Tako, Toko, Pako və digər şagirdlər Anaironun əhvalatını çox bəyəndilər



Yüklə 52 Kb.
tarix10.01.2022
ölçüsü52 Kb.
#109258

Qış tətillərindən sonra Tako, Toko və Pako məktəbə qayıtdılar. Bu gün məktəbdə mühüm bir gündür. Bu gün məktəbə qonaq gələcəkdir. Qonaq ətraf mühitin müdafiəsi haqqında danışacaqdır. Qonaq uşaqlara cizgi filmi göstərəcəkdir. Sonda qonaq və uşaqlar məktəbin yaxınlığında ağaclar əkəcəklər.

Qonaq uşaqlara Vaja Pşavelanın “Bənövşə”, “Qurumuş fıstıq”, “Ceyran balasının əhvalatları” və “Dağ çayı” hekayələrini oxudu.

Hekayəni oxuduqdan sonra “Botso və Qvansa” cizgi filmini şagirdlərə nümayiş etdirdilər. Tako, Toko və Pako qonaq tərəfindən nümayiş etdirilən “Botso və Qvansa” cizgi filmini çox bəyəndilər. Cizgi filmi şagirdlərə ətraf mühit və təbiətin mühafizəsi haqqında əhvalatları danışırdı.

Hekayələri oxuduqdan və cizgi filminə baxdıqdan sonar qonaq şagirdlərə Ninfa Ortizi tərəfindən yazılmış 9 yaşlı qızın maraqlı əhvalatını danışdı:

“Anairo 9 yaşında kiçik bir qız idi. O, filləri çox sevirdi. O, fillərə görə çox narahat olurdu. İnsanlar filləri öldürürdülər. Fil sümüyü onların ölümlərinə səbəb idi. Fillərin nəsli tezliklə kəsilə bilərdi. Anairo onlara görə çox narahat idi. Anairo çalışırdı ki, onları xilas etmək üçün bir şey fikirləşib tapsın.

Bir dəfə Anairo filmə baxdı. Filmdə fillərin öldürülməsi əhvalatı təsvir edilirdi. Anairo anasından, atasından, nənəsindən, babasından, əmisindən kömək istədi ki, filləri xilas etsinlər. Anairo birdən səsləndi: “mənim ideyam var, amma kömək lazımdır!”

Anaironun valideynləri rəssam idilər. Anairo öz valideynlərinə ağlayan filin şəklini çəkdirdi. Fil öldürülmüş balasını ağlayırdı. Poster bütün mağazalarda satılırdı. Satılmış posterdən daxil olan pul isə fillərin xilasına xərclənirdi”.

Tako, Toko, Pako və digər şagirdlər Anaironun əhvalatını çox bəyəndilər.

“Biz də təbiəti qorumaq üçün nə isə fikirləşməliyik. Anairo da yalnız doqquz yaşında isi. Biz də fikirləşək. Biz də təbiəti qoruya bilərik!” – Pako deyirdi.



Pako, Tako və Toko bütün axşamı bu əhvalat barədə fikirləşirdilər və bir-biri ilə müxtəlif ideyalarla bölüşürdülər.
Yüklə 52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin