Suraxanı rayonu qışa ciddi hazırlaşır



Yüklə 6,26 Kb.
tarix30.06.2018
ölçüsü6,26 Kb.
#55378


Suraxanı rayonu qışa ciddi hazırlaşır
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında şuranın keçirilən növbəti geniş iclasında müzakirə olunan məsələlərdən biri də 2006-2007-ci illərin payız-qış mövsümünə hazırlığın gedişi haqqında idi.
Şuranın iclasını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov builki payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonda bəzi işlərin görüldüyünü bildirdi, onların planlı şəkildə aparıldığını şura üzvlərinin diqqətinə çatdırdı. 
"Azəristiliktəchizat" ASC-nin sədri Yaşar Həsənov, BŞİH başçısı aparatının şəhər təsərrüfat şöbəsinin müdiri Xalid Ələkbərov və ərazi idarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Nüsrət Sadıqovun iştirak etdiyi iclasda 9 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəis əvəzi Qasım Həsənov, Suraxanı-Əzizbəyov Su Kəmərləri İstismarı Zonasının rəisi Bayram Dadaşov, Suraxanı Elektirik İstismar Şəbəkəsinin rəisi İlyas Musayev, rayon Kanalizasiya Qəza Xidməti Sahəsinin rəisi Mehman Həşimov, MKTB-nin rəisi Mais Məmmədov, RİH-in şöbə müdiri Barxudar Barxudarov və başqaları çıxış etdilər. Onlar mövcud problemlərdən və onların həlli yollarından danışdılar. 
Q.Həsənov çıxışında qeyd etdi ki, ölkə başçısının Bakı şəhərində istilik mənbəyi olmayan məktəblərin, uşaq bağçalarının, səhiyyə müəssisələrinin istiliklə təmin olunması haqqında Nazirlər Kabinetinə verdiyi tapşırıqla əlaqədar rayonun ərazisində yerləşən 118, 196, 114 saylı məktəblərin istilik sistemlərinə baxış keçirilərək qüsur aktları tərtib edilib, layihə-smeta sənədləri hazırlanıb və onlar "Azərdövlət" Layihə İnstitutuna göndərilib. O, həmçinin bildirdi ki, Hövsan qəsəbəsində yerləşən 171 saylı qazanxanaya soyuq su fasilələrlə verilir. Ona görə də istiliyin verilməsində fasilələr yaranır ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur. Problemlə bağlı əlaqədar təşkilatlara dəfələrlə məlumat verilib. 
Sonda Q.Həsənov bir daha vurğuladı ki, xidmət etdikləri bütün məktəb, bağça, körpələr evinin istilik alması üçün əllərindən gələni əsirgəməyəcəklər və bu işdə onlar "Azəristiliktəchizat" ASC-nin köməyinə bel bağlayırlar. 
Çıxışlardan sonra RİH-in başçısı İlqar Abbasov müzakirəyə yekun vurdu. Sonra müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul edildi.

Eldar NƏSİBLİ,


"Azərbaycan"
Yüklə 6,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin