e) “Əhli Hal vəl-Aqd” (Elm əhli və ziyalılar) mənasında “camaat”
Eyni şəkildə elm adamları, rəhbərlər, sərkərdələr, valilər, hakimlər və qabaqcılların yaxud, bunların bir hissəsinin müsəlmanlara aid hər hansı bir iş ətrafında ittifaq etməkləri haqqında da “camaat” kəlməsi işlədilir. Bir imamı (dövlət başçısını) başa keçirmək, ona beyət etmək, yaxud onu vəzifəsindən uzaqlaşdırmaq və buna oxşar məsələlər kimi. Müsəlmanların arasında “hal və əhd əhli” olmağa ən layiq adamlar dini məsələlərdə onlara tabe olunan şəriət elminin alimləridir. Bundan sonra fəzilət, dinə bağlılıq və qabağa getmək xüsusiyyətlərinə sahib olan qabaqcıllar, sonra da bunların arxasından gələnlərdir. Bunların da söz və davranışlarının ümmətin məsləhətlərini təyin edib işlərini istiqamətləndirməyə təsiri olan insanlar arasından olmasına diqqət edilməlidir.
İbn Həcər İbn Battalın belə dediyini nəql edir: “Camaatdan məqsəd hər dövrün “hal və əhd əhli”dir”145. “Hal və əhd əhli” isə əvvəl də bildirdiyim kimi ilk növbədə elm adamlarını əhatə edir. Bu camaat ifadəsinin geniş mənasının bir hissəsini təşkil edir. “Hal və əhd əhli” isə bir idarəçiyə beyət, yaxud bir cihadın elan edilməsi kimi hər hansı bir məsələ ilə bağlı ittifaq edərlərsə, şübhəsiz ki, onda camaatı təmsil edirlər.
Dostları ilə paylaş: |