İşəgötürən aşağıdakı tələbləri yerinə yetirməyə borcludur:
2.1. İşçiyə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması və görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmalıdır;
2.2. İşçini əmlakın, maddi və digər sərvətlərin qorunub saxlanması və maddi ziyanın ödənilməsinə dair qüvvədə olan tam maddi məsuliyyət barəsindəki qanunvericiliklə, həmçinin İşəgötürənə dəyən ziyanın maddi məsul şəxs tərəfindən ödənilməsi barədə təlimatlarla, normativlərlə və eyni zamanda saxlama, qəbul etmə, emal etmə, satış (buraxılış), daşınma, təhvil vermə, yaxud maddi sərvətlərin istehsalat məsrəfi və başqa qaydalarla əvvəlcədən tanış etməlidir;
2.3. İşçi İdarə tərəfindən (vəzifə öhdəliklərinin icrası üçün) birbaşa istifadəsinə verilmiş maddi dəyəri olan bütün növ əşyaların (alət, avadanlıq, ləvazimatlar və s.) ilkin və dövri inventarizasiyasında iştirak etməlidir.
Qeyd: Dövri inventarizasiya zamanı əşyalarda hər hansı bir qüsur(lar) aşkar olunduqda, həmin faktın aşkarlandığı barədə tərtib olunacaq aktı işçi imzalamalı, o cümlədən öz mülahizələrini və ya etirazlarını həmin aktın “izah” hissəsində bildirməlidir. Aktın imzalanmaması (və ya hər hansı bir səbəbdən aktın imzalanmasından imtina olunması) həmin hal(lar)ın etirafı kimi qiymətləndiriləcək;
Maddi-məsul şəxsin günahı üzündən İşəgötürənə dəyən zərərin məbləği müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir.
İşçi inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
İşəgötürənə dəyən zərər maddi-məsul şəxsin günahı üzündən olmazsa, onda maddi-məsul şəxs cavabdehlik daşımır.
Bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minərək tərəflər üçün məcburi xarakter daşıyır və işçi ilə bağlanmış əmək müqaviləsi müddətində (vəzifə öhdəliklərinin icrası üçün) ona etibar edilmiş əmlak və digər maddi dəyəri olan bütün növ əşyalara görə işçinin cavabdeh olduğu bütün dövr ərzində qüvvədədir.
Bu müqavilə 2 (iki) nüsxədən ibarət tərtib edilir, birinci nüsxəsi İşəgötürəndə, ikinci nüsxəsi isə maddi-məsul şəxsdə saxlanılır.
Müqaviləyə edilən əlavə, dəyişikliklər və xitam verilməsi onun ayrılmaz hissəsi sayılan Əlavə Razılaşma ilə rəsmiləşdirilir.
Dostları ilə paylaş: |