Maddə 21. Memarlıq abidələrinin və digər abidələrin tədqiqi
Memarlıq abidələri və digər abidələr Azərbaycan Milli Elmlər Akademiyası, elmi-tədqiqat və lahiyə institutları, abidələrin qorunması və bərpası məqsədini güdən ictimai biliklər və ixtisaslı mütəxəssislər tərəfindən tədqiq olunur.
Tədqiqat işlərinə başlamazdan əvvəl bu haqda müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan yeni aşkar edilmiş memarlıq abidəsində tədqiqat işlərinin aparılması qadağandır.
Azərbaycan Respublikasının sərhədlərindən kənarda mövcud olan Azərbaycan milli memarlıq abidələrinin tədqiqi və öyrənilməsi üçün icazə alınması dövlətlərarası müqavilələr əsasında həll edilir.
Dostları ilə paylaş: |