TariXİ VƏ DİNİ BƏhsləR (ŞÜBHƏLƏRƏ cavab) faiq vəLİ OĞlu biSMİllahiRRƏhmaniRRƏHİM


Hər müsəlmanın Peyğəmbəri (səlləllahu əleyhi və alih) həmişə ziyarət etməyə məhəbbəti olmalıdır1; 2



Yüklə 1,64 Mb.
səhifə20/33
tarix10.12.2023
ölçüsü1,64 Mb.
#139008
1   ...   16   17   18   19   20   21   22   23   ...   33
1. Hər müsəlmanın Peyğəmbəri (səlləllahu əleyhi və alih) həmişə ziyarət etməyə məhəbbəti olmalıdır1;
2. Evdən çıxıb ziyarətə gedərkən dua oxumaq;
3. Yolu gedərkən Peyğəmbərə (səlləllahu əleyhi və alih) çoxlu salavat göndərmək;
4. Mədinəyə çatanda dua oxumaq;
5. Hərrə çayında qüsl edib Mədinəyə daxil olmaq;
6. Cəbrail qapısından daxil olmaq;
7. Peyğəmbərin (səlləllahu əleyhi və alih) məscidini gördükdə təvazö’ etmək və onu böyük tutmaq;
8. Ziyarət vaxtı ayaq üstə durmaq və ya diz üstə oturmaq;
9. Ziyarətnamə oxumaq;
10. Əllərini, bədənini şərif qəbrə sürtmək və qəbri öpmək kimi işlər müstəhəbdir.
Bütün bunlar dörd məzhəb alimləri arasında inkaredilməz hökmlərdir.



QƏBRİN ÜSTÜNÜN DÜZƏLMƏSİ BARƏSİNDƏ VƏHHABİLƏRİN NƏZƏRİ


Əvvəlcədən qeyd etdiyimiz kimi vəhhabilərin ilk hücumlarına mə’ruz qalan ən çox şiələr olmuşdur. İlk dəfə Mədinəyə hücum çəkən vəhhabilər mə’sum İmamların (əleyhimussəlam) və Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinin günbəzini dağıdırlar. Onların əqidəsinə görə qəbrin üstü yerlə bərabər olmalıdır. Heç bir başqa müsəlman məzhəbinin qəbul etmədiyi bu əqidə o vaxtdan İslam alimlərinin geniş e’tirazına səbəb olur. Mədinədə “Bəqi” qəbristanlığında dəfn olunmuş mə’sum İmamların (əleyhimussəlam) qəbirlərinin üstü müsəlmanlar tərəfindən geniş şəkildə örtülmüş və ziyarətgaha çevrilmişdi. 53-cü səhifədə verilmiş şəkillərdə Mədinədə “Bəqi” qəbristanlığında olan İmamların məqbərələrinin vəhhabilərin hücumundan qabaqkı və sonrakı görünüşüdür. Gördüyünüz kimi vəhhabi dəstələri Ali Səud qoşunu ilə Mədinəyə hücum etdikdən sonra bu günbəzləri yerlə-yeksan etmiş və içində olan bütün qiymətli əşyaları da qarət etmişlər.
İndi də qəbirlərin tə’mir edilməsi barəsində şiə alimlərinin nəzərlərinə diqqət edək:
1. Qur’ani-Məciddə heç vaxt bu məsələ inkar olunmayıb. Əksinə, bə’zi ayələr nişan verir ki, İmamların və Peyğəmbərlərin qəbirlərinin üstünü tə’mir etmək və uca tutub ehtiram göstərmək İslam dininin xeyrinədir.
Qur’ani-Kərim “Həcc” surəsinin 37-ci ayəsində buyurur:

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin