Mingəçevir Tibb Kollecinin
direktoru F. Zeynalova
13.12.2017-ci il tarixli
82/3 nömrəli məktuba
Sürəti: Səhiyyə mütəxəssislərinin
sertifikasiyası şöbəsinə
Bərdə Rayon Mərkəzi Xəstəxanasının
baş həkimi R. Mustafayevaya
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanladığınız Bərdə Rayon Mərkəzi Xəstəxanasının Oftalmologiya şöbəsində tibb bacısı vəzifəsində işləyən Muradova (Şükürova) Şərqiyə Qəhrəman qızının orta tibb təhsili haqqında diplomunun yoxlanılması barədə məktubunuza baxılmışdır.
Bildiririk ki, Muradova (Şükürova) Şərqiyə Qəhrəman qızının orta ixtisas tibb təhsilinə dair diplomu yoxlanılarkən onun adına yazılan MT № 274907 saylı diplomun 2 nömrəli Bakı Baza Tibb Məktəbi tərəfindən verilmədiyi aşkar olunmuşdur.
Muradova (Şükürova) Şərqiyə Qəhrəman qızının şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnaməsinin, işə qəbul üzrə ərizəsinin, müəssisə rəhbərinin işə qəbul əmrinin və əmək müqaviləsinin surətlərinin Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən Səhiyyə Nazirliyin Hüquq və daxili nəzarət sektoruna göndərilməsi xahiş olunur.
Kadrlar, elm və təhsil
şöbəsinin müdiri Kəmalə Mehdiyeva
Dostları ilə paylaş: |