Maddə 16. Abidələrin xaricə aparılması və geri qaytarılması
Daşınar abidələrin elmi-təbliğat və mədəni mübadilə məqsədilə Azərbaycan Respublikasından xaricə müvəqqəti aparılması yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilə bilər. Bu məqsədlərlə abidələrin müvəqqəti ölkədən çıxırılması üçün müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarına yazılı təqdimat verməlidir.
Xaricə müvəqqəti aparılmış abidələrin geri qaytarılmaması qadağandır.
Azərbaycan Respublikasından xaricə qanunsuz aparılmış abidələrin axtarışını, tapılmasını və geri qaytarılmasını müvafiq icra hakimiyyəti orqanları həyata keçirir.
Dostları ilə paylaş: |