Suya tələbatın qiymətləndirilməsi haqqında hesabat
Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
BMTİP
Dekabr 2013
Sənəd haqqında məlumat
|
Tarix
Layihə nömrəsi
Məsul şəxs
Sifarişçi
Sifarişçinin nümayəndəsi
|
17.12.2013
P 130827
Dr. Georg Petersen
BMTİP
Dr. Margaretta Ayoung / C-b Fərid Abbasov
|
Bu hesabat bütün əvvəlki versiyaları qüvvədən salır və onlardan üstündür.
Əlaqə:
Dr. Georg Petersen
HYDROC Consult
Siegum 4, 24960 Siegum, Almaniya
+49-172-4509149
gpetersen@hydroc.de
www.hydroc.de
Bu hesabat layihə ərazisindəki spesifik şərtləri nəzərə alaraq suya tələbatın qiymətləndirilməsinin metodologiyasını və mühüm aspektlərini təsvir edir. Hesabat, müxtəlif su istifadəçiləri, əsasən də suvarma, məişət, sənaye, hidroenergetika, heyvandarlıq və ətraf mühit sahələrində suya tələbatı təsvir edir və məlumatların azlığını nəzərdə saxlayaraq, gələcək proqnozların bir sıra aspektlərinə nəzər yetirir.
1. Texniki tapşırıq
Vəzifə və öhdəliklər
Regional inkişaf planlarını, o cümlədən sənaye ilə bağlı inkişaf planlarını, torpaqdan istifadə ilə bağlı dəyişiklikləri, əhalinin artım tendensiyasını, planlaşdırılan infrastruktur və s. gözdən keçirmək və onların suya tələbata təsirini qiymətləndirmək.
Şəhər və kənd sahələrinin su ilə təchizatı sektoru, suvarmaya tələbat, heyvandarlıqda sudan istifadə və təbiətdə sudan istifadə, sənaye və mədənçıxarma ilə bağlı tələbat və digər tələbat sahələrində suya tələbatı qiymətləndirmək.
İşin əhatə dairəsi həmçinin (1) şəhər və kəndlərin su ilə təchizatı, suvarma, heyvandarlıq, meşəçilik və qeyri-istehlak məqsədli istifadə üçün tələbatın və (2) su təchizatı strukturunun qiymətləndirilməsini tələb edir.
Nəticə/məhsul
Cari vəziyyəti və suya tələbat üzərindəki potensial təsirlər yaradan gələcək tendensiyaları anlamaq üçün suya tələbatın qiymətləndirilməsi üzrə hesabat.
2. Suya olan cari tələbat
Cari suya tələbat istifadəçilər baxımından aşağıdakılara bölünə bilər:
-
Suvarma üçün suya tələbat
-
Məişətdə suya tələbat
-
Yerüstü sular
-
Yeraltı sular
-
Sənayedə suya tələbat (o cmülədən, mədənçıxarma)
-
Hidroenergetikada suya tələbat (qeyri-istehlak)
-
Heyvandarlıqda suya tələbat
-
Ekoloji axın tələbləri
-
Bakı şəhərində quyu qrupları
-
Kür çayının aşağı axarında axın ehtiyatları ilə bağlı tələblər (məs. balıqçılıqla bağlı aspektlər, yaxud aşağı axarda dambaların işi bağlı)
-
Bundan əlavə, qayıdan çirkli axınlar da suya tələbat hesab edilə bilər, çünki çirklənmənin həddən yüksək olmasını önləmək üçün durulaşdırma məqsədilə su tələb olunur.
Tələbatla bağlı müfəssəl rəqəmlər məsul administrasiyalar tərəfindən əldə edilməlidir (rəsmi müraciət əsasında). Nisbi olaraq fərz etmək olar ki, hələlik ən böyük su istifadəçisi suvarma sahəsidir.
3. Gələcəkdə suya tələbat
Gələcək suya tələbat əhalinin artımı ilə bağlı proqnozlar və regional inkişaf planlarının fərz edilən təsirləri nəzərə alınmaqla qiymətləndirilə bilər. Müxtəlif sahələri əhatə edən bir sıra regional inkişaf planları həyata keçirilir:
-
Yoxsulluğun azaldılması və dayanıqlı inkişaf planı
-
Regionların sosial-iqtisadi inkişafı
-
ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının inkişafı proqramı
-
turizmin inkişafı
-
ekoloji vəziyyətin yaxşılaşdırılması
-
milli sosial və ekoloji inkişaf
-
meşə sektorunun inkişafı
-
rekreasiya inkişafı
-
və s.
Planların icrası hal-hazırda müxtəlif mərhələlərdədir. Təbiətindən asılı olaraq, bu planlar suya tələbatın artımına müxtəlif təsirlər göstərəcəklər. Xüsusilə suvarılan sahənin genişlənməsinin suya tələbat üçün nəticələri böyük olacaqdır. Bununla belə, inkişafla bağlı planların ümumi şəkildə nəzərdən keçirilməsi zəruridir, çünki xüsusilə də ətraf mühitin yaxşılaşdırılması ilə bağlı aspektlər (ekoloji axın tələblərinin təmin edilməsi), eləcə də suyun keyfiyyəti ilə bağlı tələblər (durulaşdırma məqsədilə suyun istifadəsi) suyun “əlçatımlılığına” məsələn, bu məsələlər üçün ehtiyatda saxlanılan sudan istifadəyə önəmli təsir göstərə bilər.
Ümumi inkişaf planlarından əlavə, daha müfəssəl spesifik planlar mövcuddur (məsələn, Suvarma və Meliorasiya ilə bağlı 2008-2013-cü illər üzrə fəaliyyət planı). Təfsilatlara daxildir:
-
nə harada icra ediləcək
-
kim icra edəcək
-
maliyyə mənbəyi
Yerli administrasiyalardan bu fəaliyyət planları ilə bağlı müfəssəl məlumat əldə etmək olar. Bu məlumatlar rəsmi müraciətlər və çöl işi vasitəsilə toplanmalı olacaq. Suya tələbatla bağlı potensial gələcək inkişafı tam başa düşmək üçün təfsilatların əldə edilməsi vacibdir.
Regional inkişaf planlarından əlavə, Bakı şəhərini hazırda su ilə təmin edən geotexnoloji sahələrin gələcək inkişafının anlaşılması da zəruri olacaq. Güman edilir ki, layihə ərazisindəki qrup quyuların sulu horizontları çaylarla qidalanmadan asılıdır. Buna görə də, bu quyuların suya tələbatı, o cümlədən potensial gələcək inkişaf planları nəzərə alınmalıdır. Təklif edilir ki, sulu horizontdan istifadənin dayanıqlılığını təmin etmək üçün sulu horizontların hər hansı/əlavə istismarından öncə, eləcə də gedişində müvafiq monitorinq işləri aparılsın.
4. Su təchizatı infrastrukturu (və istehlak və qeyri-istehlak təyinatlı digər infrastruktur)
Pilot hövzələrdəki su təchizatı infrastrukturuna daxildir:
-
Çay məcralarındakı quyu qrupları
-
Çay yataqlarına bitişik olan quyu qrupları
-
Suvarma kanalından sugötürmə
-
Su elektrik stansiyaları
-
Digər yerüstü su götürmələr
-
Körpülər, istiqamətləndirici divarlar və digər konstruksiyalar
Hövzələr daxilindəki su təchizatı infrastrukturu ilə bağlı müfəssəl, əhatə dairəsi geniş olan məlumatlar və texniki parametrlər yoxdur. Tədqiqat məqsədilə, yerli kənd və rayon orqanları ilə əməkdaşlıq etməklə çöl tədqiqatları vasitəsilə yer, kəmiyyət və vəziyyət barədə müfəssəl məlumatlar toplanmalıdır.
5. Sonrakı mərhələ
Suya tələbatın qiymətləndirilməsini həyata keçirmək üçün su istifadəçiləri, xüsusən suvarılan sahələr, suvarma metodları, məişət suyu istifadəçilər və s. barədə müfəssəl məlumatlar zəruridir. Məlumatlar üzrə Hesabatda təsvir edildiyi ki, toplanmış məlumatlar hələ ki, əhatəli deyil və lazımi məlumatları 2014-cü ildə əldə etmək üçün əhəmiyyətli səylər göstərilməlidir. Əsaslı su ehtiyatları qiymətləndirməsi apara bilmək üçün məlumatlar çox vacibdir.
Dostları ilə paylaş: |