Süni intellekt: mənşəyi, inkişafı, məqsədi,vəzifələri



Yüklə 234,39 Kb.
səhifə1/6
tarix01.05.2023
ölçüsü234,39 Kb.
#126163
  1   2   3   4   5   6
Süni intellekt1

Süni intellekt: mənşəyi, inkişafı, məqsədi,vəzifələri

Süni intellekt - insan məntiqi ilə işləyən texniki sistemlərin yaradılması sahəsində aparılan elmi araşdırmalar sistemidir. İnformatikanın xüsusi bölməsidir.

Əsaslandığı sahələr: informatika, psixologiya, fəlsəfə, linqvistika, iqtisadiyyat, optimallaşdırma, məntiq nəzəriyyəsi və s.

Məqsəd: insan kimi davranmağı, mühakimə yürütməyi, qeyri-müəyyən və qeyri-dəqiq mühitdə qərar qəbul etməyi bacaran maşın yaratmaq.

Tarixi :

  • İntellktə malik olan maşınlar və digər qurğular barədə ilk yazılı məlumatlar – qədim yunan mifləri
  • İntellektə malik avtomatlaşdırılmış maşınların ilk bənzərləri - Heron, Əl-Cəzəri, Volfqanq von Kempelen, Cabir ibn Həyyan, Parasels tərəfindən yaradılmışdır.
  • Süni intellekt düşüncəsinin əsasını təşkil edən sillogizm - nəticələr nəzəriyyəsinin əsası – Aristotel
  • ”Ars Maqna” adlı məntiq aparatı - 1275-ci ildə Raymond Lulliy yaratmışdır.
  • Müasir anlamda, süni intellekt ifadəsi - ilk dəfə 1956- cı ildə Con Makkarti tərəfindən işlədilmiş və süni intellekt ”maşınları intellektual etmək elmi və mühəndisliyi” kimi təyin edilmişdir.

Süni intellektin inkişaf mərhələləri:

birinci mərhələ -Müasir süni intellektin yaranması - 1943-1956-ci illər:

  • ”Sinir fəaliyyətinə xas fikrin məntiqi hesablanması” – 1943-cü il, Makkalok və Pits
  • ”Hesablama maşını və intellekt” – 1950-ci il, Tyurinq
  • ”Şahmat oyunu üçün kompüterin proqramlaşdırılması” – 1950-ci il, K.Şennon
  • ikinci mərhələ - Süni intellektin inkişafı -1956- 1960-cı illərin sonuna qədər olan dövr.

    Əsas tədqiqat işləri:

  • Makkarti ”LISP – süni intellektin proqramlaşdırma dili”,
  • A.Nyuell və H.A.Saymon”Məsələlərin universal həlledicisi (GPS)” (1961),
  • Kullian ”Biliklərin təqdim olunması üçün semantik şəbəkələr” (1966)
  • Minski “Biliklərin təqdim olunması (freym) üçün quruluş” (1975)

Yüklə 234,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin