PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) DöVRÜNDƏ ƏZADARLIĞA MÜNASİBƏT
Əvvəla heç bir tarixi və İslam mənbələrində mərsiyə demək və ölülərə ağlamaq qadağan olunmayıb, lakin bunun əksi olub. Bundan əlavə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) dövründə müsəlmanlar öz ölülərinə həmişə ağlamış və mərsiyələr qoşmuşlar. Amma heç vaxt eşidilməyib ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) bu işin qarşısını alsın. Hər kəs öz əzizləriin əzalarında azad şəkildə ağlamışdır.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) özü dünyadan köçdükdə Həzrətin ən yaxın əshabları ona mərsiyə deyib ağlayırdılar. O cümlədən, Fatimeyi Zəhra (səlamullahi əleyha) atasının vəfatından sonra çox qəm-qüssə çəkib ağlayırmış. Həzrəti Əli (əleyhissəlam) vəfat etdikdən sonra İmam Həsən (əleyhissəlam) ağlamış və xütbə oxuyaraq atasını tə’rifləmişdir. İmam Zeynəlabidin (əleyhissəlam) də atasının qəbri üstündə çox vaxtlar oxşama deyib ağlayırmış.
İSLAM PEYĞƏMBƏRİ (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) öZÜ AĞLAYIR
Tarix səhifələrində dəfələrlə nişan verilib ki, bəşəriyyəti səadətə də’vət edən Allahın elçisi Mühəmməd (səlləllahu əleyhi və alih) dəfələrlə əza məclislərində və xüsusi hallarda ağlamış, həmçinin, ağlamağa icazə vermişdir. İndi də qısa şəkildə tarixə nəzər salaq.
1. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) İmam Hüseyn əleyhissəlamın şəhadətindən xəbər vermiş, ona ağlamış və bu faciəyə görə çox narahat olmuşdur.
2. Əhməd Hənbəli öz “Müsnəd”ində (1-ci cilddə, səhifə 58-də) Əli əleyhissəlamın dilindən Peyğəmbərin (səlləllahu əleyhi və alih) İmam Hüseyn əleyhissəlamın faciəli şəhadətinin Cəbrail vasitəsilə xəbərindən sonra o Həzrətin şiddətlə ağlamasını nəql edir.
3. Hədisdə gələn xəbərlərə görə Həzrəti Adəm, Nuh, İbrahim, İsmayıl, Musa, İsa, Zəkəriyya, Yəhya, Xızr və Süleyman (əleyhimussəlam) İmam Hüseyn əleyhissəlamın müsibətinə qabaqcadan ağlamışlar. (“Biharül-ənvar”)
4. Peyğəmbər (səlləllahu əleyhi və alih) zövcəsi Xədicə və əmisi Əbu Talibin dünyadan köçən ilini “qəm ili” adlandırmış və onların əzasına ağlamışdır. Ənəs ibni Malik nəql edir ki, döyüşlərin birində Qur’an qariləri şəhadətə yetirlər. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) bu hadisədə ağlamış və bir aya yaxın qəmli şəkildə gəzmişdir1.
Günlərin birində Peyğəmbərin (səlləllahu əleyhi və alih) müqabilinə cənazə qoyurlar. Onun qohumları ağlamağa başlayır. ömər şallaq götürüb onları vurmaq istəyir. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: “ömərnəedirsən?! Qoyağlasınlar. Onlarmüsibətgörüblər, gözləriyaşlıdır”. 5. Qur’ani-Məciddə Həzrəti Yə’qubun ağlamaqdan gözlərinin tutulmasına işarə olunur2.