Tarix və Arxeologiya departamentinin müdiri: Roza arazova təsdiq edirəm



Yüklə 54,91 Kb.
tarix17.01.2017
ölçüsü54,91 Kb.
#491
növüMühazirə
Tarix və Arxeologiya departamentinin müdiri: Roza ARAZOVA

Təsdiq edirəm: ______________________


Ümumi məlumat

Fakültə, fənnin adı, kodu və kreditlərin sayı

Təhsil fakültəsi, Avropanın orta əsrlər tarixi, HİST321, 3 kredit

Departament

Tarix və Arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız 2015

Fənni tədris edən müəllim

PhD Yeganə Gözəlova

E-mail:

ygezalova@gmail.com

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl




Məsləhət saatları

VI gün (auditoriya ilə razılaşdırılan vaxtda)

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas:

Mühazirə mətnləri



  1. Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012 (dərslik)

  2. Orta əsrlər tarixi. I cild. Bakı, 1988 (dərslik)

  3. Y.H.Gözəlova. Orta əsrlər tarixi. Bakı, 2008 (dərs vəsaiti)

  4. Y.H.Gözəlova. Beynəlxalq münasibətlər tarixi. Bakı, 2006 (dərs vəsaiti)

  5. Y.M.Mahmudov. Orta əsrlər tarixi. Erkən feodalizm dövrü. Bakı, 1990 (dərslik)

  6. Y.H.Gözəlova. Orta əsrlər tarixi. XVI-XVII əsrin ortaları. Bakı, 2014 (dərslik)

  7. Y.H.Gözəlova. Sivilizasiyalar tarixi. Bakı, 2014 (dərs vəsaiti)

Əlavə:

  1. Y.M.Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 2006

  2. T.T.Mustafazadə. Ümumi tarix. I cild. Bakı, 2009

  3. История Европы. Москва, 2007

  4. J.Roberts. Dünya tarihi. İstanbul, 2011

  5. J.Roberts. Avrupa tarihi. İstanbul, 2011

Kursun vebsaytı




Tədris metodları

Mühazirə

Tədris metodları

  • Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  • Mühazirələr

  • Mövzu ətrafında müzakirələr (məşğələ)

  • Xəritələrdən, kompüterdən, video və digər əyani vəsaitlərdən istifadə

  • Bəzi mövzularla bağlı dərslərə digər mütəxəssislərin dəvət edilməsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Noyabr (sentyabr və oktyabr ayında keçirilən mövzular əsasında imtahan verilir)

35 bal

Fəallıq

Dərslərdə, diskussiyalarda, prezentasiyalarda və elmi seminarlarda iştirak etmək

5 bal

Quiz

Yoxlama (yazılı şəkildə)

2 dəfə (hər biri 5 bal)

10 bal (5+5)

Prezentasiya/Qrup müzakirə

Yazılı (həm də şifahi təqdimat olmaqla)

10 bal

Final imtahanı

Yanvar (noyabr və dekabr aylarında keçirilən mövzular əsasında final imtahan verilir.

40 bal

Yekun




100 bal

Kursun təsviri




Kursun məqsədləri

“Avropanın orta əsrlər tarixi” Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənnlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – tarixi prosesin öyrənilməsinə yeni baxış, formasiyalar nəzəriyyəsinin birtərəfli olması ilə əlaqədar marksist metodologiyanın qüsurlarının üzə çıxarılması, tarixi inkişafın qanunauyğunluqlarını öyrənmək üçün sivilizasiyalar nəzəriyyəsinin üstün cəhətlərinin daha çox olması, müasir dünyanın problemləri içərisində qloballaşma şəraitində sivilizasiyaların ünsiyyəti və ya toqquşması məsələsinin aktuallaşması kimi amillərdir.

Avropanın tarixi, xüsusilə orta əsrlər tarixi müasir tarixşünaslıq üçün yenə də aktual qalmaqdadır. Bu da ilk növbədə, Avropada orta əsrlərdə baş vermiş hadisələrin özəlliyi, dünya tarixinə göstərmiş olduğu böyük təsirilə bağlıdır. Xalqların böyük köçü, Frank imperiyası, Bizans mədəniyyəti, Renessans, Böyük Coğrafi kəşflər, müstəmləkəçilik sisteminin yaranması, Reformasiya bu tip hadisələrdəndir ki, müasir Avropanın və avropalıların həyatına təsiri yenə də davam edir. “Avropanın orta əsrlər tarixi” fənni bu özəlliklərin üzə çıxarılması və tədrisi məqsədi daşıyır. Avropa tarixinin tədqiqi və tədrisi ali tarix təhsilinin zəruri tərkib hissəsidir.

Tədris olunan kursun başlcıa məqsədi - tələbələrdə Avropanın orta əsrlər tarixi haqqında elmi bilikləri formalaşdırmaqdır.


Tədrisin (öyrənmənin) nəticələri

Fənnin tədrisinin nəticəsi:

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:



  • Avropa sivilizasiyasının digər sivilizasiyalardan fərqli və oxşar cəhətləri araşdırılacaq;

  • Avropa cəmiyyətinin Şərq sivilizasiylarından üstün olmadığı, əksinə onun bu sivilizasiyalardan bir çox şeyləri əxz etdiyi xüsusi vurğulanacaq;

  • Avropanın erkən, inkişaf etmiş və son orta əsrlər tarixi üzrə siyasi və iqtisadi inkişaf xüsusiyyətləri öyrəniləcək;

  • Avropa mədəniyyətinin özəllikləri müəyyən olunacaq;

  • Avropa tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.

Qaydalar (Tədris siyasəti və davranış)

QAYDALAR

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.



Yoxlama işi

Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.



İmtahanlar

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.

Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.



Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.






Həftə

Tarix

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1




Mövzu 1. Orta əsrlər tarixi anlayışı

Mövzu 2. Davamı

Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012, s.3-14

2




Mövzu 3. Avropa antikliklə orta əsrlərin hüdudunda

Mövzu 4. Davamı

Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012, s.15-30

3




Mövzu 5. Frank dövləti

Mövzu 6. Davamı

Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012, s.57-83

4




Mövzu 7. Bizans sivilizasiyası

Mövzu 8. Quiz (I)

Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012, s.158-185

5




Mövzu 9. Xaç yürüşləri

Mövzu 10. Davamı

Orta əsrlər tarixi. Bakı, 1988, I cild, s.223-235

6




Mövzu 11. Yüzillik müharibə

Mövzu 12. Davamı

Orta əsrlər tarixi. Bakı, 1988, I cild, s.236-270

7




Mövzu 13. Müsəlman Avropası

Mövzu 14. Davamı

Orta əsrlər tarixi. Bakı, 1988, I cild, s.271-307

8




Mövzu 15. XI-XV əsrlər Avropa mədəniyyəti

Mövzu 16. Davamı

Orta əsrlər tarixi. Bakı, 1988, I cild, s.455-484







ARALIQ imtahanı (1-15-ci mövzular üzrə)




9




Mövzu 17. Böyük Coğrafi Kəşflər və müstəmləkəçilik sisteminin yaranması

Mövzu 18. Davamı

Y.H.Gözəlova. Orta əsrlər tarixi. XVI-XVII əsrin ortaları. Bakı, 2014, s.16-30

10




Mövzu 19. Avropada Reformasiya

Mövzu 20. Davamı

Y.H.Gözəlova. Orta əsrlər tarixi. XVI-XVII əsrin ortaları. Bakı, 2014, s.17-51

11




Mövzu 21. Niderland milli hərəkatı

Mövzu 22. Quiz (II)

Y.H.Gözəlova. Orta əsrlər tarixi. XVI-XVII əsrin ortaları. Bakı, 2014, s.64-91

12




Mövzu 23. İngiltərə XVI-XVII əsrin birinci yarısında

Mövzu 24. Davamı

Y.H.Gözəlova. Orta əsrlər tarixi. XVI-XVII əsrin ortaları. Bakı, 2014, s.92-105

13




Mövzu 25. Fransa XVI-XVII əsrin birinci yarısında

Mövzu 26. Davamı

Y.H.Gözəlova. Orta əsrlər tarixi. XVI-XVII əsrin ortaları. Bakı, 2014, s.106-121

14




Mövzu 27. XVI-XVII əsrin birinci yarısında Avropada beynəlxalq münasibətlər

Mövzu 28. Davamı

Y.H.Gözəlova. Orta əsrlər tarixi. XVI-XVII əsrin ortaları. Bakı, 2014, s.122157

15




Mövzu 29. XVI-XVII əsrin birinci yarısında Avropa mədəniyyəti

Mövzu 30. Davamı

Y.H.Gözəlova. Orta əsrlər tarixi. XVI-XVII əsrin ortaları. Bakı, 2014, s.122-157







FİNAL imtahanı (16-30-cu mövzular üzrə)




Yüklə 54,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin