TariXİn küSÜFLƏRİ 8- ci məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (6-ci Bölüm)



Yüklə 1,64 Mb.
səhifə8/9
tarix01.01.2022
ölçüsü1,64 Mb.
#102949
1   2   3   4   5   6   7   8   9
Fuzuli Astanbeyli Astanlı toponim adının ikinci hissəsi "An" , tanrı,göy tanrı ,və "lı" isə mənsubiyyət şəkilçisidir. Belə məlum olunur ki bu kənd adında ,"Ast.An " yəni "Altdakı allah" ,"yeraltı tanrı" ,"alt dünyanın tanrısı" deməkdir.Bizcə qapı astanası dediyimiz keçid yeri ,elə həmən "Astan" (=yeraltı dünyanın tanrısı) mifik sözündən alınmadır. "Astana" sözü haqqında ünlü mifolog "J.C.Kooper" yazır:"Astana mifologia baxımından,küfrdən qudusluğa (müqəddəsliyə),küfürlü dış atmosferindən müqəddəs,pak iç atmosferinə , yeni bir aləmə və dünyayə keçiddir və mərz,sərhəd bəlgəsi sayılır.Astana doğa və doğa üstü`nun bir-birini qət eliyən xətti sayılır.Astana ayin və sünnət baxımından"zincir və qandalları qırma"törənlərində , yer və məkanı yenidən düzəldib,inşa edir,necə ki yeni il törənlərində,zaman yenidən təkrarlanır.Suya batma və suda cumub qalma ,bir qaranlıq cəngəlliyə keçid və tıfardakı qapıdan içəri girib daxil olma ,tanınmamış təhlikələrə girişin və giriş astanasının bəlgələri sayılır. Bəkarət Tanrıçaları və eyni halda "Lar"lar ,Astananın Tanrıçaları sayılır. Astana`nın qoruyucuları onlardılar ki müqəddəs və kutsal hövzəyə (zonaya) girmədən öncə ,gərəkdir onlara qalib gəlmiş olasın və bu qoruyucular ibarətdir əjdahalar,ilanlar,dev-həyulalar,itlər,aslanlar və sairə." 90 Astanlı kənd adının birinci hissəsi "Ast"// "Aset" ,Misir mifologiasında çox əski və əsli miflərdən birisi sayılır. Bu ilahə ,İzis`dən öncə ,bir Ana ilahəsi kimi pərəstiş olunurdu.Əslində "Aset"neçə yüz il idi ki pərəstiş olunurdu,ki Rumilər (Romalılar) İzis`i Misirə gətirib və Misir panteonuna daxil etdilər. Bundan belə "Asıt" ilahəsinin pərəstişi Misirdə unudulmağa doğru gedir və Misir xalqı ,yeni ilahəni(izisi) ,Ana ilahəsi kimi pərəstiş etməyə başladılar və "Asıt" ilahəsinin adı yalnız məbəd tıfarlarının yazılı hirogliflərində yadigar qalıbdır. 91 Afriqanın mifologiasında olan "Astar" tanrısının adında da "Ast" sözü iştirak edibdir. Afrika mifologiasında Etiopia ölkəsində "Astar" Göy Tanrının adıdır və bu ölkədə üçlük Tanrıların birisi sayılır". 92 "Ast" və "Astar" sözü Azərbaycan , kiçik Asya və ön Asya bölgəsinə gəlmiş qədim Fin-uyğur soylu "Finiki" türklərinin də mifologiasında ,artım,bərəkət,gözəllik,cinsəl aşk və sevgi ilahəsi "Astarte" adında da iştirak edibdir. "Finikilərin bu ilahəsi Babillərin "İştar" ilahəsi ilə bərabər sayılırmış və bu ilahə sonralar başqa ilahələr ilə birləşərək "Ay Tanrısı" sayılırdı." 93 "Ast" sözü eyni halda Türk soylu Hurrilərin də mifologiasında savaş Tanrısı vəzifəsində olan "Astabis" ,özünə özəl yer tutmuşdur. Türk soylu Hurrilərin savaş Tanrısı "Astabis"i ,Akkadların "Ninorta" Tanrısı ilə bir və bərabər tutulub və Hittitcə adı "Zamama"dır. 94 Astanlı kənd adını qədim Misir mifləri arasında "Astennu" formasında görmək olar.Astennu qədim Misir mifologiasında bir quyruğu qıssa maymundur ki "Thoth"(Tus) Tanrısı ilə birgə və ortaq imiş. Astennu ,oddan olmuş bir gölün ətrafında qərar tutmuş dörd meymundan birisi sayılırmış. Astennu meymunun adı ölülər kitabının 17-ci övsununda zikr və zahir olunubdur. 95 Misirlərin ən qədim Tanrılarından olan "Asten" demək olar ki onların "Thoth" (Tos//Tus) Allahının bəlgəsi kimi sayılırmış. Gahdan "Thoth" Tanrı ,başı it başı olan meymun formasında rəsm olunub ki əski Tanrı "Asten"ə oxşayırmış. Astanlı kənd adının izlərini Avropada ,Britaniya adasında həmçinin görmək olar.Bizcə çox ehtimala görə ,indiki Astanlıların ulu əcdadı ,eradan neçə minillər öncə , "Gölütlər" (Gilit//kilit//kelt//Selt)lər ilə birlikdə və ya onların tərkibində ,Avropaya və Britania adasına köç etmişlər. Astanlılar indiki Britaniada yerləşdikdən sonra ,"Stanti" (Setanti) adı ilə qəbilə adları adlanıb və tanınıbdır. Hətta Britanianın Selt//Kelt türklərin "Kohalen" mifik qəhrəmanı`nın adı "John X.W.P. Corcoran"a görə "Stanta"(Setanta) imiş ki ehtimala görə bu "Stanti" qəbilənin qəhrəmanı sayılırmış. Bu Türk seltlərin qəhrəmanın uşaqlığı elə bir formada təsvirə çəkilib ki bütün insani-əxlaqi nimunə sifətlərin iyesi imiş və bir Selt//Kelt Türk zadəganlarının balalarına yaraşan şəraitdə boya-başa çatmışdır .96 Astanlı -----> Stanlı -----> Stanti (qəbilə adı).............. Astan.ta ----> Stan.ta (şəxs adı). Lazim görünür qeyd edək ki "Astanta"//"Stanta" şəxs adında , Astan yəni "Günəşin qızarması","qızarmış od" və "ta" isə "tağ" ya "dağ" deməkdir və külliyyətdə bu adın anlamı :" Qızarmış od püsgürən dağ" ya "volkan dağı" deməkdir. Astanlı kənd adının tərkibindəki "As",qədim türk dilində işlənən "od" və "Günəş" anlamında işlənən sözdür ki "us/is/es/ot/ud" onun müxtəlif fonetik variantları sayılır. "Tan" isə "Günəşin və odun qızarması" deməkdir və həmən "Dan yeri"(səhər tezdən günəş çırtdamadan qırmızı rəngdə olan yer) ilə birdir. "Astanlı" kənd adındaki "Astan" ,əslində "günəş və od qızarma yeri" deməkdir və od yanan yer deməkdir. Astan sözü məcazi olaraq Türk mifologiasında "cəhənnəm" ,"yeraltı dünya" deməkdir. Qədim Türklər "dan" //"Tan" sözünun belə anlamları daşıdığı üçün , "Tan" sözündən "Təndir" , "Tamu" sözlərini yaradıblar. Çörək pişirmək üçün Təndir , od yanma yeridir və onun içində od yanmalıdır. Təndir sözü əslində "Tan tanrısı" deməkdir . "Tan.Tar" ----->"Tan.Tır" -----> "Tən.Tir" -----> "Tən.dir" "Tamu"(Tanu//Damu) ,cəhənnəm anlamında olan söz də elə həmən "Tan"ın başqa variantları olan "Tün" və "Tin"(tüstülü-dumanlı od)sözlərindən alınma və yaranma sözdür. Mezopotamia mifologiasında "Domuzi"//"Damuzi"// Tomuzi" //"Tamuzi" tanrının adı da ,həmən bu "Tan"//"Dan" sözündən alınıma ad və sözdür. Əski Türk sözü olan TAMU , türk sözü TÜNOY (TİNOY) ya TÜNOYİ (TİNOYİ)–nin zaman sürəsində dəyişilmiş formasıdır. TÜNOY sözü , qədim türk sözü olan TÜN /TİN(= gecə,qaranlıq , zülmət , qara toz-dumanlıq , qara tüstü) və OY(ev , yurd , məkan , yer, məskən) sözlərinin tərkibindən yaranmış mürəkkəb türk sözüdür və külliyyətdə anlamı olur : Qaranlıqlar yurdu ,Qara Toz-Dumanlı və odlu yer,yeraltı dünya .Bu anlam,türklərin inamları və dünya görüşlərilə uyğun bir inanc`iymiş və sonralar hər türk dilli xalqın fonetik və səs dəyişmə özəlliklərinin əsasında türlü formalarda səslənməyə başlayıb. Bu söz sonralar türk dilli kəngərlərin mifik aləmində özünə özəl yer tutub və kəngərlər panteonunda ən sevimli tanrılardan birişi olub. Bu söz kəngər mifologiyasında teofor ada çevirilib və " DAMUZİ" // TAMUZİ // DOMUZİ // DOMUZ adı formasında özünü zahir edir. Вu həmən kəngər (şumer) ilahəsi İnanna və Babil ilahəsi İştarın sevgilisi və eşi olan "çobanlar tanrısı", "əkinçilər hamisi" Domuzi tanrısıdır.İnanna yeraltı dünyayə səfər edib görüşündən sonra yerində birisini qoymadan qayıda bilməzdi,buna görə yeraltı tanrıları (devlər),onun əri və sevgilisi olan Domuzi`ni ona canişin seçərək yeraltı dünyayə gətirdilər. Beləliklə Domuzi ölür və yeraltı dünyanın (ölüm)Tanrısı seçilir və o göndən bəri onun İnana ya İştarın eşqi və sevgisi yolunda ölməsi və o dünyayə getməsini anmaq üçün şumerlər(kəngərlər) yeni il bayramı açılış törənini Domuzi və İnana (İştər) evlənməsilə (kutsal evlənmə) başlardılar belə ki güya ilin 6 ayını Domuzi ölür (qış fəslinin təmsilcisi)və yeraltı dünyada keçiri və 6 ayını dirilib(yay-yaz fəsli) yer üzündə keçirir.Bu tanrını anması üçün ilin bir ayının adını ona həsr etdilər.Bu rivayətdən belə çıxır ki Domuzi türk (kəngər )tanrısının adı həmən türkcə TÜNOY sözünün başqa forması və biçimidir və bu türk sözünün anlamı`yla tam bağlı və uyğundur. Biz burada TÜNOY sözünün DOMUZİ tanrının adına zamanla çevirilmə prosesini AZ.türk dilçilik elmi əsasları və özəllikləri əsasında belə göstərə bilərik : Tün.oy-----> Tum.oy -----> Tomuy --(y---> z) Tomuz -----> Domuz . //////////TÜNOY sözünün TAMU-ya çevirilmə prosesini də belə göstərmək olar : Tünoy ----> Tanoy ---->(n-->m) Tamuy ----->(yumuşq "y" səsinin düşməsilə) "Tamu" (= qranlıq ev , qara toz-dumanlı yer)//////// Türkcə olan TÜN sözü TAN // DAN və TİN sözlərinin başqa variyantları sayılır. Dan sökülmə yəni Günəşin işığı qaranlıq və zülmət pərdəsini söküb dağıltması və Günəşin çırtdaması deməkdir. TÜN sözü qədim hamamların od tonqalı yandırılan yerin adında da işlənir: Tün anbar (hamam cəhənnəmi ya od anbarı) ki hamamın bu hissəsi suyu qızdırırdı. Bir ölən adamı pisləyərkən deyilir : Tün bə tün düşsün yəni yeraltı dünyanın (7 zülmət və qaranlıqlı qatdan ibarətdir) bir qatından o birisi qatına düşsün və ən son qatına düşüb tullansın. UÇMAQ ya Behişt sözünə gələndə qeyd etmək lazimdir ki bu sözün əsl variyantı və deyimi qədim türk dilində ÇİNOY ya ÇİNOD dur və anlamı "HƏQİQİ EV" , " Həqiqi və düzgün saray" , "Axırət evi və sarayı" deməkdir və o da TÜNOY-ın (yeraltı dünya) əksinə olaraq göylərdə və onun 7 qatlarında yerləşir və biri öləndən sonra (yaxşı adam olsa) ora gedir və ora getməyə də mələklər onu qanadlarında aparmalıdılar yəni bu adam mələyin uçuşu`yla göyün 7 qatına o həqiqi saraya və axirət ev ya saraya gedir ona görə burada qanadla uçuş prosesi var və bir növ uçmaqdır göydəki saraya və behiştə. Demək hər ölü behişt sarayına və evinə getməli olsaydı ,o mütləq qanata minib qanadla getməli`ydi və buna görədə şumer (kəngərlər) mifologiyasında bu inam əsasında "Ganad" söz və termini behişt və göydəki həqiqi və axirət sarayına getmə məsələsində özünə yer açıb və Behişt , göydəki mənzil və saray anlamında işlənməyə başlayır və indiki ərəblərin əcdadları da (semit soylu xalqlar ) türkcə GANAD sözünü götürüb ərəb dili qalibinə salıb və ərəb dili fonetikasına uyğunlaşdıraraq onu CƏNAT/CƏNNƏT formasında işlətməyə başlayır. Bu proses də belə bir şəraitdə olunur : Ganad -----> Ganat ------> (ərəb dilində "g" olmadığına görə) canat -----> cənət -----> cənnət . //////////// ÇİNOD türk sözü (çin = həqiqi , düzgün , vaqei , daimi və həmişəlik olaraq + OY//OD = ev, yurd, mənzin, saray, küşk === axirət evi , həqiqi və düzgün saray ) zərdüşt dinində də (farslar bu türk sözünü eybəcər hala salaraq ) ÇİNVƏD / ÇİNVƏT formunda və məhşərə , hesab-kitaba aparılan yolun körpusu anlamındadır və dəfələrlə bu körpudən ad aparılıb. Demək belə əldə olunur ki GANAD və UÇMAQ türk sözləri hər ikisidə bir anlamda türk mifologiyasının terminləri kimi işlənməkdədir və farslar birini (çinod`u) və ərəblər də o birisini (qanadı) götürüb işlədirlər. "Tan" və ya "Dan"a gəlincə ,qeyd etməliyik ki "Dan" ,Britania adasının "İrlandia" mifologiasında "Donn" formunda "ölüm tanrısı" ,"ölüm sərvəri və ağası" sayılır. 97 "Dan"ın mifologiada "ölüm" anlamı daşıması da ondan irəli gəlir ki səhər tezdən Günəşin işığı və şuası ilə "Dan yerinin sökülməsi " yəni qaranlığın ölümü və aradan getməsi deməkdir. Dan yerində günəşin çırtlaması ilə ,qaranlıq ölür və məhv olur.Deməli belə məlum olunur ki Türk mifologiası baxımından ,"Dan" //"Tan" əslində ilkin anlamı "ölüm Tanrısı" deməkdir və yuxarıda saydıqlarımız anlamlar ,"Dan"ın 2-ci ,3-cü dərəcəli anlamları sayılır."Dan" tanrısı ,"Donn" formasında ,bir sıra türk etnonimlr və etnitoponimlərin ad tərkibində iştirak edibdir. Misal üçün "Qaradonlar" (=Böyük ölüm Tanrısı, Qara və ulu ölüm Tanrısı) , "Danqaralı" (Qara ölüm Tanrısı) Güney Azərbaycanda Urmiyənin ətraf kəndlərindən birisinin adı . Qeyd etməliyik ki "Qaradonlar" türklər ilə ilgili Azərbaycanda "Qaradonlu" adı altında kəndlərimiz vardı və eyni halda Türkmənlərdə