Tarix və Arxeologiya departamentinin müdiri: Roza arazova təsdiq edirəm



Yüklə 53,82 Kb.
tarix17.01.2017
ölçüsü53,82 Kb.
#490
növüMühazirə
Tarix və Arxeologiya departamentinin müdiri: Roza ARAZOVA

Təsdiq edirəm: ______________________


Ümumi məlumat

Fakültə, Fənnin adı, kodu və kreditlərin sayı

Təhsil fakültəsi, Asiya və Afrika ölkələrinin yeni və müasir tarixi, 3 kredit

Departament

Tarix və Arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız 2015

Fənni tədris edən müəllim (lər)

PhD Yeganə Gözəlova

E-mail:

ygezalova@gmail.com

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl




Məsləhət saatları

VI gün (razılaşdırılan vaxtda)

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas:

Mühazirə mətnləri



  1. G.Qarayeva. Yaxın və Orta Şərq ölkələrinin yeni tarixi. Bakı, 2006

  2. Rafiq bəy İsmayıl. Nərgiz Axundova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi. 1-ci kitab. Bakı, 2002

  3. Rafiq bəy İsmayıl. Nərgiz Axundova. Aida Bağırova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi. 2-ci kitab. Bakı, 2003

  4. http://www.budo.al.ru/history/

  5. http://www.japantoday.ru/

  6. http://www.sitc.ru/konkurs/bryzgin/japhis.htm

  7. www.china.net/dinastiya-yuan-monqoly

  8. http://panasia.ru/

  9. http://historic.ru/books/c0004_1.shtml

Əlavə:

  1. J.Roberts. Dünya tarihi. İstanbul, 2011

Kursun vebsaytı




Tədris metodları

Mühazirə

Tədris metodları

  • Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  • Mühazirələr

  • Mövzu ətrafında müzakirələr (məşğələ)

  • Xəritələrdən, kompüterdən, video və digər əyani vəsaitlərdən istifadə

  • Bəzi mövzularla bağlı dərslərə digər mütəxəssislərin dəvət edilməsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Noyabr (sentyabr və oktyabr ayında keçirilən mövzular əsasında imtahan verilir)

35 bal

Fəallıq

Dərslərdə, diskussiyalarda, prezentasiyalarda və elmi seminarlarda iştirak etmək

5 bal

Quiz

Yoxlama (yazılı şəkildə)

2 dəfə (hər biri 5 bal)

10 bal (5+5)

Prezentasiya/Qrup müzakirə

Yazılı (həm də şifahi təqdimat olmaqla)

10 bal

Final imtahanı

Yanvar (noyabr və dekabr aylarında keçirilən mövzular əsasında final imtahan verilir.

40 bal

Yekun




100 bal

Kursun təsviri




Kursun məqsədləri

“Asiya və Afrika ölkələrinin yeni və müasir tarixi” Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənnlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – tarixi prosesin öyrənilməsinə yeni baxış, formasiyalar nəzəriyyəsinin birtərəfli olması ilə əlaqədar marksist metodologiyanın qüsurlarının üzə çıxarılması, tarixi inkişafın qanunauyğunluqlarını öyrənmək üçün sivilizasiyalar nəzəriyyəsinin üstün cəhətlərinin daha çox olması, müasir dünyanın problemləri içərisində qloballaşma şəraitində sivilizasiyaların ünsiyyəti və ya toqquşması məsələsinin aktuallaşması kimi amillərdir.

Tədris olunan kursun başlcıa məqsədi - tələbələrdə Asiya və Afrika ölkələrinin yeni və müasir tarixi haqqında elmi bilikləri formalaşdırmaqdır.



Tədrisin (öyrənmənin) nəticələri

Fənnin tədrisinin nəticəsi:

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:



  • Şərq sivilizasiyasının digər sivilizasiyalardan fərqli və oxşar cəhətləri araşdırılacaq;

  • Şərq ölkələrinin yeni və müasir dövrdə siyasi və iqtisadi inkişaf xüsusiyyətləri öyrəniləcək;

  • Şərq mədəniyyətinin özəllikləri müəyyən olunacaq;

  • Asiya və Afrika ölkələrinin yeni dövrdə və müasir dövrdə tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.

Qaydalar (Tədris siyasəti və davranış)

QAYDALAR

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.



Yoxlama işi

Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.



İmtahanlar

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.

Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.



Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.






Həftə

Tarix

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1




Mövzu 1. Asiya və Afrika ölkələri yeni dövrün astanasında

Mövzu 2. Davamı

Rafiq bəy İsmayıl. Nərgiz Axundova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi. 1-ci kitab. Bakı, 2002, 3-10

2




Mövzu 3. Hindistan XIX-XX əsrin əvvəllərində

Mövzu 4. Davamı

Mühazirə

3




Mövzu 5. Ərəb ölkələri XIX-XX əsrin əvvəllərində

Mövzu 6. Davamı

G.Qarayeva. Yaxın və Orta Şərq ölkələrinin yeni tarixi. Bakı, 2006

4




Mövzu 7. Yaponiya XIX-XX əsrin əvvəllərində

Mövzu 8. Davamı

Mühazirə

5




Mövzu 9. Quiz (I)

Mövzu 10. Çin XIX-XX əsrin əvvəllərində

Mühazirə

6




Mövzu 11. Osmanlı imperiyasının və Qacar İranın yarımmüstəmləkəyə çevirlməsi

Mövzu 12. Davamı

G.Qarayeva. Yaxın və Orta Şərq ölkələrinin yeni tarixi. Bakı, 2006

7




Mövzu 13. Yaponiya II Dünya müharibəsindən sonra

Mövzu 14. Koreya II Dünya müharibəsindən sonra

Rafiq bəy İsmayıl. Nərgiz Axundova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi. 1-ci kitab. Bakı, 2002, s.11-36

8




Mövzu 15. Hindistan II Dünya müharibəsindən sonra

Mövzu 16. Davamı

Rafiq bəy İsmayıl. Nərgiz Axundova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi. 1-ci kitab. Bakı, 2002, s.255-300







ARALIQ imtahanı (1-15-ci mövzular)




9




Mövzu 17. Əfqanıstan II Dünya müharibəsindən sonra

Mövzu 18. İran II Dünya müharibəsindən sonra

Rafiq bəy İsmayıl. Nərgiz Axundova. Aida Bağırova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi. 2-ci kitab. Bakı, 2003, s.12-60

10




Mövzu 19. Fələstin problemi

Mövzu 20. Davamı

Rafiq bəy İsmayıl. Nərgiz Axundova. Aida Bağırova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi. 2-ci kitab. Bakı, 2003, s.230-256

11




Mövzu 21. İsrail dövləti

Mövzu 22. Quiz (II)

Rafiq bəy İsmayıl. Nərgiz Axundova. Aida Bağırova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi. 2-ci kitab. Bakı, 2003, s.230-256

12




Mövzu 23. Türkiyə II Dünya müharibəsindən sonra

Mövzu 24. Davamı

Rafiq bəy İsmayıl. Nərgiz Axundova. Aida Bağırova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi. 2-ci kitab. Bakı, 2003, s.61-145

13




Mövzu 25. İraq II Dünya müharibəsindən sonra

Mövzu 26. Davamı

Rafiq bəy İsmayıl. Nərgiz Axundova. Aida Bağırova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi. 2-ci kitab. Bakı, 2003, s.146-176

14




Mövzu 27. Misir II Dünya müharibəsindən sonra

Mövzu 28. Davamı

Rafiq bəy İsmayıl. Nərgiz Axundova. Aida Bağırova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi. 2-ci kitab. Bakı, 2003, s.393-433

15




Mövzu29. Suriya II Dünya müharibəsindən sonra

Mövzu 30. Davamı

Rafiq bəy İsmayıl. Nərgiz Axundova. Aida Bağırova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi. Bakı, 2003, s.177-205







FİNAL imtahan (16-30-cu mövzular)




Yüklə 53,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin