.
Mən böyüyəndə uşaqların inkişafına, təhsilinə xüsusi diqqət yetirəcəm. Heydər Əliyev deyərdi:
-
“Gənc nəslin yüksək təhsil alması qarşımızda duran vəzifələrdən biridir. Təhsil millətin gələcəyidir.”
İlham Əliyev belə deyir:
-
“Biz istəyirik ki, gənc nəsil bilikli,savadlı olsun. Vətənpərvərlik ruhunda tərbiyə alsın.”
Mənə görə prezident sülhün canlı simvoludur. Yəni prezident həmişə istəyir ki, ölkəsində sülh, əmin-amanlıq olsun.
Dostları ilə paylaş: |