TariXİ VƏ DİNİ BƏhsləR (ŞÜBHƏLƏRƏ cavab) faiq vəLİ OĞlu biSMİllahiRRƏhmaniRRƏHİM



Yüklə 1,64 Mb.
səhifə1/33
tarix10.12.2023
ölçüsü1,64 Mb.
#139008
  1   2   3   4   5   6   7   8   9   ...   33

TARİXİ VƏ DİNİ BƏHSLƏR


(ŞÜBHƏLƏRƏ CAVAB)


FAİQ VƏLİ OĞLU

BİSMİLLAHİRRƏHMANİRRƏHİM

MÜQƏDDİMƏ


İslam müxalifətçiləri və istismarçılar hər gün müxtəlif planlarla öz bədxah niyyətlərini həyata keçirməklə müxtəlif vasitələrlə və hansı yolla olursa-olsun İslamın və müsəlmanların tərəqqisinin qarşısını almağa çalışırlar. Onların tə’sir yollarından biri də müsəlmanların birliyini pozmaq, onlar arasında ayrı-seçkilik salmaq və nifaq yaratmaqdır. Bir vaxtlar istismarçıların xarici işlər nazirliyindən biri belə dedi: “Zəruridir ki, Qur’anın müqəddəsliyi müsəlmanlar arasında aradan getsin, azanın səsi minarələrdən kəsilsin və müsəlmanların ən böyük konqrəsi olan Məkkə (həcc) tə’til olunsun. Yalnız belə olan halda müsəlmanların mövcudiyyəti aradan gedər1”.
Son zamanlar yeni müstəmləkəçiliyin vücuda gəlməsi ilə istismarçıların uzaq ölkələrə ayaqları açılmış və mühəqqiqlər seli İslam ölkələrinə üz gətirmişlər.
Əvvəlcə şərqşünaslıq adı altında millətlərin və tayfaların müxtəlif ruhiyyələrini öyrənməyə başlayırlar. Belə ki, Mister Henfer kimi şəxslər illəlrlə müsəlman alimləri arasında ruhani libasında oxumuş və müsəlmanlar arasında təfriqə salmaqla məşğul olmuşdur.
19-cu əsrdən belə istismarçılar “qondarma dinlər” düzəltməklə məşğul olublar. Onların xidmətləri nəticəsində İranda “bəhaiyyət” və “babiyyət”, Sudanda “Qadyanilər”, Şimali Afrikada “Sunusigəri”, Hindistanda “Əhmədiyyə” və “Kəramətiyyə”, Ərəbistanda isə vəhhabilik firqələrini yaradırlar.
Əziz Azərbaycan ölkəsi Qur’anın və Əhli-beyt (əleyhimussəlam) aşiqlərindən və dost tutanlarından sayılır. Bu ölkənin 7 milyonluq cəmiyyətinin 80%-ini şiələr və Əhli-beyt (əleyhimussəlam) tərəfdarı təşkil edir. Azərbaycan xalqının 70 il ərzində İslami mərkəzlərdən və Qur’anın qurucu tə’limlərindən uzaq düşməsinə baxmayaraq, indi də bu dinin əhkamlarından daha geniş şəkildə faydalanmağa qüdrəti vardır. Bu ölkə müsəlmanları İlahi mə’rifətinə lazımi şəkildə yiyələnməyə can atırlar. ×ünki onlar Peyğəmbərin (səlləllahu əleyhi və alih) gətirdiyi əsl İslamın, Qur’anın və itrətin aşiqləridir.
Aydındır ki, 70 il ərzində dini aşkar şəkildə yaymağa imkanı olmayan bu əhali indi bu boşluğu doldurmağa çalışır.
Son zamanlar əhalinin Allahı tanımaq ruhiyyəsindən sui-istifadə edən bir dəstə çoxlu xərc çəkməklə çalışır ki, müsəlmanları özlərinin doğru əqidələrindən uzaqlaşdırsınlar. Təbiidir ki, belə bir vəziyyətdə elm əhlinin və İslama dərindən ürək yandıranların ağır mə’suliyyətləri vardır.
Bu kiçik kitab müqəddəs hədəflə - Allahın razılığını ələ gətirməkdən ötrü Azərbaycanın ixlaslı övladlarından biri, mühəqqiq və İslamşünas Faiq Vəli oğlunun vasitəsi ilə təhqiq olunmuşdur. Bu təhqiq işi parlaq çıraq kimi öz həmyerliləri arasında nurlanmaqdan ötrü təqdim olunub. Ola bilsin ki, bununla da öz ağır vəzifəsinin bir qismini Allah dərgahında yerinə yetirə bilsin.
Qarşınızdakı bu kitab Azərbaycanın mö’min müsəlman alimləri və institut tələbələri tərəfindən şiələrin ali mərceyi təqlidi Ayətullahil-üzma Şeyx Mühəmməd Fazil Lənkəranidən etdikləri xahişə əsasən, tənzim olunmuşdur. Ümidvarıq ki, bu sahədə bundan daha geniş şəkildə təhqiqatlar aparılsın və müsəlmanların ixtiyarına qoyulsun.
Bu kitabın bütün mətləblərini mən oxumuşam və yazının bəyan tərzi tamamilə səhihdir. Bə’zi yerlərdə müxtəsər islahlar və məsləhətlər verilmişdir. Ümidvaram o ölkənin müsəlmanlarına da bu təhqiq fayda versin. Uca Tanrıdan müəllifin, naşirin və oxucunun tofiqini istəyirəm.

Qum. Doktor Əqiqi Bəxşayeşi


Avqust. 2000-ci il
1421-ci hicri qəməri ili



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin