Süni intellekt: mənşəyi, inkişafı, məqsədi,vəzifələri
Süni intellekt - insan məntiqi ilə işləyən texniki sistemlərin yaradılması sahəsində aparılan elmi araşdırmalar sistemidir. İnformatikanın xüsusi bölməsidir.
Əsaslandığı sahələr: informatika, psixologiya, fəlsəfə, linqvistika, iqtisadiyyat, optimallaşdırma, məntiq nəzəriyyəsi və s.
Məqsəd: insan kimi davranmağı, mühakimə yürütməyi, qeyri-müəyyən və qeyri-dəqiq mühitdə qərar qəbul etməyi bacaran maşın yaratmaq.
Tarixi :
İntellktə malik olan maşınlar və digər qurğular barədə ilk yazılı məlumatlar – qədim yunan mifləri
İntellektə malik avtomatlaşdırılmış maşınların ilk bənzərləri - Heron, Əl-Cəzəri, Volfqanq von Kempelen, Cabir ibn Həyyan, Parasels tərəfindən yaradılmışdır.
Süni intellekt düşüncəsinin əsasını təşkil edən sillogizm - nəticələr nəzəriyyəsinin əsası – Aristotel
”Ars Maqna” adlı məntiq aparatı - 1275-ci ildə Raymond Lulliy yaratmışdır.
Müasir anlamda, süni intellekt ifadəsi - ilk dəfə 1956- cı ildə Con Makkarti tərəfindən işlədilmiş və süni intellekt ”maşınları intellektual etmək elmi və mühəndisliyi” kimi təyin edilmişdir.
Süni intellektin inkişaf mərhələləri:
birinci mərhələ -Müasir süni intellektin yaranması - 1943-1956-ci illər:
”Sinir fəaliyyətinə xas fikrin məntiqi hesablanması” – 1943-cü il, Makkalok və Pits
”Hesablama maşını və intellekt” – 1950-ci il, Tyurinq
”Şahmat oyunu üçün kompüterin proqramlaşdırılması” – 1950-ci il, K.Şennon
ikinci mərhələ - Süni intellektin inkişafı -1956- 1960-cı illərin sonuna qədər olan dövr.
Əsas tədqiqat işləri:
Makkarti ”LISP – süni intellektin proqramlaşdırma dili”,
A.Nyuell və H.A.Saymon”Məsələlərin universal həlledicisi (GPS)” (1961),
Kullian ”Biliklərin təqdim olunması üçün semantik şəbəkələr” (1966)
Minski “Biliklərin təqdim olunması (freym) üçün quruluş” (1975)