Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova Təsdiq edirəm



Yüklə 87,78 Kb.
tarix14.01.2017
ölçüsü87,78 Kb.
#328
növüMühazirə
Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:______________

Ümumi məlumat

Fakültə, Fənnin adı, kodu və kreditlərin sayı

Təhsil fakültəsi, Azərbaycan tarixi -3, AZEH150, 3 kredit

Departament

Tarix və Arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız 2015

Fənni tədris edən müəllim (lər)

PhD Nəsiman Yaqublu

E-mail:

nasiman_yaqublu@mail.ru

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl


III gün 15:10-16:30, 16:40-18:00


Məsləhət saatları

Tələbələrlə razılaşdırılan vaxtlarda

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas  dərsliklər: * işarəsi ilə göstərilmiş kitablar cədvəldə verilmişdir.

1. * XX əsr Azərbaycan tarixi, II cild, Red. Y.B. Yusifov və T.T. Vəliyev. Bakı, 2004.

2. * Azərbaycan tarixi.Ali məktəblər üçün mühazirələr kursu.II hissə (XIX-XXI əsrin əvvəli). A.Ə.Rzayevin redaktəsi ilə.Bakı, 2010

3. * Azərbaycan tarixi (ən qədim zamanlardan - XXI əsrin ilk onilliklərinə dək)Ali məktəblər üçün dərslik. M.Q.Abdullayevin redaktəsi ilə.Bakı, 2014.
Əlavə  dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:

4. Azərbaycan tarixi. Yeddi cildlik. VI cild, Bakı ,2008; VII cild, Bakı, 2008.

5. Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi Konfrans. Xəzər Universitəsi, 1998.

6. Tadeuş Svyatoçovski. Rusiya və Azərbaycan . Bakı, Xəzər Universitəsi, 2000.

7. Araz Aslanlı. Qarabağ problemi, (tarixi, mahiyyəti, həll prosesi). Bakı, 2009.

8. Oqtay Əsədov. Heydər Əliyev. Bakı, 2008.

9. Natiq Əliyev.Neft səanyesinin intibah dövrü. Bakı, 2013.

10.Xaləddin İbrahimli.Azərbaycan Siyasi mühacirəti.Bakı, 1997.

11.Nəsiman Yaqublu.Azərbaycan Legionerləri.Bakı, 2005

12.Nəsiman Yaqublu.Azərbaycan mühacirət irsi. Bakı, 2011

13.Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin saytı,ABŞ və Avropa ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının internet saytları

Kitabları Universitetin kitabxanasından və “Tarix və Arxeologiya departamenti”ndən əldə etmək olar.

İnternet saytları

www.azerbaijan.az;                  www.aztarix.azeriblog.com;

www.azerbaycanli.org               www.history.az



Tədris metodları

Mühazirə

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  • mühazirələr

  • mövzu ətrafında müzakirələr

  • xəritələr, video və digər əyani materiallardan istifadə

  • müəyyən mövzularla əlaqədar olaraq muzey və qoruqlara ekskursiyaların təşkil edilməsi (Azərbaycan tarixi muzeyi, Şirvanşahlar sarayı, İncəsənət muzeyi və s.)

- bəzi mövzularla əlaqədar olaraq tanınımış alim

və mütəxəssislərin dərslərə dəvət edilməsi



Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Sentyabr və oktyabr aylarında keçirilən dərslər əsasında noyabr ayında imtahan verilir.

35 bal

Praktiki məsələ







Fəallıq

Dərslərdə,diskussiyalarda, prezintasiyalarda və elmi seminarlarda iştirak etmək –5b.


20 bal


Yoxlama yazı işi (quiz)

Aralıq imtahan qabağı sınaq işi – 5 b.

Final imtahan qabağı sınaq işi – 5 b.



Prezentasiya/Qrup müzakirə

(presentasiya mövzuları əlavə olunur) -5 b

Kurs işi (Layihə)







Final imtahanı

Noyabr və dekabr aylarında keçirilən mövzular əsasında yanvar ayında final imtahan verilir.

45 bal

Digər







Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

Fənnin məqsədi

Azərbaycan tarixi kursu Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından son günlərədək vətən tarixini əhatə edir. XX əsrin 20-ci illərindən başlayaraq Azərbaycanda gedən proseslər burada öz əksini tapmışdır. Son illər konseptual dəyişmələr baş verdiyindən, bir sıra məsələlərə baxış əvvəlkindən kəskin şəkildə fərqlənir. Bəzi tarixi hadisələr yeni faktlarla zənginləşib, müəyyən dövrlərdəki boşluqlar doldurulmaqdadır. Tədris proqramının tərtibi zamanı bütün bu amillər nəzərə alınmış, tarixin qaranlıq səhifələrinə diqqət artırılmışdır. İş planı Azərbaycan tarixi barədə bitkin və dolğun təsəvvürün formalaşmasına imkan verir.



Tədrisin (öyrənmənin) nəticələri

Fənnin tədrisinin nəticəsi

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

  • Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq

  • Azərbaycanın qədim dünya sivilizasiyasının ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olmağı haqda məlumatları daha da genişlənəcək

  • Azərbaycan etnosunun təkraredilməz və avtoxton olduğuna dair geniş təsəvvür yaranacaq

  • Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir

Qazanılmış təcrübə

  • tarixi hadisələrin analizi

  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma

  • Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi.




Qaydalar (Tədris siyasəti və davranış)

Qaydalar

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Sənədlə təsdiq edilən üzrlü səbəbə görə yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.






Həftə

Tarix

(planlaşdırılacaq)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



4


Azərbaycan 1920-1922-ci illərdə. Azərbaycan SSR qurulması.Sovet idarə sisteminin yaradılması. Yeni ideoloji sistemin yaranması.N.Nərimanovun mübarizəsi.Azərbaycanda sovet rejiminə qarşı baş verən silahlı üsyanlar. Azərbaycandan siyasi mühacirəy. Onların fəaliyyəti.


[1, X fəsil,

s.249-280];

[2, IX mühazirə,

s. 279-304];

[3,XI fəsil, s.268-272, 277-283]





4



Azərbaycan SSR-in formal siyasi müstəqilliyinin ləğvi və ZSFSR və SSRİ-yə daxil edilməsi.Dağlıq Qarabağ Muxtar Vilayətinin və Naxçıvan MSSR-in yaradılması. Zəngəzurun və digər Azərbaycan torpaqlarının ermənilərə verilməsi.

[1,X fəsil,

s. 254-270];
[2, X fəsil,

s. 304-316];

[3, XI fəsil,

s.272-277]






4



Sovet hakimiyyətinin qurulması. Sosialist sənayeləşdirmənin yaranması. Kənd təsərrüfatı, kolxoz quruculuğunun ağır nəticəsi. Kolxoz quruculuğuna qarşı müqavimət hərəkatı. “Mədəni inqilab”. İctimai və siyasi vəziyyət.
Azərbaycanda Sovet totalitarizmi. 30-cu illərin repressiyaları. Azərbaycan ziyalılarının təqibi.Azərbaycanlıların sürgün edilməsi.

[1,X fəsil,

s. 280-292];

[2, IX mühazirə,

s.317-321;

[3,X fəsil, s.283-288,]

[1,X fəsil, s.292-312,]


[2,IX mühazirə, s.321-325,]



4



Azərbaycan mətbuatında və ədəbiyyatında “stalinizmin” təbliği.”Sifarişli” ədəbiyyatın yaranması, tarixin təhrif edilməsi, “Proletkult” mədəniyyət sisteminə üstünlük verilməsi. Elm, yeni təhsil sistemi, savadsızlığın ləğvi uğrunda mübarizə, dinin sıxışdırılması.İncəsənət.

[3, XI fəsil,

s.289-298];




4



İkinci Dünya müharibəsinin başlanması.Azərbaycan SSR müharibə planında. Azərbaycan SSR-də hərbi, iqtisadi və mənəvi səfərbərlik Bakı neftinin strateji əhəmiyyəti və rolu. Azərbaycan döyüşçülərinin cəbhədə və Avropada müqavimət hərəkatı. İkinci Dünya müharibəsi illərində Azərbaycan legionerləri.Azərbaycan legionerlərinin Milli Azərbaycan Qurultayını keçirməsi.Almaniya rəsmiləri ilə Azərbaycanın müstəqilliyi uğrunda aparılan danışıqlar.

[1, XII fəsil,

s.334-360];


[2, X mühazirə,

s.325-367];

[3, XI fəsil,

s.295-310];



6

6.


4

Güney Azərbaycan İkinci Dünya müharibəsi illərində.

Cənubi Azərbaycanda Milli Azadlıq hərəkatı, onun mərhələləri; süqutu. Beynəlxalq münasibətlərdə Cənubi Azərbaycan məsələsi.



[1, XIII fəsil, s.360-374];
[3, XII fəsil, s.307-315];

7.


4

Azərbaycan SSR müharibədən sonrakı illərdə (1946-1980-ci illərin ortaları). Sosial-iqtisadi vəziyyət. Totalitar rejimin möhkəmlənməsi. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası. M.C.Bağırov hakimiyyətinin devrilməsi.

İ.Mustafayev. V.Axundov. Azərbaycan SSR rəhbərliyində dəyişikliklər. H.Əliyevin fəaliyyəti. Respublikanın ictimai-siyasi və iqtisadi həyatı.



[1,XIV fəsil,s.400-428,];

[2,XII mühazirə,s.368-417,];


[3,XIII fəsil,s.315-324,];




Aralıq imtahanı

8.


4



Respublika “yenidənqurma” yolunda. Azərbaycan SSR 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində. Sosial-siyasi həyatın canlanması. Milli demokratik hərəkat. “Dağlıq Qarabağ problemi”nin ortaya atılması. Yeni siyasi partiyalar, ictimai təşkilatlar. AXC-nin yaranması və onun rolunun artması. Azərbaycanlıların Ermənistandan deportasiyası. Daxili vəziyyətin kəskinləşməsi. 1990-cı il 20 Yanvar faciəsi.

[1, XIVfəsil,s.400-428]


[2, XII mühazirə,s.418-461]
[3, XIII fəsil,s.324-331]

9.


4



Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi. Müstəqil Azərbaycan Respublikasının inkişaf problemləri. Daxili və xarici vəziyyət.

Ayaz Mütəllibovun siyasi xəttinin iflası. Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ müharibəsinin başlanması, Xocalı soyqırımı. Respublikada ictimai - siyasi böhran, torpaqların işğalı. Hərbi uğursuzluqlar



[1, XVI fəsil, s.459-475];

[2, XIII mühazirə,s.462-474]


[3, XIV fəsil,s.331-342]

10.


4



Xalq hərəkatının yüksəlişi. Elçibəy - AXC iqtidarı. Siyasi və iqtisadi islahat təşəbbüsləri. Gəncə qiyamı (1993, 4 iyun). AXC iqtidarının devrilməsi. H.Əliyevin hakimiyyətə qayıtması.

Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi;1993-cü il prezident seçkiləri.



[1, XVII fəsil,s.475-488];
[2, XIII mühazirə,s.474-487];
[3, XIV fəsil,s.342-352];

11.


4

Siyasi sabitliyə doğru. Azərbaycan - Ermənistan münasibətləri. Atəşkəs. Neft siyasəti. Əsrin müqaviləsi. Dövlət quruculuğu.

[1,XVII fəsil,s. 488-517];
[2,XIII mühazirə, 487-500]

[3,XIV fəsil,s. 348-360]


12.


4



Yeni prezident seçkiləri (1998-ci il). Beynəlxalq münasibətlərin genişlənməsi. Daxili və xarici siyasət. Azərbaycan dövlətçiliyi. Azərbaycan Respublikasının

neft strategiyası.



[1, XIV fəsil,s.517-576];

[2, XIV fəsil, s.500-509];

[3, XIV fəsil, s.358-361];


13.

4

İlham Əliyevin prezident seçilməsi (2003-cü il,2008-ci il). 2013-cü il prezident seçkiləri. Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni inkişafı. Azərbaycan Respublikasının xarici siyasəti.

[2, XIV fəsil s.509-521;];
[3, XIV fəsil s.361-369]

14.


4


Dağlıq Qarabağ problemi.Dağlıq Qarabağ uğrunda aparılan diplomatik mübarizə.Azərbaycan dövlətinin bu istiqamətdə apardığı daxili və xarici siyasət.

[1,XVII fəsil,s.488-517]


[3,XIV fəsil,s.369-372]

15.


4


Azərbaycan Diasporunun xarici ölkələrdə fəaliyyəti.Dünya Azərbaycanlılarının qurultaylarının Bakıda keçirilməsinin əhəmiyyətliliyi.ABŞ-da və Avropa ölkələrindəki diaspor qurumlarımız.Diaspor təşkilatlarımızın nəşr orqanları,yaratdıqları internet saytlar.

[3,XIV fəsil,s.369-372]









Final imtahanı




Prezentasiya mövzularının siyahısı:

1.Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətinə fərqli baxışlar.

2.Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti.

3.Cənubi Azərbaycanda milli hərəkat.

5. Sovet rejimi dövründə repressiyalar.

6.Dağlıq Qarabağ problemi uğrunda aparılan diplomatik mübarizə

7. Azərbaycan Respublikasının neft strategiyası.

8. Azərbaycanda Sovet hakimiyyətinə qarşı müqavimət.

9. M.C.Bağırov haqqında araşdırmalar, tədqiqatlar.

10. N.Nərimanov haqqında yeni tədqiqatlar.



11. Azərbaycanlıların Ermənistandan deportasiyası.

12. Qərb tədqiqatçıları Azərbaycan haqqında (T.Svyatoçovski. “Rusiya və Azərbaycan”. Xəzər Universiteti, Bakı ,2000)
Yüklə 87,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin