TariX: “ ” Kiçik Summativ Qiymətləndirmə-1 Şagirdin soyadı və adı



Yüklə 46,07 Kb.
tarix31.12.2021
ölçüsü46,07 Kb.
#112214
6cı sinif Biologiya yeni KSQ1


BİOLOGİYA SİNİF:VI TARİX: “____” ___________

Kiçik Summativ Qiymətləndirmə-1

Şagirdin soyadı və adı:____________________________________________

(20 bal) 1 . Açar sözlərdən istifadə edərək insanın üzvi aləmdə yerini müəyyən edin.

1. Aləm – 4. Dəstə - 4. Dəstə

2. Tip – 5. Cins -

3. Sinif – 6. Növ –



Açar sözlər: İnsan (Homo), Primatlar, Xordalılar, Dərrakəli insan (Homo Sapiens), Heyvanlar, Məməlilər

(10 bal) 2. Canlı orqanizmlərin quruluş səviyyələrini ardıcıllıqla düzün.

1.Hüceyrə 2.Orqan 3.Orqanizm 4.Toxuma 5.Orqanlar sistemi _________________



(5bal) 3. Latıncadan “virus” sözünün mənası hansıdır?

A) zəhər B)göbələk C)çubuq D)heyvan E)həyat



(5 bal) 4. Bitkilərin təsnifatını böyükdən kiçiyə ardıcıllıqla düzün.

1.Şöbə 2.Növ 3.Cins 4.Aləm 5.Sıra 6.Fəsilə 7.Sinif __________________



(10 bal) 5. Nöqtələrin yerinə açar sözlərdən uyğun olanı yazın.

a)Canlıların təsnifatını öyrənən elm____________________adlanır.

b)Lənkəran akasiyası _____________________ aləminə aiddir.

c)Quruluşuna, irsi xüsusiyyətlərinə, davranışına, yaşayış mühitinə görə bir-birinə oxşar, bir-biri ilə sərbəst çarpazlaşan canlılar qrupu ___________________________ adlanır.

d)Oduncağı çox möhkəm və ağır olan ____________________ Azərbaycanın ərazisində bitir.

e) Milçəkqıran _________________________aləminə aiddir.



Açar sözlər: bitki, sistematika, növ, dəmirağac, göbələklər.

(10 bal) 6. Göstərilən əlamətlərdən hansının yalnız canlılara xas olduğunu müəyyən edin: Üç cavab seçin.

A)rəngin dəyişməsi B)tənəffüs C)parçalanma D)böyümə və inkişaf E)qıcıqlanma



(5 bal) 7. Aşağıdakı elm sahələrindən biri Biologiyanın sahələrinə aid deyil.

A )Botanika B)Mikologiya C)Ekologiya D)Astronomiya E)Zoologiya



(15 bal) 8
Canlı orqanizmlərin xarici təsirlərə cavab reaksiyası

Özünəoxşar nəsil törətmək qabiliyyəti bütün canlılara xasdır.

Bu proses zamanı canlı orqanizmlər ətraf mühitdən oksigen alır və karbon qazını verirlər.

Bu xassə qida üçün vacib maddələrin udulması və həyat fəaliyyəti məhsullarının (karbon qazı, həzm olunmayan qalıqlar) ifrazı ilə müşayiət olunur.

Tənəffüs

Qıcıqlanma

Çoxalma

Maddələr mübadiləsi
.
Uyğunluğu müəyyən edin.

(5 bal) 9. Heyvanların təsnifatını böyükdən- kiçiyə ardıcıllıqla düzün.

1.Tip 2.Növ 3.Cins 4.Aləm 5.Dəstə 6.Fəsilə 7.Sinif _______________________



(10 bal) 10. Ev itinin latınca adını yazın.

______________________________



Bal:_______ Qiymət:_________

Fənn müəllimi:__________Vüsal Heydərov


Yüklə 46,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin