Süni intellekt və intellektual informasiya sistemləri


Neyron şəbəkələrin kommersiya baxımından tətbiq sahələri



Yüklə 52,05 Kb.
səhifə9/9
tarix01.01.2022
ölçüsü52,05 Kb.
#110680
1   2   3   4   5   6   7   8   9
muh 1 giriş (1)

Neyron şəbəkələrin kommersiya baxımından tətbiq sahələri:

  • vergidən yayınma hallarının üzə çıxarılması

  • qiymətli kağızlar bazarının analizi

  • valyuta məzənnəsinin dəyişməsinin proqnozu

  • kredit verilməsi

  • bu və ya digər qərarın nəticələrini qabaqcadan görmə

  • bazara yeni məhsul çıxarılmasının nəticələrinin proqnozu

  • aeroxətlərin idarə edilməsi: cədvəllərin qurulması və boş yerlərin doldurulması

  • vəzifəyə yeni təyinatı qiymətləndirmək

  • resursların optimal bölüşdürülməsi

  • imzanın saxta olub-olmadığının təyin edilməsi



İntellektual agentlər (İA)

İntellektual agentlər və ya instruktorlar XXI əsrdə informasiya texnologiyaları arasında mühüm yer tutan yeni texnologiyalardır. İA-lər bir sıra problemlərin həllinə imkan vermişdir. Məs., İnternetdə keyfiyyətli avtomatik informasiya axtarışı, şəbəkədə məhsul axtarışı, axtarış üçün məsləhətlər verilməsi, ağır əmək tələb edən işlərin yerinə yetirilməsi və s.

İA-lərin əsas xarakteristikaları:


  • avtonomluq, məqsədə çatmaq üçün sərbəst hərəkət etmə imkanı, fəallığı bərpa etmə bacarığı

  • tez və korrekt cavablandırma bacarığı

  • tam sərbəstlik, ekspert tərəfindən daim monitorinq aparılmadan İA-nın sərbəst işi

  • Modulluluq. Başqa informasiya sistemlərində İA-dan altsistem kimi istifadə etmə imkanı

  • İnteraktivlik. İstifadəçi ilə və ya başqa İnformasiya sistemləri ilə təmasda olma bacarığı

  • Məntiqi çıxarılışdan istifadə edilməsi. Biliklərin formallaşdırılmış modellərinin qərar qəbuletməyə tətbiqi

  • İA-nın başa düşülməsi və istifadə edilməsində sadəlik, dostcasına münasibət

  • Öyrətmə və özünü öyrətmə qabiliyyəti



İİS-ə aid misallar.

Çirklənmənin ekspertizası. Bu ES Kanadada qətranla çirklənmənin analizi və diaqnostikası üçün tətbiq olunur. Əgər ekspertiza vaxtında aparılmasa, 80 milyon dollaradək itki ola bilər. Odur ki, bi ES çox lazımlıdır və Kanadanın 40-dan çox fabrikində 20 müxtəlif kompaniya tərəfindən istifadə edilir. Sistemin tətbiqindən gələn illik gəlir 22 milyona çatır.

Diaqnostika sistemi. General Electric (GE) kompaniyasında işləyən Devid Smit 40 ildən artıq idi ki, dizel lokomativlərin nasazlığını diaqnostika edir və onların təmiri üçün təkliflər (məsləhətlər) verirdi. Devid Smit təqaüdə çıxmalı olduğu üçün kompaniya onu əvəz edən ES qurmaq qərarına gəldi. Əslində Devidin iş təcrübəsini öyrənən gənc mütəxəssisləri işə cəlb etmək kimi ənənəvi çıxış yolu vardı. Lakin GE kompaniyası problemi kökündən həll etmək və bu səviyyədə mütəxəssislərdən asılı olmamaq qərarına gəldi.



ES-in qurucuları Devid Smitlə 3 il işlədilər və onun biliklərini kompüterin anladığı şəklə saldılar. Nəhayət, yeni diaqnostik texnologiya yaradıldı. Bu texnologiya nasazlıqları tez aşkar etməyə, onların səbəbini izah etməyə (sxem və çertyojların köməyilə) imkan verir. Hazırda bu ES, GE kompaniyasına aid olan bütün dəmiryollarında istifadə olunur və əmək məhsuldarlığının kifayət qədər yüksəldilməsinə səbəb olub.
Hospitalda robot. Böyük bir hospitalda hər gün xəstələrə 12000-ə qədər tibbi preparat (dərman) təyin olunur. Bu dərmanları əllə xəstələrə paylayanlar 1% səhv edə bilər. İstənilən səhv isə xəstənin həyatı bahasına başa gələ bilər. Belə halların qarşısını almaq üçün xüsusi robot yaradıldı. Həmin robot (Automated Health care) dərmanları anbardan götürüb təyinata uyğun olaraq xəstələr üçün ayrılmış rəflərə qoyur və xəstələrə çatdırılmasına nəzarət edir.
Yüklə 52,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin