Tenderə dəvət
Tarix:
|
15 sentyabr 2016-cı il
|
Kreditin nömrəsi və adı:Kred:
|
3411-AZE: Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı – Layihə 4
|
Müqavilə nömrəsi və adı:
|
MFF42408-044-T4-ICB-1.01
Beyləqan Şəhərində Çirkab Su Təmizləyici Qurğusunun Tikintisi
|
Təkliflərin təqdim olunması üçün son tarix:
|
27 oktyabr 2016-cı il, Bakı vaxtı ilə 16:00
|
-
Azərbaycan Respublikası Kredit3411–AZE - Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı – 4-cü Layihəsi üzrə xərclərin qarşılanması üçün Asiya İnkişaf Bankına (AİB) müraciət etmişdir. Bu kreditin bir hissəsi yuxarıda qeyd olunmuş müqavilə çərçivəsində ödənişlərə istifadə olunacaqdır. Tender AİB-in seçilmək hüququna malik ölkələrdən olan iddiaçıları üçün açıqdır.
-
“AZƏRSU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ(“Sifarişçi”)aşağıdakılardan ibarət olan, lakin bununla məhdudlaşmayan Beyləqan şəhərində Çirkab Su Təmizləyici Qurğusunun tikintisi və tamamlanması (“İşlər”) üçün seçim hüququna malik iddiaçılardan möhürlənmiş təklifləri qəbul edəcəkdir:
Ümumiyyətlə, aktivləşdirilmiş lillə fəaliyyət göstərəcək və Anaerob çənlər, bioloji reaktorlar və çöküntü çənləri olan çirkab su təmizləyici qurğu inşa olunacaqdır. Bu qurğuların layihələndirilən axım əmsalı 10 000 m3/gün təşkil edir.
Proqnozlaşdırılan tikinti müddəti 12 aydır.
Bütün işlər tender sənədlərində verilmiş spesifikasiyalara və cizgilərə uyğun yerinə yetirilməlidir.
-
Tenderdə yalnız aşağıdakı meyarlara sahib olan və seçim hüququ olan iddiaçılar iştirak
edə bilərlər:
-
Minimal illik tikinti dövriyyəsi son üç il ərzində davam edən və ya tamamlanmış müqavilələr üzrə ümumilikdə ödəniş həcmi Qırx milyon ABŞ dolları (40 000 000,00 ABŞ $).
-
İddiaçının maliyyə tələbini, cari müqavilə üzrə öhdəlik və tələbləri qarşılamaq üçün altı milyon ABŞ dolları (6 000 000,00 ABŞ $) məbləğində müqavilə üzrə avans ödənişindən əlavə likvid (pula çevrilə bilən) səhmlər, xərclənməmiş faktiki səhmlər, kredit xətti və digər maliyyə vəsaitləri kimi maliyyə resurslarının mövcudluğunu təqdim etməlidir.
-
İddiaçı, idarəedici podratçı və ya Sub-podratçı qismində son beş ildə öz iştirak dəyəri on altı milyon ABŞ dollarından (16 000 000,00 ABŞ $) çox olmaqla qeyd olunmuş işlərə oxşar müvəffəqiyyətlə tamamlanmış və davam etməkdə olan ən azı iki müqavilədə iştirak etməlidir.
-
İddiaçıya qarşı qaldırılmış bütün məhkəmə prosesləri həll olunmuş kimi nəzərə alınmalı və İddiaçının ümumi səhmlərinin dəyərinin 50%dən çoxunu əhatə etməməlidir.
-
Tender Sənədlərində göstərildiyi kimi seçilmək hüququ olan ölkələrdən olan İddiaçılar
üçün açıq olan və Ixtisas uyğunluğununöncədən müəyyənləşdirilməsi proseduru olmadan AİB-in Bir-mərhələli - Bir-Zərfli təlimatlarına uyğun olaraq beynəlxalq rəqabətli tender keçiriləcəkdir.
-
Əlavə məlumat almaq və tender sənədlərini nəzərdən keçirmək üçün iddiaçılar aşağıda
qeyd olunmuş şəxslərlə əlaqə saxlaya bilərlər:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
Tender və Beynəlxalq Layihələrin İdarə Olunması Departamentinin rəisi cənab İlqar Tağıyev
Moskva pr. 67, AZ1012 Bakı / Azərbaycan
Tel: +994 12 431 47 92
Faks: +994 12 598 38 14
E-poçt: i.tagiyev@azersu.az; mahal.osmanli@azersu.az
-
Tenderin əsas şərtlər toplusu yuxarıda qeyd olunmuş ünvana yazılı müraciət təqdim etməklə və geri-ödənilməyən 500 AZN və ya 310 ABŞ $ məbləğində rüsumu ödəməklə iddiaçılar tərəfindən əldə oluna bilər.
Benefisiarın adı : “AZƏRSU” ASC
INTP : 9900001751
Benefisiarın Bankı : Kapital Bankın 1 saylı Nəsimi filialı
INTP : 9900003611
Yerli valyuta ilə hesab № : AZ65AIIB33070019441100216111
Xarici valyuta ilə hesab№ : AZ55AIIB33170018401100216111
Kod : 200112
SWIFT Kod : AIIBAZ2X
Tender sənədləri "Azərsu" ASC-nin inzibati binasında nağd və ya köçürmə yolu ilə ödəniş müqabilində əldə oluna bilər. Bundan başqa, yazılı müraciət və ödəniş qarşılığında "Azərsu" ASC tender sənədlərini maraqlanan iddiaçılara kuryer vasitəsilə çatdıracaqdır. İtki və ya gec çatdırılmaya görə heç bir məsuliyyət daşınılmır. Tender sənədləri yalnız elektron formatda (DVD diskdə) təqdim ediləcəkdir.
-
Təkliflərinizi təqdim etməyiniz xahiş olunur:
“Azərsu”ASC, Moskva pr. 67, 2-ci mərtəbə, Tender və Beynəlxalq Layihələrin İdarə Olunması Departamenti, AZ1012 Bakı / Azərbaycan(Kimə:Tender və Beynəlxalq Layihələrin İdarə Olunması Departamentinin rəisi cənab İlqar Tağıyevə)
-
Son müraciət tarixində və ya daha tez: 27 oktyabr 2016-cı il Bakı vaxtı ilə 16:00
-
Tender sənədlərində qeyd olunduğu kimi Tender Zəmanəti ilə birlikdə
-
Təkliflər son müraciət tarixindən dərhal sonra iddiaçıların seçilmiş nümayəndələrinin iştirakı ilə açılacaqdır.
Dostları ilə paylaş: |