Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova Təsdiq edirəm



Yüklə 98,9 Kb.
tarix21.10.2017
ölçüsü98,9 Kb.
#7710
növüMühazirə

Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:______________


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Azərbaycan tarixi ,HIST150,  3 kredit

Departament

Tarix və Arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2015

Fənni tədris edən müəllim (lər)

PhD  Tahir Cəfiyev

E-mail:

cafievtahir@gmail.com

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

IV gün 09:00 – 10:20; 10:30 – 11:50   

Məsləhət saatları

Tələbələrlə razılaşdırılan vaxtlarda

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas  dərsliklər: * işarəsi ilə göstərilmiş kitablar cədvəldə verilmişdir.

1. *Azərbaycan  tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər).  Red. Prof. Süleyman Əliyarlı. Bakı, 1996və başqa nəşrlər

2. *Azərbaycan  tarixi, I cild (Ən qədim zamanlardan XX əsrədək).   

Z. Bünyadovun və Y. Yusifovun redaktəsi ilə. Bakı, 1994 və başqa nəşrlər

3. *İsmayıl Məmmədov. Azərbaycan tarixi. Bakı, 2005

4. *Süleyman Məmmədov. Azərbaycan tarixi. Bakı, 2007.

5. XX əsr Azərbaycan tarixi,  II cild, Red. Y.B. Yusifov və T.T. Vəliyev. Bakı, 2004.

6. *Tofiq Nəcəfli, Bilal Dədəyev. Azərbaycan tarixi (Azərbaycan Respublikasında təhsil alan xarici tələbələr üçün dərs vəsaiti). Bakı, 2013

7. Azərbaycan tarixi,   Red. M.Abdullayev. Ali məktəblər üçün dərslik. Bakı, 2014.

Əlavə  dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:

8.  Azərbaycan  tarixi. Red. İqrar Əliyev. Bakı, 1993.

9.. Kərim Şükürov. Azərbaycan  tarixi, 2-ci hissə, Bakı, 1998.

10. Azərbaycan  tarixi. Yeddi cildlik. Bakı, 2007.

11. Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi Konfrans. Xəzər Universitəsi, 1998.

12. M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar. Bakı, Xəzər Universitəsi, 2005.

13. Tadeuş Svyatoçovski. Rusiya və Azərbaycan . Bakı, Xəzər Universitəsi, 2000.

14. Araz Aslanlı. Qarabağ problemi, (tarixi, mahiyyəti, həll prosesi). Bakı, 2009.



15. Oqtay Əsədov. Heydər Əliyev. Bakı, 2008.

16. N. Cəfərov, D. Osmanlı. Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə, Bakı 2004

Kitabları Universitetin kitabxanasından və “Tarix və Arxeologiya departamenti”ndən əldə etmək olar.

İnternet saytları

www.azerbaijan.az;                      www.aztarix.azeriblog.com;

www.azerbaycanli.org                  www.history.az

Tədris metodları

Mühazirə

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  • mühazirələr

  • mövzu ətrafında müzakirələr

  • xəritələr, video və digər əyani materiallardan istifadə

  • müəyyən mövzularla əlaqədar olaraq muzey və qoruqlara ekskursiyaların təşkil edilməsi (Azərbaycan tarixi muzeyi, Şirvanşahlar sarayı, İncəsənət muzeyi və s.)

-     bəzi mövzularla əlaqədar olaraq tanınımış alim  və mütəxəssislərin dərslərə dəvət edilməsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%), bal

Aralıq imtahanı

Mart

(fevral və mart aylarında keçirilən dərslər əsasında imtahan verilir).



40

Praktiki məsələ







Fəallıq

Cari dərslərdə,diskussiyalarda iştirak etmək,keçilmiş mövzulara dair bilik nümayiş etdirilməsi–5b.

Aralıq imtahan qabağı sınaq işi – 5 b.

Prezentasiya mövzusu – 5 b.

Finalimtahanqabağı sınaqişi – 5 b.



20


Tapşırıq və testlər







Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə

()




Final  imtahanı

May

(Mart, aprel aylarında keçirilən mövzular əsasında final imtahan verilir).




40

Digər







Yekun




100

Kursun təsviri




Kursun məqsədləri

Azərbaycan tarixi kursu qədim zamanlardan son günlərədək vətən tarixini əhatə edir. Son illər konseptual dəyişmələr baş verdiyindən, bir sıra məsələlərə baxış əvvəlkindən kəskin şəkildə fərqlənir. Bəzi tarixi hadisələr yeni faktlarla zənginləşib, müəyyən dövrlərdəki boşluqlar doldurulmaqdadır. Tədris proqramının tərtibi zamanı bütün bu amillər nəzərə alınmış, tarixin qaranlıq səhifələrinə diqqət artırılmışdır. Azərbaycan tarixi kursu tariximizin mübahisəli dövrləri, Azərbaycanın tarixi coğrafiyası barədə əhatəli biliklərlə zənginləşdirilmişdir. İş planı Azərbaycan tarixi barədə bitkin və dolğun təsəvvürün formalaşmasına imkan verir, tələbələrin yetkin mütəxəsis, vətənpərvər vətəndaş kimi formalaşmasına yardım edir.

