1. Əhli-beyt əleyhimussəlama o cümlədən İmam Hüseyn əleyhissəlama təşkil olunan məclislər İslam konfransı kimi bir şeydir. Bu məclislərdə yalnız İslam prinsiplərindən, Peyğəmbər (səlləllahu əleyhi və alih) və onun Əhli-beyti (əleyhimussəlam) barəsində söhbətlər olunur və İslamın qanunları bəyan olunur.
2. Əhli-beyt əleyhimussəlama ağlaşma məclislərinin keçirilməsi İslam dininə də’vət etməyin ən yaxşı yoludur və qəflətdə olan müsəlmanları oyatmaqdın ötrü ən güclü vasitədir. Bu məclislər qəlblərə dərin tə’sir qoyur və insanı haqqa səsləyir.
3. Belə məclislər vasitəsilə İslam maarifi yayılır və qəlblər şəfa tapır. Bu məclislərdə Əhli-beyt əleyhimussəlama Allah tərəfindən verilən xüsusi elmləri müsəlmanlara tanıtdırılır. Heç bir təbliğat vasitəsi müsəlmanları bu məclislərdə olan kimi bir yerə yığa bilməz. Uşaqdan tutmuş ağsaqqallara qədər diqqətlə belə məclislərdə iştirak edirlər. Bu da İslam dininin təbliğ olunmasına şərait yaradır.
4. Belə məclislərdə haqq yolunda necə şəhadətə yetmək tə’lim olunur və zülmkarlığa qarşı mübarizəyə qüvvət verilir.
5. Müsəlmanlar Əhli-beyt əleyhimussəlamın çəkdiyi müsibətləri gördükdə və eşitdikdə öz müşküllərini və müsibətlərini unudur, bir növ təskinlik tapırlar.
6. Nəhayət, bu yolda sərf olunan xərclər müsəlman fəqir-füqəralarına, o cümlədən məscidlərin tikilməsinə və başqa xeyriyyə işlərinə sərf olunur. Bütün bunların hamısının qayıdışı İslam dininə xidmət, onu yaymaq və Allahın razılığını ələ gətirməkdir.
Bəhsin sonunda onu da qeyd edək ki, İslam alimləri, o cümlədən bütün şiə mərceyi-təqlidçiləri istər keçmişdə, istərsə də hazırdakıların ittifaq nəzərləri vardır ki, Əhli-beyt əleyhimussəlama aid olan məclislərin keçirilməsinin İslam dininə çox böyük faydaları vardır. Xüsusilə, İmam Hüseyn əleyhissəlama əzadarlıq məclisini keçirmək, həm o faciənin yaddan çıxmamasına, həm də Allah yolunda şəhid olmaq məktəbinin ən’ənələrinin təzələnməsinə səbəb olur. Bu barədə yalnız böyük İslam inqilabının rəhbəri İmam Xomeyni Həzrətlərinin buyurduğu kəlamların bir hissəsini qeyd etmək istərdik. İmam buyurur: “Pərvərdigari aləm elə ki, görür oyunbazlar öz yollarını azıb dinin əsaslarını aradan aparırlar və başqa tərəfdən də bir neçə nəfərdən savayı mö’min qalmayıb, bu vaxt İmam Hüseyn ibni Əli əleyhissəlamı seçir və onun fədakarlıqları ilə müsəlmanları oyadır. Onun əzadarlığının çoxlu savabı var. Ona görə ki, bununla müsəlmanlar qəflətdən oyanır, əsası zülmkarlıq və ədalətsizliyi aradan aparmaq üzərində olan Kərbəla faciəsi yaddan çıxmamalıdır1”.