Ümumi məlumat
|
Fənnin adı, kodu və kreditlərin sayı
|
Azərbaycan tarixi, HIST211,3 kredit
|
Departament
|
Tarxi və Arxeologiya departamenti (309)
|
Proqram (bakalavr, magistr)
|
Bakalavr
|
Tədris semestri
|
Payız 2015
|
Fənni tədris edən müəllim (lər)
|
Ülviyyə İbrahimova
|
Fakultə
|
Iqtisadiyyat və menecment
|
E-mail:
|
atoshi@mail.ru
|
Telefon:
|
(012) 421-79-16 (departament)
|
Mühazirə otağı/Cədvəl
|
II-IV 09:00-15:00
|
Məsləhət saatları
|
|
Prerekvizitlər
|
|
Tədris dili
|
Azərbaycan dili
|
Fənnin növü
(məcburi, seçmə)
|
Məcburi
|
Dərsliklər və əlavə ədəbiyyat
|
Əsas dərsliklər:
1. Azərbaycan tarixi (ən qədim zamanlardan - XXI əsrin ilk onilliklərinədək)Ali məktəblər üçün dərslik. M.Q.Abdullayevin redaktəsi ilə.Bakı, 2014. (cədvəldə bu dərsliyin səhifələri göstərilmişdir).
2.Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər). Red. Prof. Süleyman Əliyarlı. Bakı, 1996.
3. Azərbaycan tarixi, I cild (Ən qədim zamanlardan XX əsrədək). Z. Bünyadovun və Y. Yusifovun redaktəsilə. Bakı, 1994, 2005.
4. İsmayıl Məmmədov. Azərbaycan tarixi. Bakı, 2005
5. XX əsr Azərbaycan tarixi, II cild, Red. Y.B. Yusifov və T.T. Vəliyev. Bakı, 2004.
Əlavə dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:
6. Azərbaycan tarixi. Yeddi cildlik. V cild. Bakı, 2001. VII cild. Bakı, 2003.
7. Tadeuş Svyatoçovski. Rusiya və Azərbaycan . Bakı, Xəzər Universitəsi, 2000.
8. Araz Aslanlı. Qarabağ problemi, (tarixi, mahiyyəti, həll prosesi). Bakı, 2009.
9. Oqtay Əsədov. Heydər Əliyev. Bakı, 2008.
10. R.Kamalov, Əli Əsgərov. Dövlət və şəxsiyyət, Bakı, 2004.
11.Natiq Əliyev.Neft səanyesinin intibah dövrü. Bakı, 2013.
|
İnternet saytları
|
www.azerbaijan.az;
www.aztarix.azeriblog.com;
www.azerbaycanli.org
|
Tədris metodları
|
Mühazirə
|
Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:
-
mühazirələr
-
mövzu ətrafında müzakirələr
-
xəritələr, video və digər əyani materiallardan istifadə
-
müəyyən mövzularla əlaqədar olaraq muzey və qoruqlara ekskursiyaların təşkil edilməsi (Azərbaycan tarixi muzeyi, Şirvanşahlar sarayı, İncəsənət muzeyi və s.)
-
bəzi mövzularla əlaqədar olaraq tanınımış alim və mütəxəssislərin dərslərə dəvət edilməsi
|
Qrup müzakirəsi
|
Praktiki tapşırıqlar
|
Praktiki məsələnin təhlili
|
Digər
|
Qiymətləndirmə
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%) , bal
|
Aralıq imtahanı
|
Noyabr (mövzular 1-7)
|
40
|
Praktiki məsələ
|
|
|
Fəallıq
|
Dərslərdə,diskussiyalarda iştirak etmək –5 b.dərsdə iştirak 2 b., sual-cavabda iştirak 3 b.
Aralıq imtahan qabağı sınaq yxlama – 5 b.
Final imtahan qabağı sınaq yoxlama – 10 b.
|
20
|
Tapşırıq və testlər
|
|
|
Kurs işi (Layihə)
|
|
|
Prezentasiya/Qrup müzakirə
|
|
|
Final imtahanı
|
Yanvar (mövzular 8-15)
|
40
|
Digər
|
|
|
Yekun
|
|
100 bal
|
Kursun təsviri
|
|
Kursun məqsədləri
|
Azərbaycan tarixi kursu qədim zamanlardan son günlərədək vətən tarixini əhatə edir. Son illər konseptual dəyişmələr baş verdiyindən, bir sıra məsələlərə baxış əvvəlkindən kəskin şəkildə fərqlənir. Bəzi tarixi hadisələr yeni faktlarla zənginləşib, müəyyən dövrlərdəki boşluqlar doldurulmaqdadır. Tədris proqramının tərtibi zamanı bütün bu amillər nəzərə alınmış, tarixin qaranlıq səhifələrinə diqqət artırılmışdır. İş planı Azərbaycan tarixi barədə bitkin və dolğun təsəvvürün formalaşmasına imkan verir.
|
Tədrisin (öyrənmənin) nəticələri
|
Fənnin ümumi tədrisi prosesində tələbələrdə:
-
Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq
-
Azərbaycanın qədim dünya sivilizasiyasının ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olmağı haqda məlumatları daha da genişlənəcək
-
Azərbaycan etnosunun təkraredilməz və avtoxton olduğuna dair geniş təsəvvür yaranacaq
-
Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir
Qazanılmış təcrübə
-
tarixi hadisələrin analizi
-
tarixi hadisələrə tənqidi və obyektiv yanaşma
-
Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi.
|
Qaydalar (Tədris siyasəti və davranış)
|
Qaydalar
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.
Yoxlama işi
Sənədlə təsdiq edilən üzrlü səbəbə görə yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.
İmtahanlar
Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.
Fənni bitirmək qaydası
Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
Tələbələrin davranış qaydaları
Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.
|
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix
(planlaşdırılacaq)
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
|
-
|
4
15.09.2015
17 .09.2015
|
Giriş. Tələbələri Azərbaycan tarixi fənninin iş proqramı və onların qarşısında duran vəzifələr ilə tanış etmək. Azərbaycan tarixi nədən bəhs edir; onun analizi, öyrənilməsi, başlıca dövrləri, tarixi qaynaqlar.
Azərbaycan qədim dövrdə
|
Azərbaycan tarixi (ali məktəblər üçün). M.Q.Abdullayevin redaktəsi ilə.Bakı, 2014
fəsil 1, §1,2,3,4
|
-
|
4
22.09.2015
24.09.2015
|
Azərbaycan erkən orta əsrlərdə
Azərbaycan xilafətin tərkibində
|
fəsil 2, §5
fəsil 2, §6
|
-
|
4
29.09.2015
01.10.2015
|
Ərəb əsarətinə qarşı azadlıq mübarizəsi. Babək.
Azərbaycan xalqının yaranması.
Azərbaycan IX-XI əsrlərdə
|
fəsil 2, §6, 7.
fəsil 3, § 8
|
-
|
4
06.10.2015
08.10.2015
|
Azərbaycan XI əsrin ortaları – XIII əsrin əvvəllərində
Azərbaycan intibah mədəniyyəti
|
fəsil 3, § 9
fəsil 3. §10
|
-
|
4
13.10.2015
15.10.2015
|
Azərbaycan XIII-XV əsrin əvvəllərində.Monqol yürüşləri və onlara qarşı mübarizə. Monqolların Azərbaycanda örüş, torpaq və vergi siyasəti. Qazan xanın islahatları.
Toxtamış və Teymurun Azərbaycana yürüşləri. Şirvanşah I İbrahim
|
fəsil 4, §11,12,13
fəsil 4, §14
|
-
|
4
20.10.2015
22.10.2015
|
Azərbaycan XV əsrdə. Azərbaycan dövləti QaraYusif Baharlı vənun varislərinin hakimiyyəti dövründə. Bayandurlu sülaləsinin hakimiyyıti dövründə Azərbaycanın daxili və xarici siyasəti.
Azərbaycan dövləti XVI-XVIII əsrin birinci yarısında. Azərbaycan Səfəvilər dövləti.
|
fəsil 5, §15, 16
fəsil 6, §17,18,19
|
-
|
4
27.10.2015
29.10.2015
|
Azərbaycan XVII əsrin son rübü – XVIII əsrin birinci yarısında
Azərbaycan xanlıqları.
|
fəsil 6, §20
fəsil7, §21, 22
|
Aralıq imtahanı
|
-
|
4
03.11.2015
05.11.2015
|
Azərbaycan XIX əsrdə. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı. Şimali Azərbaycanda rus ağalığı.
Şimali Azərbaycanda burjua islahatı.XIX əsrdə Azərbaycan mədəniyyəti.
|
fəsil 8, §23,24,25
fəsil 8, §26,27,28§
|
-
|
4
10.11.2015
12.11.2015
|
Azərbaycan XX əsrin ilk onilliklərində. Azərbaycan birinci dünya müharibəsi dövründə.Fevral inqilabından sonra Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət.
Cənubi Azərbaycanda azadlıq hərəkatları
|
fəsil 9,
§29, 30,32, 33,34
Fəsil 9, § 31, 35
|
-
|
4
17.11.2015
19.11.2015
|
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər)
Azərbaycan XX əsrin 20-30-cu illərində. Azərbaycan II dünya müharibəsi dövründə
|
fəsil 10, § 36,37
fəsil 11, §38, 39,40, 41,42
|
-
|
4
24.11.2015
26.11.2015
|
Müharibədən sonra Azərbaycanın sosial-iqtisadi vəzyyəti və mədəni həyatı. Azəbaycan SSR 1945-60-cı illərdə
Azərbaycan SSR 1970-1980-ci illərdə.
Azərbaycanıların Ermənistandan deportasiyası. Daxili vəziyyətin kəskinləşməsi. 1990-cı il 20 Yanvar faciəsi.
|
fəsil 13, § 43
fəsil 13, § 44
|
-
|
4
01.12.2015
03.12.2015
|
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi. Müstəqil Azərbaycan Respublikasının inkişaf problemləri. Daxili və xarici vəziyyət.
Müstəqilliyimizin ilk dövründə Azərbaycanda ictimai-siyasi vəziyyət(1992-1993cü illər). Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ müharibəsinin başlanması, Xocalı soyqırımı. Respublikada ictimai - siyasi böhran, torpaqların işğalı. Hərbi uğursuzluqlar.
|
fəsil 14, § 45
fəsil 14, § 46
|
-
|
4
08.12.2015
10.12.2015
|
Xalq hərəkatının yüksəlişi. Elçibəy - AXC iqtidarı. Siyasi və iqtisadi islahat təşəbbüsləri. Gəncə qiyamı (1993, 4 iyun). AXC iqtidarının devrilməsi.
Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi; 1993-cü il prezident seçkiləri. Heydər Əliyevin yeni siyasi kursu. Siyasi sabitliyə doğru. Azərbaycan - Ermənistan münasibətləri. Atəşkəs. Neft siyasəti. Əsrin müqaviləsi. Heydər Əliyevin 5 illik prezidentlik fəaliyyətinin yekunları.
|
fəsil 14, § 46
fəsil 14, §47
|
-
|
4
15.12.2015
17.12.2015
|
Yeni prezident seçkiləri (1998-ci il). Heydər Əliyevin əvvəlki kursunun davam etdirilməsi. Beynəlxalq münasibətlərin genişlənməsi. Daxili və xarici siyasət. Azərbaycan dövlətçiliyi. Azərbaycan Respublikasının neft strategiyası.
İlham Əliyevin prezident seçilməsi ( 2003-cü il, 15 oktyabr ). 2008-ci il dövlət idarəçiliyinin təkmilləşdirilməsi. 2013-cü il, növbəti dəfə prezident seçilməsi. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi.
|
fəsil 14, §48
fəsil 14, §49
|
-
|
4
22.12.2015
24.12.2015
|
Azərbaycan XXI yüzilliyə doğru. İlham Əliyevin daxili və xarici siyasətinin uğurları. Dağlıq Qarabağ uğrunda aparılan diplomatik mübarizə.
|
|
|
Final imtahanı
|
|