Tədrisin (öyrənmənin) nəticələri

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

  • Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq

  • Azərbaycanın qədim dünya sivilizasiyasının ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olmağı haqda məlumatları daha da genişlənəcək

  • Azərbaycan etnosunun təkraredilməz və avtoxton olduğuna dair geniş təsəvvür yaranacaq

  • Azərbaycanın dövlətçiliyi və tarixi coğrafiyası barədə təsəvvür yaradılacaq

  • Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir


Qazanılmış təcrübə

  • tarixi hadisələrin analizi

  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma

  • Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi.

Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Sənədlə təsdiq edilən üzrlü səbəbə görə yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılacaq)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar  



4
29.01.2015


Giriş. Tələbələri Azərbaycan tarixi fənninin iş proqramı və onların qarşısında duran vəzifələr ilə tanış etmək. Azərbaycan  tarixi nədən bəhs edir; onun analizi, öyrənilməsi, başlıca dövrləri, tarixi qaynaqlar.

Azərbaycanda ibtidai-icma dövrü. Azərbaycanın etnosiyasi xəritəsi. Azərbaycan  ərazisində erkən cəmiyyət, ilk dövlətlərin,  qurumların yaranması (Aratta, Lullubi, Kuti). Manna dövləti.


[1, bölüm1-3,

s.8-76;];

[2, fəsil 1-2, s.20-125];

[4, fəsil 1,2,

s.6-24]


6, s.3-20



4
05.02.2015


Atropatena və  Alban   dövlətləri ( siyasi tarix, təsərrüfat, mədəniyyət). Azərbaycan  erkən orta çağda, yeni ictimai  münasibətlər. Alban dövləti III-VII əsrlərdə. Sasani işğalı və hökmranlığı. Siyasi tarix. Mədəniyyət.

[1, bölüm 4-5, s.77-129];

[2, fəsil 3-5,

s.126-219];

[4, fəsil 2-3,

s. 25-43]

6, s.23-40





4
12.02.2015


Azərbaycanda xilafət ağalığı və ona qarşı mübarizə. Xürrəmilər hərəkatı.

Etnogenez problemi. Azərbaycan  xalqının formalaşması.

IX-cu yüzilliyin ikinci yarısı – XI yüzilliyin birinci yarısında Azərbaycan feodal dövlətləri. Şirvanşahlar dövləti. Saci və Salari dövlətləri, Rəvvadi və Şaddadi dövlətləri.


[1, bölüm 6-8, s.130-213];

[2, fəsil 6-8,

s. 220-305];

[4, fəsil 3,

s.43-50]

6, s.41-58





19.02.2015


Azərbaycan  Səlcuq imperatorluğunun tərkibində. Şirvanşahlar dövləti Kəsranilər sülaləsi dövründə. Eldənizlər dövləti. X-XII yüzilliklərdə Azərbaycan  mədəniyyəti.Azərbaycan  Monqol  ağalığı dövründə.  

           [1, bölüm 8-9,

s. 214-299];

[2, fəsil 9-10,

s.306-361];

[4, fəsil, 3-5,

s.50-74]


6, s.59-75



4

26.02.2015


Azərbaycan  XIV yüzilliyinin sonu- XV-ci yüzillikdə. Ölkənin ictimai  siyasi həyatı. Şirvanşahlar dövləti. Toxtamış və Teymurun Azərbaycana yürüşləri. Hurufilik.

Qaraqoyunlu dövləti. Ağqoyunlu dövləti. Sosial- iqtisadi vəziyyət, xarici  siyasət.



[1, bölüm 10-11, s. 300-363];

[2, fəsil 11, s.362-408];

[4, fəsil 5,6,

s.75-101]

6, 75-98




05.03.2015


Azərbaycan  XVI yüzillikdə. Mərkəzləşdirilmiş Azərbaycan  Səfəvi dövlətinin yaranması. Daxili və xarici siyasət. Azərbaycan XVI  yüzilliyin sonu - XVII yüzilliyin əvvələrində. Şah Abbas hakimiyyəti. Mədəniyyət.

Azərbaycan Səfəvi dövlətinin zəifləməsi və Azərbaycanın beynəlxalq rəqabət meydanına çevrilməsi (XVII yüzilliyin sonu - XVIII yüzilliyin 20-30-cu  illəri).



         [1,bölüm 12-14,

s.364-507];

[2, fəsil 12-13,

s. 409-547];

[4, fəsil 7,8,9,

s.102-195]

6, s.109-120




4
12.03.2015


Azərbaycanda dövlət müstəqilliyi uğrunda mübarizə. Azərbaycan   xanlıqlarının yaranması, idarəçilik sistemi, təsərrüfat həyatı, xarici  siyasəti.

[1, bölüm 15,

s.508-569];

[2, fəsil 14,

s. 548-595];

[4, fəsil 10,11,

s.196-239]

6, s.120-130







Qeyd: Mart ayında dərslərin biri “Azərbaycan Milli Tarixi Muzeyi”ndə keçiriləcək




Aralıq imtahanı



4
19.03.2015


Azərbaycan  beynəlxalq münasibətlərdə (XVIII əsrin sonu - XIX əsrin əvvəli). Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi. Gülüstan və Türkmənçay müqavilələri.

XIX-cu yüzilliyin birinci yarısında Şimali Azərbaycanda ictimai - siyasi həyat. İqtisadi durum. Müstəmləkə zülmünə qarşı üsyanlar. Cənubi  Azərbaycan.

Şimali Azərbaycan  XIX-cu  yüzilliyini ikinci  yarısında. Kapitalist münasibətlərin yaranması və inkişafı. Bakının dünya neft mərkəzi kimi yüksəlişi.


[1,bölüm 16-18,

s. 570-771];


[2, fəsil 15-22,

s. 596-668];

[4, fəsil 12,13,

s.240-265]

6, 131-150




4
26.03.2015


Şimali Azərbaycan XX əsrin əvvəllərində. Demokratik və milli hərəkatın başlanması. Güney Azərbaycanda demokratik hərəkat.

Azərbaycan Birinci dünya müharibəsi illərində. Azərbaycan Rus inqilabı  illərində (fevral – oktyabr 1917-ci il).

Azərbaycan Demokratik Respublikası. Azərbaycanın istiqlaliyyət uğrunda mübarizəsi. ADR-in daxili siyasəti. Azərbaycanın beynəlxalq vəziyyəti. Aprel işğalı. ADR-in süqutu.


[4,fəsil 15,16,

s. 273-299];


[5, fəsil 1-4,

s.3-145; fəsil 7-8, s.182-270]

6, s.154-172





4
02.04.2015

Azərbaycan SSR. Azərbaycan 1920-1930-cu  illərdə. Azərbaycan  SSR-in ZSFSR və SSRİ-yə daxil edilməsi. Sovet hakimiyyətinin qurulması. Sosialist təsərrüfatçılığın yaranması. Mədəni inqilab. İctimai və siyasi vəziyyət. Azərbaycanda Sovet totalitarizmi. 30-cu  illərin repressiyaları.

Azərbaycan  SSR İkinci Dünya müharibəsi illərində.

Güney Azərbaycan İkinci Dünya müharibəsi illərində.

Milli azadlıq hərəkatı - 21 Azər.


[4, fəsil,17,18,

s.300-319];

[5, fəsil 10-13,

s. 291-374]

6, s.173-186

188-192




4
09.04.2015


Azərbaycan SSR müharibədən sonrakı illərdə (1946-1980-ci illərin ortaları). Sosial-iqtisadi vəziyyət. Totalitar rejimin möhkəmlənməsi. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası. M.C.Bağırov hakimiyyətinin devrilməsi.

İ.Mustafayev. V.Axundov. Azərbaycan SSR rəhbərliyində dəyişikliklər. H.Əliyev. Respublika “yenidənqurma” yolunda.

Azərbaycan SSR 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində. Sosial-siyasi həyatın canlanması. Milli demokratik  hərəkat. “Dağlıq Qarabağ problemi”nin ortaya atılması. Yeni siyasi partiyalar, ictimai təşkilatlar. AXC-nin yaranması və onun rolunun artması.


[4, fəsil,19,20,

s.320-336];

[5, fəsil 14-15,

s.374, 374-442]

6, s. 194-198




4
16.04.2015


Azərbaycanıların Ermənistandan deportasiyası. Daxili vəziyyətin kəskinləşməsi. 1990-cı il 20 Yanvar faciəsi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi. Müstəqil Azərbaycan Respublikasının inkişaf problemləri. Daxili və xarici   vəziyyət.

Ayaz Mütəllibovun siyasi xəttinin iflası. Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ müharibəsinin başlanması, Xocalı soyqırımı. Respublikada ictimai - siyasi böhran, torpaqların işğalı. Hərbi uğursuzluqlar.

[4, fəsil 20,21, s.337-344];


[5, fəsil 16-17,

s. 442-488]


6, s.199-205




4
23.04.2015


Xalq hərəkatının yüksəlişi. Elçibəy - AXC iqtidarı. Siyasi və iqtisadi islahat təşəbbüsləri. Gəncə qiyamı (1993, 4 iyun). AXC iqtidarının devrilməsi.

Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi; 1993-cü il prezident seçkiləri. Heydər Əliyevin yeni siyasi kursu. Siyasi sabitliyə doğru. Azərbaycan - Ermənistan münasibətləri. Atəşkəs. Neft siyasəti. Əsrin müqaviləsi. Heydər Əliyevin 5 illik prezidentlik fəaliyyətinin yekunları.



[4, fəsil 21,22,

s. 344,349];


[5, fəsil 17-18,

s. 488-546; 14];

[13,14]

6, s.205-210





4
30.04.2015


Yeni prezident seçkiləri (1998-ci il). Heydər Əliyevin əvvəlki kursunun davam etdirilməsi. Beynəlxalq münasibətlərin genişlənməsi. Daxili və xarici siyasət. Azərbaycan dövlətçiliyi. Azərbaycan Respublikasının

neft strategiyası.

İlham Əliyevin prezident seçilməsi (2003-cü il, 15 oktyabr). 2008-ci il dövlət idarəçiliyinin təkmilləşdirilməsi. 2013-cü il, növbəti dəfə prezident seçilməsi. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi.


[4, fəsil 22,

s. 344-349];


[5, fəsil 17-18,

s. 488-546; 15];


[15, 16]

6, s.205-217





4

07.05.2015

İlham Əliyevin daxili və xarici siyasətinin uğurları. Dağlıq Qarabağ uğrunda aparılan diplomatik mübarizə.

[14-16]







Final imtahanı





Prezentasiya mövzularının siyahısı:
A) Azərbaycan qədim abidələr diyarıdır:

   1. Azərbaycan paleolit abidələri

   2. Azərbaycan mezolit abidələri - Qobustan abidəsi

   3. Alban məbədləri

   4. Dərbənd səddi və qalası

   5. Şamaxı cümə məscidi

   6. Xudafərin körpüsü

   7. Əlincə qalası

   8. Qız qalası və Sınıq qala minarəsi

   9. Möminəxatun türbəsi

   10. İçərişəhər abidəsi

   11. Mərdəkan və Nardaran qalaları

   12. Şirvanşahlar saray kompleksi

   13. Ərdəbil “ Darül-irşad”ı və Şeyx Səfi məqbərəsi

   14. Şeyx Cüneyd türbəsi

   15. Suraxanı atəşgahı

   16. Gəncə şəhər abidələri

   17. Şəki xan sarayı

   18. “Bibi Heybət” pir kompleksi

   19. Bu və ya digər regionun abidələri (sərbəst və razılaşdırılmış seçim)


B) Müəlliflərin gözü ilə Azərbaycan tarixi:

1. Musa Kalanqatlı

2. Ərəb coğrafiyaşünas-tarixçiləri

3. Yaqut Həməvi

4. Antoni Cenkinson;

5. Adam Oleari;

6. Evliya Çələbi;

7. Yan Streys;

8. Tadeuş Svyataxovski;

9. İ.P.Petruşevski;

10. Engelbert Kempfer;

11. Aleksandr Düma;

12. Veliçko.
C) Azərbaycanın görkəmli mütəfəkkir və tarixçiləri:

1. N. Gəncəvi

2. Mahmud Şəbüstəri

3. Şəms Təbrizi

4.N. Tusi

5. Həmdullah Qəzvini

6.Fəzlullah Rəşidəddin

7. Nəimi


8. Nəsimi

9. Şah İsmayıl Xətai

10. Həsən bəy Rumlu

11. İsgəndər bəy Münşi

12. Abbasqulu ağa Bakıxanov

13. M.F. Axundov

14. Qarabağnamələrin müəllifləri

15. Əhməd bəy Ağayev

16. Əli bəy Hüseynzadə

17. İ. Ziyadxanlı

18. Ə.M. Topçubaşov

19. M.Ə. Rəsulzadə

20. Ziya Bünyadov

21. Oqtay Əfəndiyev

22. Əbdülkərim Əlizadə

23. Vaqif Piriyev

24. Solmaz Qaşqay

25. Kamil Əliyev

26. M.Şərifli

27. İqrar Əliyev


D) “Qarabağ müharibəsi:

1. Qarabağ müharibəsində itkilərimiz (ərazi,iqtisadi,demoqrafik)



2. Atəşkəsə gedən yol
Yüklə 98,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin