Tarix təlimində layihə metodundan istifadənin əhəmiyyəti



Yüklə 39,66 Kb.
tarix17.11.2018
ölçüsü39,66 Kb.
#82853

Tarix təlimində layihə metodundan istifadənin əhəmiyyəti

Müasir dövrdə ümumtəhsil məktəblərimizdə qabaqcıl müəllimlər təlimin səmərəliliyini və keyfiyyətini yüksəltmək məqsədilə bir çox yeni üsullardan istifadə edirlər. Bunlardan biri də layihə metodudur. Şagirdlərdə biliklərə müstəqil şəkildə yiyələnmə bacarığının formalaşdırılmasında layihə təlimi böyük əhəmiyyətə malikdir. Bu metoddan istifadə etdikdə məktəb təlimi ilə xarici aləm arasında əlaqə yaranır. Hər hansı bir layihəni yerinə yetirən zaman şagirdlərin məktəbdənkənar müəssisələr və mütəxəssislərlə əlaqəsi qurulur. Bu zaman şagird özünü müstəqil tədqiqatçı kimi aparır. O, məqsədə çatmaq üçün əlavə elmi mənbələrdən, ədəbiyyatlardan yararlanır, Şagirdlərə müəllimin rəhbərliyi altında təlim prosesini sərbəst şəkildə idarə etmək imkanı yaranır. Layihə təlimi şagirdlərə hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, onlara sosioloji tədqiqat və yaradıcılıq vərdişlərini aşılayır.

Layihə təlimindən ilk olaraq Avropa məktəblərində, XIX əsrin II yarısında isə ABŞ kənd təsərrüfatı məktəblərində istifadə olunmuşdur. Pedaqoji elmdə bu metodun təsisçiləriAmerikan filosofu, pedaqoqu və psixoloqu C. Dyui və şagirdi V.X. Kilpatrik hesab olunur.

Metodun əsas mahiyyəti şagirdlərə əldə etdikləri biliklərin həyatda onlara lazım olacağını göstərməkdir. Müəllim yeni informasiyaların alınma mənbəyini və ya bu informasiyaları necə axtarmaq mümkün olduğunu göstərərək şagirdi istiqamətləndirə bilər.

Çalışdığım Zaqatala rayon Mamrux kənd tam orta məktəbində, tarix fənnindən şagirdlərin maraqlarını nəzərə alaraq və daha səmərəli fəaliyyət göstərmək məqsədilə “ gənc tarixçilər” qrupunu yaratdıq. Qrupun fəaliyyəti vətənimizin tarixi keçmişi ilə bağlı daha geniş biliklərə yiyələnmək, müstəqil tədqiqatlar aparmaq, yaradıcı işlər həyata keçirmək istiqamətində qurulmuşdur. Həyata keçirdiyimiz layihələrdən birini təqdim edirik.

Layihənin adı: Kəndimizin tarixi abidələri

Layihənin məqsədi: Kəndimizin tarixi abidələrini tədqiq və təbliğ etmək

Layihənin icra müddəti: 01-27 may 2013cü il

Layihənin yerinə yetirilmə planı



Layihənin yerinə yetirilmə müddəti ərzində gördüyümüz işlər

I mərhələ

Tarix

Fəaliyyət

01-03 may 2013 cü il

Mövzu, layihənin yerinə yetirilmə qrafiki, müddəti müəyyən olundu. Hər mərhələdə işin necə icra olunacağı dəqiqləşdirildi.



II mərhələ

Tarix

Fəaliyyət


06-10 may

2013-cü il

Kəndimizin qədim tarixi diyar olduğunu nəzərə alaraq, burada mövcud olan abidələri müəyyənləşdirərək, onların yerləşdiyi ərazilərə ekskursiyalar təşkil etdik.






III Mərhələ

Tarix

Fəaliyyət



13-17 may

2013 cü il

Abidələri və maddi mədəniyyət nümunələrini diqqətlə nəzərdən keçirərək onların yerləşdiyi ərazini, abidənin və ya nümunənin ölçülərini, quruluşunu, hansı məqsədlə yaradıldığını, tarixi ilə bağlı müzakirələr apararaq qeydlər yazdıq

Zaqatala zəlzələsindən sonra tikinti bərpa işləri aparılan zaman kəndimizdə yeni evlərin bünövrəsi qazılarkən yerin altından çıxan tarixi nümunələri topladıq

Abidələrin fotoşəkillərini çəkdik





Alban abidəsi II-V əsrlər Armatay məbədi II-IV əsr epiqrafik abidələr



qədim körpü küp saxsı su şəbəkəsi XVII əsrə aid məscid

IV mərhələ

Tarix

Fəaliyyət



20-24 may

2013-cü il

Kitabxana ilə əlaqə yaratdıq. Müxtəlif dövrlərdə Azərbaycan ərazisində dulusçuluq, memarlıq, xəttatlıq mədəniyyətlərinin, eləcə də, sənətkarlığın digər sahələrinin inkişafı ilə bağlı alimlərin əsərləri ilə tanış olaraq nəzəri biliklərimizi daha da genişləndirdik.


İnternet şəbəkələri vasitəsilə AMEA-da çalışan tanınmış şərqşünas və tarixçilərlə əlaqə yaradaraq ərəb əlifbası ilə yazılmış mətnlərin tərcüməsinə nail olduq. Aşağıda onlardan birinin şəkli və tərcüməsi verilmişdir. Tərcümə şərqşünas alim Sevda Süleymanovaya aiddir.




ərəbcədən tərcüməsi: Elə bir ev tikdim ki, onu qonaqlar qızdırar, kəramət işıqlandırar,1209 cu il.

Publisher, word, fotoshop proqramlarından istifadə edərək buklet düzəltdik



və stend hazırladıq



V mərhələ

Tarix

Fəaliyyət


27 may

2013 cü il




Layihənin təqdimatı

buklet




Stend



.

Layihənin təqdimatı keçirildikdən sonra hazırladığımız işləri tarix kabinetimizə yığaraq guşə yaratdıq. Artıq bizim kabinetimizdə yalnız məktəb əyanilikləri deyil, eyni zamanda zəngin tariximizin şahidləri olmuş müxtəlif maddi mədəniyyət nümunələri mövcuddur.



Bir müəllim kimi məni daha çox düşündürən məsələ bu metodun təlim keyfiyyətinin yüksəldilməsində nə dərəcədə əhəmiyyət daşıması idi. Müşahidə nəticəsində qənaətə gəldiyim və müsbət hesab etdiyim nəticələrə aşağıdakıları göstərmək olar.

Layihənin icrası zamanı:

●şagirdlər özlərini tədqiqatçı qismində görürdülər;

●qazandıqları yeni biliklər onların özləri tərəfindən kəşf edilmişdi və müstəqil fəaliyyətinin nəticəsi idi;

●şagirdlər məqsədə nail olmaq üçün məktəbdənkənar müəssisə və mütəxəssislərlə əlaqə yaratmışdılar;

●layihə təlimini informasiya texnologiyaları ilə vəhdətdədaha mükəmməl həyata keçirməyin mümkünlüyünün şahidi oldum. Şagirdlərimiz İKT nin imkanlarından yararlanmış, layihənin təqdimatında nümayiş etdikləribukletlərin hazırlanması məhz kompüter proqramlarında işləmə bacarıqları sayəsində mümkün olmuşdur. Həmçinin ərəbdilli mətnlərin tərcüməsi zamanı şagirdlərimiz İKT-nin xidmətlərindən istifadə etməklə AMEA üzvləri ilə onlayn əməkdaşlıq yaratmışdılar;

●şagirdlər qismən də olsa arxeoloqların, şərqşünasların həyatını tədqiqat zamanı yaşamağa müyəssər olmuş, hətta bəzilərində gələcəkdə bu sahələrdə təhsil almaq həvəsi baş qaldırmışdı;

●şagirdlərdə özünəinam, çəkdikləri zəhmətin bəhrəsini görmək, uğurlarının sevincini yaşamaq, iftixar hissi formalaşırdı;

●Layihənin icrası gedişində şagirdlər tarix proqramı üzrə müxtəlif mövzuların tədrisi zamanı əldə etdikləri bilikləri daha da genişləndirərək dərindən mənimsədilər. Onlar Albaniya dövrü Azərbaycan memarlığı, dulusçuluq, Azərbaycanda erkən orta əsrlərdən başlayaraq ərəb əlifbasından geniş istifadə olunması, alban əlifbasının unudulması səbəbləri, epiqrafik abidələrin növləri, daş kitabələr, körpüsalma mədəniyyəti, su şəbəkələri, Albaniyanın xristianlıq dövrü və digər məsələlərləbağlı daha mükəmməl biliklər əldə etdilər.



Bir ay müddətində yerinə yetirilmiş bu layihə şagirdlərimizin böyük uğuru olaraq məktəbimizin tarixinə yazıldı. Burada müəyyən nöqsanlar da olmamış deyildi. Lakin biz müasir təhsilin tələblərinə uyğun olaraq onların bu böyük zəhmətini alqışlamalıydıq və bu cür də etdik.

Biz pedaqoqlar, təlim və tərbiyə işləri ilə məşğul olmaqla yanaşı, eyni zamanda, xalqın gələcəyini formalaşdırırıq. Azərbaycanı daha da inkişaf etdirəcək, onu böyük zəfərlərə aparacaq bir yol şübhəsiz, güclü təhsildən keçir. Təhsildə köklü dəyişikliklərin getdiyi və dünya miqyasında istənilən güclü dövlətin təhsil sistemi ilə rəqabət aparmağa qadir ola biləcək yeni milli təhsil sisteminin formalaşdırıldığı müasir dövrdə hər bir təhsil işçisi bu taleyüklü məsələyə öz töhfəsini verməlidir. Müasir texnologiyaların imkanlarını səfərbər etməklə təlimi daha mükəmməl quraraq, müəllim öz işində böyük uğurlara nail ola bilər.
Yüklə 39,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin