Mingəçevir Tibb Kollecinin
direktoru F. Zeynalova
13.12.2017-ci il tarixli
82/3 nömrəli məktuba
Sürəti: Səhiyyə mütəxəssislərinin
sertifikasiyası şöbəsinə
Bərdə Rayon Mərkəzi Xəstəxanasının
baş həkimi R. Mustafayevaya
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanladığınız Bərdə Rayon Mərkəzi Xəstəxanasının Konsultativ-poliklinika şöbəsində tibb bacısı vəzifəsində işləyən Cəfərova Mirvari Nəbi qızının orta tibb təhsili haqqında diplomunun yoxlanılması barədə məktubunuza baxılmışdır.
Bildiririk ki, Cəfərova Mirvari Nəbi qızının orta ixtisas tibb təhsilinə dair diplomu yoxlanılarkən onun adına yazılan BB-II № 061889 saylı diplomun Bakı 1 nömrəli Tibb Məktəbi tərəfindən verilmədiyi aşkar olunmuşdur.
Cəfərova Mirvari Nəbi qızının şəxsiyyət vəsiqəsinin, işə qəbul üzrə ərizəsinin, müəssisə rəhbərinin işə qəbul əmrinin və əmək müqaviləsinin surətlərinin Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən Səhiyyə Nazirliyin Hüquq və daxili nəzarət sektoruna göndərilməsi xahiş olunur.
Kadrlar, elm və təhsil
şöbəsinin müdiri Kəmalə Mehdiyeva
Dostları ilə paylaş: |