və Özbəklərdə "karaton" adlı tayfalarımız var. Bu etnos ilə ilgili indiki Ermənistan Kordçayk mahalında "Karatonis" adlı kəndimiz var. Astanlı kənd adındakı"Astan"//"Astana",Azərbaycan Türk mifologiası baxımından ,ölülər dünyası ilə dirilər dünyasının mərzi və sərhəddi sayılır.Bu mifik təfəkkür və düşüncə bizcə,Azərbaycanın "Gilar"ları vastəsilə(Yardımlının indiki Gilar kənd əhalisinin ulu əcdadı vasitəsilə) Avropanın mərkəzinə (özəlliklə indiki Fransa`ya) və şimalına (Britania adasına) aparılıbdır.Biz bu məlumatdan "Astanlı"kəndi ilə"gilar"kəndi arasında bir bağlayıcı və gizli bir ilgi və bağlantının (mifik və şayəd də tayfa)olmasını da hiss edib sezirik."Dr.Ray Dunning`ə görə Selt //Kelt mifologiası əsasında ,Sehirli ağaşlıqlar (=meşəliklər,cəngəlliklər), bulaqlar və göləklər(=kiçik su gölləri, gölməçələr) bu iki dünyanın sərhəddi və astanası sayılır. 98 Astanlı kənd adındakı "Astan" mifik adı ,Rum(Roma) mifologiasında "Actaeon" (indiki oxunuşu Aktayon) Tanrı adı kimi özünü göstərməkdədir. Yunan miflərinin mifik nağıllarını bir yerə toplayıb latin dilində yazıya alan müəllif "Ovid"(e.ö 43-cü il) ,"The Metamorphoses" adlı əsərində , ikiyüz qıssa və əlli uzun nağılı şərh edərkən , "Actaeon"(Aktayon) adlı Tanrının kin və intiqamından da söz açır.Ovid`in nağılı əsasında ,Aktayon "Diana"nı lüt və çılpaq görən kimi,bir ceyrana çönür və Aktayonun ov itləri onu pardaxlayıb ,öldürürlər. 99 Bir adı bəlli olmayan Fransalı şair 1300 -cü ildə "Ovid"in əsərindəki nağılları , İsa Məsih tə`limatını daşıyan əfsanələri toplum halına salıb ,şərh edir. Bu əsərdə "Diana" müqəddəs üçlükdə və Aktayon ,İsa Məsih və "Phaethon"(Faytun) ki Günəşin arabasını(kalıskasını) oğurlayır,"Lusifer"in (ki özü ilə nur daşımaqdadır) yerinə,və "Demeter" kilisa ananın yerinə qoyulubdur. Bu məlumatlardan belə əldə olunur ki Azərbaycanın "Astan" adlı mifi , türklər vasitəsilə Roma`ya da gedib çıxıb və roma panteonunda ("s"səsini "c"ilə qeydə alaraq və eyni halda "c" hərfini "k" səsi ilə tələffüz edərək) "Aktayon" adı altında özünə yer tutubdur. "s" səsini latin dilində "c" hərfi ilə qeydə almaq və onu sonra"k"səsi ilə ifa etmək,latin dilində və grafikasında səciyyəvi haldır. Beləliklə deyə bilərik ki Azərbaycanın "Astan" adlı mifi ,Avropaya və latinlər içrə gedib yerləşərkən , latin grafikası ilə "Actan" formunda qeydə alınıb və "c" hərfi bu dildə "k" səsini əldə edərkən,"Aktan" kimi səslənibdir və latin dilinin saitlər qanununa uyğunlaşaraq ,"Aktaon" ya "Aktaeon" //"Aktayon" kimi səslənibdir. Yardımlı və Cəlil Abad rayonlarındakı "Astanlı" adlı toponimlərin "Astan" mifinin,Avropa və latinlərdə "Actaeon"(=Aktayon) formasına çıxma prosesini belə göstərmək olar : Astan-----> "s">"c" Actan-----> (sait dəyişiliyi üz verərək) "Actaeon"----->latin dilində"s" səsli"c","k"səsini əldə edərkən "c">"k" Aktaeon----->oxunuşu:Aktayon.

Yazar : Fərhad Cavadi Abdulla oğlu / Güney Azərbaycan Urmiya /10- Sentyabr 2014 QAYNAQLAR : 1 – Dr.Ray Dunning , The Times World Mytholojy,General Editor:William G.Doty, London:Times Book,2002,Tr.By Abolghasem Esmailpour,Tehran 2013 , p.227

2 - Richard Cavendish, – Mitholojy An İllustrated Enscyclopedia of The Principal Myths And Religions of The World ,Tr.By R.Behzadi,Elm Nəşriyyatı,Tehran 2007, səh.301

3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap, Sure Mehr Nəşriyyatı , Tehran 2008 , səh.977

4 – Michael Grant & John Hazel , Who,s Who in Classical Mythology , Tr.By. Rza Rzai , Nəşr-i Mahi , Tehran 2002 , səh.143/113 5 - Richard Cavendish, Həmən qaynaq ,səh.160

6 - Michael Grant & John Hazel, Həmən qaynaq, səh. 164

7 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.877

8 - B.Ə.Budaqov, N.G.Məmmədov. Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı 2007,səh.6 9 - B.Ə.Budaqov, N.G.Məmmədov,Həmən qaynaq,səh.15 10 - Gholamreza Ma`sumi , Həmən yerdə

11 – P.Damerow & R.K.Englund ,(1985) , Die Zahlzeichensysteme der Archaischen Text aus Uruk,Berlin

12 – Walter Hinz , (1971b),Persia ,c.2400-1800 BC ,CAH 1/2 , 644-80

13 – Daniel T.Potts , The Archaeology of Elam : Formation and Transformation of an Ancient İranian State ,1999 , Tr.By. Zahra Basti , Tehran ,səh.14-15

14 - Daniel T.Potts ,Həmən mənbə,səh.83

15 – M.Voigt & R.H.Dayson , The Chronology of Iran,ca . 8000-2000 BC , in Ehrich,R.W.,ed.,(1992) /Chronologies in Old World Archaeology J, Chicago/London : University of Chicago 122-78

16 – H.Weiss (1977), Periodization,population and early state formation in Khuzistan , in Levine, L.D. and Young,T.C.,Jr.,eds.,

17 – Daniel T.Potts ,Həmən mənbə,səh.136 18 - Daniel T.Potts ,Həmən mənbə,səh.136 19 - Fərhad Cavadi Abdulla oğlu , Türkcə İnsan Adları -4-cü kitab , səh.358 20 - A.Bernshtam (1962),On the origin of the kirrgiz people,in Michael, R.N.,ed.,studies in Siberian Ethnogenesis, Torento:Arctic Institute of North America Anthopology of the North, Tr.from Russian Sources/No.2,119-28

21 – M.W.Stolper (1989),Awan,Enlr3,113-114

22 – İ.J.Gelb & B.Kienast ,Die altakkadischen Königsinschriften des dritten Jahrtausends v. Chr., Stuttgart : Freiburger altorientalische Studien 6, 1990 / Daniel T.Potts ,Həmən mənbə,səh.142

23 – Loren Auerbach , The Times World Mytholojy,General Editor:William G.Doty, London:Times Book,2002,Tr.By Abolghasem Esmailpour,Tehran 2013 , p.129 24 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.406

25 - Mir Əli Seyidov ,Azərbaycan xalqının soy kökünü düşünərkən – Tərcümə:R.Şavanlı , Əxtər nəşri ,Təbriz 2006 ,səh 595 26 - B.Ə.Budaqov, N.G.Məmmədov,səh.15 27- F.Guirand – the Myths of Assyria and Babylonia – New Larousse Encyclopedia of World Mythology- Tr.By: A.Esmailpur- Ferkre Ruz publication- Tehran 1995 , p.65

28 –Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.106 29 - L. Delaport , the Myths of Assyria and Babylonia – New Larousse Encyclopedia of World Mythology,p.183

30 - L.Delaport , Həmən qaynaq , həmən yerdə

31 - L.Delaport , Həmən qaynaq ,səh.172-173

32 - L.Delaport , Həmən qaynaq ,səh.177

33 - Rüqəyyə Behzadi , Qafqaz ,Zaqafqaziya və Mezopotamiyada yaşamış əski etnoslar , Ney Nəşriyyatı ,Tehran , 2002 ,səh.284-298 34 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.113 35 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.405 36 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.404 37 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.456 38 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.559 39 – Elman Mirzəyev ,


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin