Maddə 29. Abidələrə vurulan zərərin ödənilməsi
Abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ödənilmiş vəsait abidənin bərpası, tədqiqi və ya qorunması tədbirlərinin maliyyələşdirilməsinə yönəldilir.
VIII fəsil. Yekun müddəalar
Maddə 30. Abidələrin qorunması sahəsində beynəlxalq hüquq aktlarının qüvvəsi
Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 31. Abidələrin elmi tədqiqi, bərpası, rekonstruksiyası, konservasiyası və regenerasiyasında beynəlxalq təşkilatların iştirakı
Azərbaycan Respublikasının ərazisindəki abidələrin elmi tədqiqi, bərpası, regenerasiyası, rekonstruksiyası və konservasiyasında müvafiq beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə iştirak edə bilərlər.
Dostları ilə paylaş: |